![Ərdoğan və Tramp Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər Ərdoğan və Tramp Suriyada təhlükəsizlik zonasının yaradılmasını müzakirə ediblər](/uploads/posts/2019-01/thumbs/1548044287_0107990b-f312-4bb9-aaf1-915b18281887.jpg)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evin rəhbəri Donald Trampla telefon söhbəti edib.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə və Amerika liderləri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.
Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.
İki ölkə prezidenti yanvarın 15-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.