Bayden uğur qazanmasa, Tramp və ya onun daha səriştəli “versiyası” geri qayıdacaq - TƏHLİL
Tarix: 18-01-2021, 09:34 | Çap et
İkinci Dünya Müharibəsindən sonra dünyanın lider dövlətinə çevrilən ABŞ hazırda gərgin daxili qarşıdurmayla üz-üzədir. Şübhəsiz ki, ölkə daxilində baş verən məlum hadisələr ABŞ-ın beynəlxalq arenadakı nüfuzuna çox ciddi neqativ təsir göstərir.
ABŞ-dakı liberal yönümlü mətbuatın gəldiyi qənaətə görə, Donald Tramp Amerikanın qlobal miqyasdakı rolunu bilərəkdən azaldıb və belə hesab olunur ki, Tramp administrasiyası dövründə Amerikanın qlobal mövqeyi ciddi şəkildə ziyan görüb. Lakin bütün bunlara baxmayaraq, ölkə içərisində Trampın populyarlığı kifayət qədər yüksək olaraq qalmaqdadır.
O da məlumdur ki, seçki kampaniyasının gedişində Co Bayden ABŞ-ın beynəlxalq nüfuzunu bərpa edəcəyinə söz verib. Bununla da Trampın ölkənin nüfuzuna vurduğu ziyanın aradan qaldırılacağı iddia olunur. Bəs, Bayden bu işin öhdəsindən gələ biləcəkmi və bunu hansı yolla həyata keçirməyə çalışacaq?
Bu mövzuyla bağlı ABŞ-ın “Project Syndicate” saytı “Amerika yenidən liderilik edə biləcəkmi?” başlıqlı məqalə dərc edib. “AzPolitika.info” həmin məqaləni təqdim edir:
”ABŞ-ın seçilmiş prezidenti Co Baydenin Amerikanı yenidən lider mövqeyinə gətirməsi gözlənilir. Baydenin Amerikanın qlobal liderliyini saxlaması və yenidən dirçəltməyə nail olması onun ABŞ-dakı daxili çəkişməni nə dərəcədə sakitləşdirə bilməsindən və həmçinin də qloballaşmanı ciddi təhlükə hesab edən elektoratdan asılı olacaq. Bayden dəfələrlə vəd edib ki, Donald Trampın hakimiyyəti dövründə ciddi şəkildə ziyan görən Amerikanın qlobal səviyyədəki mövqeyini və beynəlxalq reputasiyasını bərpa edəcək.
O, bu məqsədlə ABŞ-ı beynəlxalq təşkilatlara (məsələn, Ümumdünya Səhiyyə Təşkilatı ) və beynəlxalq müqavilələrə (Paris iqlim müqaviləsi və s.) yenidən qoşacaq. Tramp Amerikanı bu təşkilatlardan çıxarmışdı.
Bütün bu vədlər Amerikanın liberal dünya nizamındakı rəhbər roluna qayıtmaq niyyətini göstərir. Yəni, belə bir mövqe var ki, ABŞ Çinlə əməkdaşlıq etməklə yanaşı, həm də onunla effektli rəqabət apara bilər. Lakin belə görünür ki, artıq bir çox amerikalı öz ölkələrinin yenidən lider olmasını istəmir.
Baydenin noyabr seçiklərində qələbə qazanması Tramp və onun toksik populizmini dağıda bilmədi. Amma liberallar məhz bunu gözləyirdilər. Seçkilərin nəticəsinə görə, Bayden 81 milyon səs alıb və bu, ABŞ-ın prezident seçkiləri tarixində ən yüksək göstəricidir.
Trampa isə 74 milyon seçici səs verib ki, bu da tarixdə ikinci ən yaxşı nəticə sayılır. 2016-cı illə müqayisədə Trampa səs verən müxtəlif azlıqların da səsi artıb. Bütün bunların hamısı müxtəlif qalmaqallar və pandemiya ilə pis mübarizə fonunda baş verib.
Bəs, Trampın populyarlığının səbəbi nəylə izah edilir? Tanınmış filosof Piter Sinqer noyabr ayında belə bir izah verib: ”Demək olar ki, ABŞ-ın yarısı “ruhunu itirib””.
Bu diaqnoz şübhəsiz ki, Trampın seçici bazasının ən radikal elementlərinə aiddir və həmin kateqoriyaya ağ dərili millətçilər və neonasistlər daxildir. 6 yanvarda Kapitoliyə məhz onların nümayəndələri hücum çəkmişdilər.
Amma Trampı dəstəkləyən seçicilərin adi fanatiklər hesab edilməsi, məsələni xeyli bəsitləşdirir. Yada salmaq lazımdır ki, 2016-cı ildə Trampa səs verənlərin 6 faizi 2012-ci ildə Barak Obamaya səs vermişdi. 2020-ci ildə isə Tramp 2016-cı ildəkindən 10 milyon çox səs alıb.
