![“Fitch” Türkiyənin reytinqini azaldıb “Fitch” Türkiyənin reytinqini azaldıb](/uploads/posts/2019-07/thumbs/1562998035_cc7e8f5d-9383-4c1e-8788-2043ced32903.jpg)
“Fitch” beynəlxalq reytinq agentliyi Türkiyənin uzunmüddətli defolt reytinqini (EDR) “BB” səviyyəsindən “BB-“ səviyyəsinə endirib.
“Report” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Qurumun reytinq üzrə proqnozu isə “Mənfi”dir.
“Fitch” qərarını Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasından sonra ABŞ-ın sanksiyaları ilə üzləşəcəyi ehtimalı ilə izah edib. Xatırladaq ki, rəsmi Vaşinqton Ankara və Moskva arasında bu cür əməkdaşlığın əleyhinədir.