![Ermənistanın Avropa xülyası Ermənistanın Avropa xülyası](https://dia-az.website/uploads/posts/2025-02/thumbs/1739329375_shutterstock_2259917447-pic_32ratio_900x600-900x600-47976.jpg)
"Avropa İttifaqı Ermənistanın üzv statusu almasını gözləyir".
Teleqraf “Armenpress” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan rəsmisi Artak Zeynalyan ölkə parlamentində “Ermənistanın Avropa İttifaqına üzvlük prosesi haqqında” qanun layihəsnini müzakirəsi zamanı bildirib.
Zeynalyanın sözlərinə görə, Ermənistan Aİ üçün çox dəyərlidir və ittifaqın da Ermənistana ehtiyacı var.
Zeynalyan vurğulayıb ki, Aİ-nin İrəvanla bağlı mövqeyi digər məsələlərlə yanaşı, hüquqi sənədlərdə, xüsusən də Ermənistan və Avropa İttifaqı arasında hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişində öz əksini tapıb.
Artak Zeynalyan eyni zamanda əlavə edib ki, Ermənistanın həm Aİ, həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) eyni anda mövcud olması mümkün deyil.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan 9 yanvar 2025-ci ildə Ermənistanın Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsini təsdiqləyib. İrəvanın bu addımı Kremldə narazılıq yaradıb. Həm Moskvada, həm də Aİ-də açıq şəkildə qeyd olunub ki, Ermənistan həm Aİİ, həm də Aİ-nin üzvü ola bilməz. Rusiya baş nazirinin müavini Aleksey Overçuka görə, Rusiya Ermənistanın Avropa İttifaqına daxil olmasının müzakirəsini Avrasiya İqtisadi İttifaqından çıxışın başlanğıcı kimi qiymətləndirir. Onun sözlərinə görə, Kreml iqtisadi siyasətini Ermənistanla bu şəraiti nəzərə alaraq quracaq.