![ABŞ diplomatlarını Venesueladan çıxartmaqdan imtina edib ABŞ diplomatlarını Venesueladan çıxartmaqdan imtina edib](/uploads/posts/2019-01/thumbs/1548304377_4264b715-faa7-461f-a807-0e8cfa7d65bf.jpg)
Birləşmiş Ştatlar Venesuelada Nikolas Maduronun prezidentliyini tanımır və bu ölkədəki diplomatlarını təhlükə altına qoyan hər bir kəsi məsuliyyətə cəlb etmək üçün müvafiq tədbilər görəcək.
“Report” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib.
"Birləşmiş Ştatlar Venesuela ilə diplomatik əlaqələri dəstəkləyir və bizim missiyaya Venesuelada qalmağı təklif edən müvəqqəti prezident Xuan Quaido hökuməti ilə onları saxlayacaq", - deyə Pompeo bildirib.
Onun sözlərinə görə, Vaşinqton sabiq prezident Maduronun ABŞ-la diplomatik əlaqələri kəsmək hüququnu tanımır.
Venesuela prezidenti Nikolas Maduro ölkəsinin Birləşmiş Ştatlarla diplomatik əlaqələri kəsdiyini bəyan edib və ABŞ diplomatlarına ölkəni tərk etmək üçün 72 saat vaxt verib.