Tramp ictimai dəstəyini müxtəlif mənbələrdən götürür. Onların içərisində irqçiliklə və ksenofobiya ilə yanaşı, həmçinin kənd seçicilərinin narazılığı, fəhlə sinfinin gəlirlərinin staqnasiyaya uğraması və ictimai bərabərsizliyin artması da mühüm yer tutur. Siyasi sistemə yad olan Tramp siyasi isteblişmentdəki fikir ayrılığından məharətlə istifadə edərək, Respublikaçılar Partiyasını sındırmağı və özünü hakimiyyətdən narazı olanların müdafiəçisi kimi təqdim etməyi bacarıb.
Sözügedən həmin seçici kütləsi onların problemlərini real həll edə bilməyəcək Donald Trampa inanmaqda yanılıblar. O isə həmin insanları üsyana qızışdıraraq, onları taleyin hökmünə buraxıb. Bir mühüm struktur faktoru var və bu faktor seçiciləri yanlışlığa sürükləməklə Trampın işini asanlaşdırıb. Belə ki, qloballaşma qaliblərlə yanaşı, həmçinin də xeyli sayda məğlublar ortaya çıxarıb. Öz istehsal müəssisələrini daha az xərc tələb edən ölkələrə köçürən iri şirkətlər qaliblər sırasındadır. Bu, onlara mənfəət marjasını əhəmiyyətli dərəcədə artırmağa kömək edib. Məğlub olmuşlar içərisində isə işini itirmiş milyonlarla amerikalı fəhlə var. İndi bu adamların üzərinə Amerikadakı irqçilik irsini də əlavə etsəniz, onda hadisələrin alovlanmasının səbəbi daha aydın görünər.
Amma qloballaşmadan təkcə işçi sinfi məyus olmayıb. Dünyanın iqtisadi mərkəzinin Çin kimi inkişaf etməkdə olan ölkələrə tərəf yerdəyişməsi üzündən bu ölkələr beynəlxalq institutlarda daha güclü möqe qazanırlar. Bir çox Amerika siyasətçisi üçün bu, qəbuledilməz sayılır. Onların fikrinə görə, əgər dünya nizamını dəstəkləmək naminə ABŞ öz üzərinə hamıdan daha çox məsrəflər götürürsə, onda deməli, onun maraqları daim birinci yerdə dayanmalıdır.
Özünün “İlk öncə Amerika” şüarına sadiq qalan Tramp ölkəni əvvəlki qlobal liderlik öhdəlikərindən imtinaya məcbur etdi və xaricdəki əməliyyatları azaltdı, Meksika ilə sərhədə divar çəkdi. O, məhz seçicilərin ondan istədiyini verdi. Və beləliklə də onun siyasəti qaçılmaz nəticələr meydana gətirdi.
Amerikanın beynəlxalq arenadan çəkilməsilə yaranmış vakkumu Çin doldurmağa başladı. Buna cavab olaraq, Tramp administrasiyası Çini ölümcül düşmən qismində təsvir etməyə başladı. Ticarət müharibəsi işə salındı və çoxsaylı sanksiyalar tətbiq olundu. Bəllidir ki, ABŞ Çinin yüksəlişilə heç zaman barışmayacaqdı və ona görə də Çin rəhbərliyi sakit müdafiə taktikasını seçdi.
Hazırda yaranmış qüsurlu həlqənin və antoqonizmin ortadan qaldırılması gərəkdir. Bayden administrasiyası iki məsələni xüsusən nəzərə almaldır.
Birincisi, Amerika iki dovşanı birdən tuta bilməz. Bu ölkə qlobal liderlikdən imtina edə bilməz və eyni zamanda, kiminsə onun yerini tutmasına da imkan verməməldir.
İkincisi, Amerikanın son dörd il ərzində qloballaşmadan uzaqlaşma dərəcəsi, onun Çindən uzaqlaşma dərəcəsilə eynilik təşkil edib.
Bütün bunlar o anlama gəlir ki, əgər Amerika lider mövqeyini qaytarmaq və bu mövqeyi uzun müddət saxlamaq istəyirsə, onda Bayden ictimai bərabərsizliyə və qloballaşma üzündən meydana gəlmiş izafi məsrəflərə qarşı mübarizə aparmalıdır. Əks təqdirdə, Tramp (və ya Trampın daha səriştəli versiyası) 2024-cü və ya 2028-ci ildə prezidentliyi geri qaytara biləcək. Beləliklə də Bayden administrasiyasının əldə edəcəyi istənilən tərəqqini geri çəkəcəklər.” “AzPolitika.info”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Bu gün, 22:41 |
|
|
|
• BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Bu gün, 22:36 |
|
|
|
• "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Bu gün, 19:02 |
|
|
|
• “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Bu gün, 19:00 |
|
|
|
• Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Bu gün, 18:58 |
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
|