"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" .....                     Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin .....                     "Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” .....                     Kollec məzunları niyə iş tapa bilmir? .....                     "Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" .....                     Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: .....                     “Tullantı və sui-istifadə USAID-də dərinləşir” .....                     "Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, .....                     Famil Xəlilova hökm oxunub .....                     İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi .....                     Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır .....                     Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub .....                     Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi .....                     AB İrəvanda ofis axtarır .....                     Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... .....                     İlyas İsmayılovun səhhəti ilə bağlı .....                     Niyazi Mehdi xəstəxanadan evə buraxılıb .....                     Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil .....                     "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, .....                     İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib .....                     Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir .....                     Sahil Babayev maliyyə naziri təyin edilib .....                     Onlar ÖZBAŞINA QALMIŞDILAR... .....                     Gürcüstan ABŞ-dən “nümunə” götürəcək .....                     Ədəbiyyatşünas İradə Musayeva vəfat edib .....                     Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... .....                     Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar .....                     Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb .....                     Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... .....                     Azərbaycanda bu məhsullar .....                     Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə .....                     BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... .....                     Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib .....                     Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                 

Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi? - TƏHLİL
Tarix: 8-03-2021, 16:46 | Çap et
Kiyev müharibəyə hazırlaşır: Müttəfiqlər dəstək verəcəkmi?
Donbasda separatçı qüvvələrin Ukrayna ordusunun mövqelərini artilleriya atəşinə tutmasından sonra vəziyyət gərgin olaraq qalır.

Yerli medianın verdiyi məlumata görə, Avdiivka və Lebedinski qəsəbəsi yaxınlığında Rusiya Federasiyasının silahlı birləşmələri Ukrayna bölmələrin mövqelərinə Minsk razılaşmaları ilə qadağan olunmuş 120 və 82 kalibrli minaatanlardan, həmçinin tank əleyhinə qumbara atıcıdan atəş açıb.

Opıtnoye kəndində Ukrayna ordusunun mövqeləri qumbaraatanlardan Pivdennoe yaşayış məntəqəsi yaxınlığında isə atıcı silahlardan və tank əleyhinə raketlərdən atəşə tutulub. Qeyd edək ki, martın 6-dan başlayaraq qondarma Donetsk və Luqansk respublikalarının ərazisindən Ukrayna ordusunun mövqeləri top atəşinə məruz qalıb. Ən azı 20 nəfər Ukrayna əsgərinin həlak olduğu, 25 nəfərin yaralandığı xəbər verilir.

Rəsmi Kiyev atəşkəsin ağır artilleriyadan hücum faktını təsdiqləsə də itkilərlə bağlı açıqlama verməyib. Eskalasiyanın baş verməsi Donbasda müharibənin başlayacağına dair ehtimalları gündəmə gətirib.

Çünki Ukraynanın Donbasda işğal altında qalmış əraziləri geri qaytarmaq üçün müharibəyə hazırlaşdığına dair məlumatlar xeyli müddət idi yayılırdı. 2020-ci il dekabrın 9-da rəsmi Kiyevin münaqişənin sülh yolu ilə həlli üçün “Normand formatı” çərçivəsində Paris görüşündə verdiyi bir illik möhlət başa çatıb. Ona görə də müharibə hər an gözlənilən hesab edilir. Eyni zamanda, Ukraynanın Türkiyə ilə hərbi sahədə əməkdaşlığı genişləndirməsi də müharibəyə hazırlıq kimi şərh edilir.

Ötən ildən başlayaraq Ukrayna Türkiyədən “Bayraktar TB-2” və ən son model “Bayraktar Akıncı” zərbə PUA-ları alır. Ukrayna hərbi hava qüvvələri yüksək rütbəli türk zabitləri tərəfindən yeni nəsil PUA-lara uyğunlaşdırılır. Bu isə Ukraynanın Donbasda Azərbaycanın 44 günlük müharibə zamanı həyata keçirdiyi təcrübəni tətbiq edəcəyinə dair məlumatların ortaya çıxmasına səbəb olub.

Bu səbəbdən martın 6-da başlanan döyüşlərdən sonra Ukrayna SQ-nin dronlarla əks-hücuma keçəcəyinə dair müzakirələr gündəmə gəlib.

Qeyd edək ki, geniş miqyaslı hərbi əməliyyatlara başlamaq üçün prezident Vladimir Zelenskinin fərmanı və Ali Radanın qərarı lazımdır. Lakin rəsmi Kiyev məsələyə səbrlə yanaşaraq müharibəyə başlamağa tələsmir. Ukraynanın hücuma keçəcəyi proqnozlaşdırılsa da hərbi əməliyyatara ilk olaraq Rusiyadan dəstək alan separatçılar başlayıb. Yəni Kreml müharibənin alovlanmasında maraqlı tərəf kimi görünür.

Müharibənin bərpası Rusiyanın Mariupol şəhərini işğal etmək planlarına daxildir. Ukrayna tərəfi də sonsuza qədər gözləmək niyyətində olmadığına dair xəbərdarlıq edib. Ukrayna Daxili İşlər nazirinin müavini Valeri Patseluykonun yerli mətbuata açıqlamasından belə görünür ki, rəsmi Kiyev hərbi əməliyyatlara başlamaq üçün əlverişli hava şəraitini gözləyir.

