![Venesuelada etirazlar zamanı 5 nəfər ölüb Venesuelada etirazlar zamanı 5 nəfər ölüb](/uploads/posts/2019-05/thumbs/1557202647_6dfdec0d-b95d-4c9b-b4d1-cdcea2ee7a22.jpg)
Venesuela baş prokuroru Tarek Uilyam Saab bildirib ki, ölkədə keçirilən genişmiqyaslı etiraz aksiyaları zamanı 5 nəfər həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meksika mətbuatı yazıb.
Onun sözlərinə görə, həmçinin ötən həftə ölkə müxalifətinin lideri Xuan Quaido tərəfindən təşkil olunmuş etiraz aksiyaları zamanı 233 nəfər saxlanılıb.
"Bütun bu hallar araşdırılır", - deyə baş prokuror bildirib.