![Britaniya parlamenti "Brexit" sazişi üzrə 13 fevral təkrar səs verəcək Britaniya parlamenti "Brexit" sazişi üzrə 13 fevral təkrar səs verəcək](/uploads/posts/2019-01/thumbs/1548739496_0001.jpg)
Böyük Britaniya parlamentində fevralın 13-ü "Brexit"in şərtləri haqqında saziş üzrə təkrar səsvermə keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının deputatlarına bildirib.
Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsində görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır. Britaniya parlamentinin icmalar palatası yanvarın 15-i Avroap İttifaqı ilə "Brexit"in şərtləri haqqında sazişi rədd edib.