![Ermənistan XİN rəhbəri Moskvaya gedib Ermənistan XİN rəhbəri Moskvaya gedib](/uploads/posts/2020-10/thumbs/1603253768_777.jpeg)
Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.
Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.
Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.