![Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər Baydenin hakimiyyətə gəlişi ABŞ və İran arasındakı münasibətləri dəyişə bilər](/uploads/posts/2021-01/thumbs/1611548333_0001.jpg)
ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Frank Makkenzi yeni prezident Cozef Baydenin vəzifəsinə gəlişinin ölkənin İranla münasibətlərdə "imkanlar dövrü"nün başlanğıcı olduğunu bildirib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, general deyib: "Əminəm ki, İranda yeni rəhbərliklə əlaqə qurub vəziyyətin dəyişib dəyişməyəcəyini görmək üçün siyasi fikir var. Yeni rəhbərlik ABŞ siyasətini bir daha nəzərdən keçirməyə hazırlaşır".