![Keşiş Brunson oktyabrda azadlığa buraxıla bilər Keşiş Brunson oktyabrda azadlığa buraxıla bilər](/uploads/posts/2018-09/thumbs/1537770327_0001.jpg)
Türkiyə-ABŞ arasında böhrana səbəb olan keşiş Brunson ilə bağlı şok iddia ortaya atılıb.
Open.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən "Wall Street Journal"a danışan türk və amerikalı rəsmilər Brunsonun oktyabrın 12-də azadlığa buraxılacağını irəli sürüb.
Qəzetin iddialarına görə, türk rəsmiləri amerikalı din xadiminin ABŞ-a göndərilməsi məsələsində Vaşinqtonun tətbiq etdiyi repressiyanın dayandırılması lazım olduğunu söyləyib.
Həmçinin, Ağ Evin Brunson məsələsində Türkiyəyə tətbiq etdiyi təzyiqi azaltmaq qərarı aldığı da qeyd edilib.