![Bitkoinin qiyməti 57 min dolları keçib Bitkoinin qiyməti 57 min dolları keçib](/uploads/posts/2021-03/thumbs/1615435555_777.jpeg)
Bitkoinin qiyməti fevralın 22-dən bəri ilk dəfə 57 min dolları ötüb.
APA xəbər verir ki, belə bir göstərici “CoinDesk” portalında dərc olunub.
Kriptovalyuta ticarət sessiyasında 5,26% bahalaşaraq 57 079 dollara yüksəlib. Sonuncu dəfə o, fevralın 22-də 57 min dolları keçmişdi.
Bakı vaxtı ilə saat 21:06-ya olan məlumata görə, bitkoinin dəyəri 57 017 dollar (+5,16%) təşkil edib.