![Venesuela Braziliya ilə sərhədi bağlayıb Venesuela Braziliya ilə sərhədi bağlayıb](/uploads/posts/2019-02/thumbs/1550809217_756e59e3-25f9-4f60-99a3-cab53ba9802a.jpg)
Venesuela prezidenti Nikolas Maduro fevralın 23-də təyin olunan humanitar yardımın tədarükünə başlamazdan əvvəl Braziliya ilə sərhədin tamamilə bağlanacağını açıqlayıb.
“Report” xəbər verir ki, onun çıxışı "Periscope"də yayımlanıb.
"Fevralın 21-dən yeni elana qədər Braziliya ilə quru sərhədi tamamilə bağlanacaq", - deyə Maduro bildirib.
O həmçinin Kolumbiya ilə sərhədlərin bağlanmayacağını deyib.
"Kolumbiya ilə bu məsələni nəzərdən keçirirəm", - deyə Venesuela lideri bildirib.