![Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə Ermənistanda Avropaya qanunsuz miqrasiyanın təşkilinə görə](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739347250_0001.jpg)
Avropaya qanunsuz miqrasiya təşkil etməkdə ittiham olunan iki Ermənistan vətəndaşı həbs edilib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, turizm agentliklərindən birinin sahibi və direktoru, eləcə də onun əməkdaşı ölkə vətəndaşını qeyri-qanuni yolla Avropaya göndərmək üçün sənədləri saxtalaşdırıblar. Onlar bu xidmətlərinə görə 3300 avro alıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb, turizm agentliyinin ofisində isə doğum haqqında şəhadətnamələr və pasportların surətləri aşkar edilərək götürülüb.