![Maduro martın 9-da imperializmə qarşı yürüş elan edib Maduro martın 9-da imperializmə qarşı yürüş elan edib](/uploads/posts/2019-03/thumbs/1551847891_fe25c5f8-d26c-410c-8a3e-43e783ce00e4.jpg)
Venesuela prezidenti Nikolas Maduro bildirib ki, martın 9-da ölkədə imperializmə qarşı yürüş keçirəcək.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, o, bununla bağlı bəyanatı ölkənin sabiq-lideri Uqo Çavesin xatirəsinə həsr edilmiş tədbirdə çıxışı zamanı verib.
"Şənbə günü, martın 9-da, Venesuelanı ABŞ-ın təhlükəsizliyi üçün təhlükə elan etmiş Barak Obamanın dekretindən 4 il ötür. Və mən martın 9-u Bolivar Respublikasında imperializm əleyhinə gün elan etdim. Gəlin 9 martda Bolivar Respublikasında imperializmə qarşı yürüşlə küçələrə çıxaq, küçələrə, xalq" – o bildirib.
Qeyd edək ki, Venesuela prezidenti Nikolas Maduro daha əvvəl Karakasda keçirilən mitinq zamanı xanımı Sili ilə oynayıb.