![Türkiyə jandarmında yüksək rütbəli zabitlərə qarşı FETÖ əməliyyatı Türkiyə jandarmında yüksək rütbəli zabitlərə qarşı FETÖ əməliyyatı](/uploads/posts/2017-12/thumbs/1513927423_0001.jpg)
Ankara Baş Prokurorluğu Türkiyənin 9 vilayətində FETÖ-nün Jandarm Baş Komandanlığında yerləşdirdiyi adamlara qarşı əməliyyat keçirib.
Avropa.info xəbər verir ki, əməliyyat çərçivəsində 16 zabit saxlanılıb. Həbs olunanlar arasında 7 polkovnik, 9 polkovnik-leytenant rütbəli şəxs var.
Bundan əlavə qapadılan FETÖ məktəblərində fəaliyyət göstərən və FETÖ ilə əlaqələri olan 44 müəllim polis tərəfindən saxlanılıb.