![Venesuelada iğtişaşlar zamanı 25 nəfər ölüb Venesuelada iğtişaşlar zamanı 25 nəfər ölüb](/uploads/posts/2019-02/thumbs/1551068133_4baa4617-7732-41df-8422-8bf8a1718fb1.jpg)
Venesuelanın Bolivar ştatında fevralın 23-də baş vermiş iğtişaş zamanı 25 nəfərdən çox insan ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu deputat Romel Qusaman deyib.
"Fevralın 23-də Santa-Elena-de-Uayren rayonunda 25-dən çox adam ölüb", - deyə o bildirib.
Deputatın sözlərinə görə, mülki əhalinin etirazlarının yatırılmasında Milli Qvardiya döyüşçülərinin uniformasını geyinən dustaqlar iştirak ediblər.