![Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər Ərdoğan və Tramp Türkiyənin S-400 sistemlərini almasını müzakirə ediblər](/uploads/posts/2019-04/thumbs/1556598174_0001.jpg)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti administrasiyasından bildiriblər.
Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını müzakirə ediblər: "Bizim prezident bu gün ABŞ prezidenti Donald Tramp ilə telefonla danışıb, o, S-400 üzrə işçi qrupunun yaradılması ideyasını səsləndirib".
Bunda əlavə, tərəflər Suriyadakı vəziyyəti müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə sıx əməkdaşlıq etməkdə razılaşıblar.