Belə ki, yaz aylarında Donbasın azad edilməsi əməliyyatına başlanıla bilər. Patselyuko qarşı tərəfə ağır zərbənin endiriləcəyini istisna etməyib:

“Ancaq indi orada olduqca çətindi. Qar əriyib, mübarizə aparmaq əlverişsizdir. Sahələrin və hər yerin quruması lazımdır”.

“Əməlli-başlı yaz gəlidkdən sonra biz tərəflərin fəallaşmasından danışa bilərikmi” sualına nazir müavini belə cavab verib: “Ola bilər. Biz bunu öyrənirik. Sizi əmin edirəm ki, biz hərtərəfli işğala da cavab verməyə hazırıq”.

Nazirin sözlərinə görə, ruslar tərəfindən geniş hücum olarsa, bu onlar üçün dağıdıcı olacaq. Valeri Patseluyko bildirib ki, Rusiya öz aviasiyasından Donbasda istifadə edə bilməz. Əks təqdirdə, bu, Rusiyanın təcavüzdə açıq iştirakını təsdiqləyə bilər.

O, Donbasın azad edilməsi strategiyasının hazır olduğunu deyib. Nazir müavini bildirib ki, Ukrayna dövləti 2019-cu ildə hazırlanmış bu strategiyanı həyata keçirməyə hazırdır. Sadəcə olaraq, buna müəyyən vaxt lazımdır.

“Bunun tezliklə baş verəcəyinə ümid edirik. Bu əraziləri qaytarmağa hazırıq. Hər cür tədbirin orada keçirilməsini təmin etməyə hazırıq, amma bir şərtlə: Əvvəlcə ruslar qoşunlarını, kontingentlərini geri çəkirlər, biz daxil oluruq, dövlət sərhədinə nəzarət edirik, sonra istədiyimizi orada həyata keçiririk”-nazir müavini deyib.

Buna baxmayaraq, hərbi əməliyyatlar başlayacağı təqdirdə, Rusiyanın buna reaksiya verməyəcəyini düşünmək olmaz. Ona görə də rəsmi Kiyev ilk növbədə, Moskvadan gözlənilən təhlükəni aradan qaldırmağın yollarını axtarır. Zelenski administrasiyası ABŞ-ın hərbi dəstəyinin artırılmasına nail olmağa və Rusiyaya qarşı sanksiyaların sayını artırmağa çalışır. Ukrayna Prezidenti Aparatı rəhbərinin müavini Yulia Sviridenkonun sözlərinə görə, Kiyev Vaşinqtonla “hər hansı yeni hərbi təcavüzün qiymətini artırmaq” üçün hərbi əməkdaşlığı gücləndirmək istəyir. Eyni zamanda, Ukrayna rəhbərliyi köhnə müttəfiqi prezident Co Baydenin Rusiyaya qarşı təzyiqlərinə ümid edir.

Ukrayna prezidentinin ofisinin rəhbərinin müavini Yuliya Svidirenko bəyan edib ki, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi qadağalar “Şimal axını-2” qaz boru kəməri layihəsi ilə məhdudlaşmamalıdır. Bayden administrasiyası Rusiyanı daha ağır sanksiyalara məruz qoymalıdır.

“ABŞ Ukraynadakı müharibə bitənə qədər yeni hərtərəfli sanksiya rejimi tətbiq etməyi düşünsə çox minnətdar olardıq. Və bu sanksiyalar əslində şərq əraziləri və Krım tamamilə Ukraynanın nəzarəti altına qaytarılıncaya qədər qüvvədə qalmalıdır”-deyə Svidirenko bildirib.

Göründüyü kimi, Ukrayna hərbi əməliyyatlara başlamazdan öncə ABŞ-ın hərbi və siyasi dəstəyini qazanmağa səy göstərir. Bu Kiyevə Rusiyanı Donbas müharibəsindən kənar tutmaq üçün əlavə təsir vasitəsi kimi lazımdır.
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Bu gün, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Bu gün, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Bu gün, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Bu gün, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Bu gün, 17:21
Ərdoğan Suriya planı ilə Yaxın Şərqi dizayn edir: - Türkiyə üç nəhəng dövləti məğlub duruma salıb
Bu gün, 17:08
“Tullantı və sui-istifadə USAID-də dərinləşir” - ŞƏRH
Bu gün, 17:06
"Sərhəddə xarici "qüvvə"lər yığan Ermənistan, sülh manipulyasiyası apararkən silahlanmağa davam edir"
Bu gün, 17:02
Famil Xəlilova hökm oxunub - 3 il şərti VƏ...
Bu gün, 17:00
İranda etnik gərginliklər: "Traktor" klubu Azərbaycan türkləri üçün platforma kimi - İran və onun hədləri üzərindəki təsirlər
Bu gün, 16:57
Fransa Parisdəki RUS EVİ-nin fəaliyyətini dondurmağa çalışır - Rusiya səfiri
Bu gün, 16:51
Rayon rəhbəri Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bu gün, 16:47
Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçildi - 2 ay 1 gün
Bu gün, 16:42
AB İrəvanda ofis axtarır - KİV
Bu gün, 16:41
Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35
İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29
Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26
Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15
"Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12
İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04
Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01
Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58
Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56
Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52
Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49
Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47
Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42
Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39
Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31
Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23
Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20
BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16
Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru