Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə Açıq Məktub ünvanlayıb.
"DİA-AZ" məktubu olduğu kimi təqdim edir:
“Hörmətli ABŞ-ın vitse-prezidenti cənab Ceyms Devid Vens (James David Vance)!
Hörmətli ABŞ-ın dövlət katibi cənab Marko Rubio (Marco Antonio Rubio)!
Hörmətli ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri cənab Skot Bessent (Scott Bessent)!
Hörmətli ABŞ Ticarət katibi vəzifələrini icra edən cənab Ceremi Pelter (Jeremy Pelter)!
Hörmətli ABŞ-ın Baş prokuroru xanım Pamela Bondi (Pamela Jo Bondi)!
Hörmətli Avropa İttifaqı Şurasının prezidenti cənab Antonio Koşta (António Costa)!
Hörmətli Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Lyayen (Ursula von der Leyen)!
Hörmətli Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi cənab Kaya Kallas (Kaja Kallas)!
Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatları Ukraynada davam edən müharibə ilə əlaqədar tətbiq edilən beynəlxalq sanksiyalardan Rusiyanın yan keçməsinə şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahat olduğumuzu bəyan edirik.
Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olan Ermənistanın 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayan müharibədən sonra həm idxalında, həm də ixracında iqtisadi potensialına uyğun olmayan kəskin artımlar müşahidə edilməyə başlanıb. 2021-ci ildə Rusiya ilə Ermənistan arasındakı ticarət dövriyyəsi təxminən 2,5 milyard ABŞ dolları olduğu halda, 2024-cü ildə 5 dəfəyə qədər artaraq 12 milyard ABŞ dolları səviyyəsinə çatıb. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracında Rusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda, 2022-2023-cü illər ərzində 40-44% həddinə yüksəlib. 2024-cü il ərzində Ermənistanın əsas ixrac coğrafiyası Rusiyadan idxal edilən qiymətli metalların üçüncü ölkələrə yönəldilməsi səbəbindən Ərəb körfəzi ölkələri olub.
Ticarətin bu cür kəskin artması, xüsusən də yüksək texnologiyalı malların ixracı bu məhsulların hərbi məqsədlər üçün istifadəsi ilə əlaqədar ciddi narahatlıqlar yaradır. Ermənistanın 2024-cü ildə Rusiyaya ixracında önə çıxan yarımkeçiricilər, smartfonlar, rabitə cihazları və digər yüksək texnoloji avadanlıqların heç birini Ermənistan iqtisadiyyatı istehsal etməyə qabil deyil. Bu, Rusiyanın Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək malların ötürülməsini asanlaşdırmaqla sanksiyaların potensial pozulduğunu göstərir. Bu, Ermənistan kimi üçüncü iştirakçı vasitəsilə Rusiyanın sanksiyalardan yayınaraq, Ukraynadakı hərbi səylərini dəstəkləyə biləcək mallar əldə etməsinə dəlalət edir.
Ermənistanın sanksiyalardan yayınmada artan rolu bu sanksiyaların Rusiyaya təsirini sarsıdan əhəmiyyətli boşluğa işarə edir. Bu vəziyyətə cavab olaraq, biz ABŞ və Aİ-ni aşağıdakı addımları atmağa çağırırıq:
Ermənistanın ticarət əməliyyatlarına nəzarət artırılsın: Ermənistanın idxal və ixrac etdiyi malların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığın təmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarla qanunsuz ticarətin qarşısının alınmasını tələb edirik!; Sanksiyaların tətbiqi gücləndirilsin: ABŞ və Aİ hökumətlərinin mövcud sanksiyaları daha ciddi şəkildə tətbiq etmələri vacibdir. Biz onları sanksiyalardan yayınmada roluna görə Ermənistana qarşı məqsədyönlü sanksiyalar və ya ticarət məhdudiyyətləri tətbiq etməyə və Rusiyanın sanksiyalardan yan keçməsinə kömək edən istənilən dövlətə qarşı qəti addımlar atmağa çağırırıq. Ermənistana diplomatik təzyiq gücləndirilsin: Biz Qərb hökumətlərini Ermənistanın Rusiyaya bu cür dəstəyini dayandırması üçün diplomatik səyləri gücləndirməyə çağırırıq. Ermənistana beynəlxalq hüquq üzrə öhdəlikləri, sülh və birgəyaşayış prinsiplərinə riayət etmək məsuliyyəti xatırladılmalıdır. Ermənistanın Rusiyaya davamlı dəstəyi təkcə Ukraynada müharibəni uzatmır, həm də sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərə zərbə vurur. Ermənistanın öz hərəkətlərinə görə cavabdehlik daşımaması beynəlxalq hüququn növbəti dəfə pozulmasına təkan verir və sanksiyalar rejimini zəiflədir.
Biz qəti şəkildə inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid və qətiyyətli mövqeyi Ermənistanın hərəkətlərini dayandırmaq və Rusiyaya qarşı sanksiyaların effektivliyini gücləndirmək üçün çox vacibdir. Ümid edirik ki, siz bizim narahatlığımızı nəzərə alacaq və Ermənistanın Ukraynada münaqişəni qızışdırmasının qarşısını almaq üçün lazımi addımları atacaqsınız.
Sonda, biz sizə üz tutaraq təcili çağırış edirik: Ermənistanın Rusiyanı sanksiyalardan yayındırması dayandırılsın!”.
Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov, Azərbaycan Respublikası Müharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, istefada olan general-mayor Vladimir Timoşenko, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramət İsmayılov, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının sədri Günay Şahbazova, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədri Ramin Şərifov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli imzalayıblar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 18:08 |
|
|
|
• "İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Bu gün, 18:03 |
|
|
|
• "Onlar vecimə deyil"
Bu gün, 18:00 |
|
|
|
• Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Bu gün, 17:56 |
|
|
|
• İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Bu gün, 17:55 |
|
|
|
• Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:53 |
|
|
|
• "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52 |
|
|
|
• Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43 |
|
|
|
• "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29 |
|
|
|
• Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25 |
|
|
|
• "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21 |
|
|
|
• Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08 |
|
|
|
• “Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06 |
|
|
|
• "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02 |
|
|
|
• Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00 |
|
|
|
• İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57 |
|
|
|
• Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51 |
|
|
|
• Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42 |
|
|
|
• AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41 |
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
|