"Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                 

Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Tarix: Bu gün, 01:06 | Çap et
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Azərbaycan-Ermənistan sülh prosesinə rəsmi Moskvanın geosiyasi maraqları kontekstində münasibət bildirməsi Cənubi Qafqazda geosiyasi rəqabətin artmasından xəbər verir.

Son illər Rusiya Qərbin Ermənistan üzərindən regionda möhkəmlənmək cəhdlərini Rusiyaözünə qarşı təhlükə hesab edir. Maraqlar toqquşması nəticə etibarilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını əngəlləyən başlıca amilə çevrilib.

Mixail Qaluzinin sözlərinə görə, Rusiya Ermənistan və Azərbaycan arasında elə bir sülh sazişinin imzalanmasını dəstəkləyir ki, bu, uzunmüddətli, dayanıqlı nizamlanmanı təmin etsin və gələcək nəsillər üçün təhlükə yaratmasın. Qaluzin Qərbin Cənubi Qafqazdakı siyasətinin bölgədə sabitliyin təmin edilməsinə yox, Moskva üçün əlavə təhlükələrin yaradılmasına yönəldiyini vurğulayıb.

Diplomat qeyd edib ki, Qərb dairələri bu regiondan Rusiyaya strateji zərbə vurmaq üçün istifadə etməyə çalışır və bəzi hallarda hətta müəyyən ölkələri ona qarşı ikinci cəbhə açmağa inandırmağa cəhd edir. Göründüyü kimi, Rusiya Azərbaycanla Ermənistan arasında özünün geosiyasi maraqlarına uyğun sülhün formalaşmasını istəyir.

Yəni rəsmi Moskva sülh sazişinin Rusiyanın vasitəçiliyi və ya iştirakı ilə imzalanmasını istəyir. Söhbət danışıqlar prosesinin əvvəllər aparıldığı Moskva platformasının bərpasından gedir.

Rusiya danışıqlarda üçüncü tərəf kimi iştirak etməyə sülh müqaviləsinin mətnində Kremlin maraqlarını əks etdirən bəndlərin daxil edilməsi vasitəsi kimi baxır. Rəsmi Moskva sülhün təminatçısı olmaq, Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarət etmək, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin Rusiyanın iştirakı və təqdim etdiyi xəritələr əsasında aparılmasını istəyir.

Lakin 2022-ci ilin oktyabr ayından sonra Rusiyanın iştirakı ilə müzakirələr dayandırılması Avropa İttifaqının və ABŞ-nin diplomatik fəallığının artmasına səbəb olub.

Ermənistan Rusiyanın iştirakı ilə danışıqlardan imtina edib və yalnız Qərb siyasi platformalarına üstünlük verib. Azərbaycan vasitəçilik institutundan imtina etsə də, müzakirələrin neytral məkan kimi Rusiyada keçirilməsinə etiraz etməyib. Artıq buna da ehtiyac qalmayıb və Azərbaycanla Ermənistan arasında birbaşa dialoq mühiti formalaşıb.

Rəsmi Bakı və İrəvan üçüncü tərəfə ehtiyac olmadan həm onlayn diplomatik yazışmalar, həm də birbaşa danışıqlar vasitəsilə sülh gündəliyi üzərində işləyir. Ona görə də Avropa İttifaqı və ABŞ-nin də təşəbbüslərinin sülh platformaları kimi seçilməsinə zərurət yoxdur. Yəni Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması daha asandır.

Ukraynada gedən müharibə fonunda Qərb-Rusiya qarşıdurmasının Cənubi Qafqaza transferi sülh prosesinə təsir göstərir. Xüsusilə də Avropa İttifaqı, Fransa və ABŞ-nin Ermənistan üzərindən bölgədə yerləşməsi Rusiyanın narahatlığına səbəb olub. Qərb tərəfindən hərbi və siyasi dəstək göstərilən Ermənistanın avrointeqrasiya siyasəti yürütməsi Rusiyanın regionda təsirinin azaldılmasına hesablanıb.

Azərbaycanla Ermənistan arasında sülh sazişi olmadığından şərti sərhəddə müharibə risqi qalır. Qərbin Ermənistan vasitəsilə həyata keçirdiyi Cənubi Qafqaz siyasəti sərhədlərin təhlükəsiliyi strategiyası altında realizə edilir.

Ermənistanın son vaxtlar silahlanmaya üstünlük verməsi regionda Rusiya-Qərb toqquşması üçün yeni mübarizə meydanına çevrilə bilər. Kreml Qərbin Cənubi Qafqazdan çıxarılmasında və Ermənistanda hakimiyyət dəyişikliyinin baş verməsində maraqlı görünsə də, müharibənin Rusiyaya qarşı cənubdan ikinci cəbhənin açılmasına səbəb olacağından ehtiyatlanır. Qaluzin də Qərbin Cənubi Qafqaz siyasətinin Rusiya üçün əlavə təhlükələr yaratdığını açıq şəkildə deyib.

Moskva Qərbin Cənubi Qafqazdan ikinci cəbhə açmaq niyyətinin qarşısını almaq üçün Azərbaycan-Ermənistan sülh prosesində iştirakını bərpa etməyə səy göstərir. Qaluzinin açıqlaması ilk növbədə Rusiyanın Qərbi sülh danışıqlarından kənarlaşdırmaq planından xəbər verir. Ancaq Rusiyanın hazırda həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərində kifayət qədər ziddiyyətlər var.

Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini parlamentin müzakirəsinə çıxartması Moskvanın kəskin narazılığına səbəb olub. Eyni zamanda, Azərbaycana məxsus mülki təyyarənin Rusiya ərazisində vurulmasından sonra Moskvanın etinasız və qanunsuz davranışları ikitərəfli münasibətlərin pozulması ilə nəticələnib. Ona görə də Qaluzinin mesajlarının Bakıda və İrəvanda ciddiyə alınacağı inandırıcı görünmür.

Müşfiq Abdulla
“Cebheinfo.az”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru