Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” .....                     Ermənistanın silahlanması sülhə ən böyük əngəldir .....                     "Bir az xəstələnmişəm, nasazam deyə..." .....                     Xarici təşkilat Azərbaycandan niyə qovuldu? .....                     “Neft ucuzlaşmağa davam etsə...” .....                     Vazeh Əsgərovun işdən çıxardığı alim: .....                     Kamran Yusifova yüksək vəzifə verildi .....                     Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub .....                     “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib .....                     BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib .....                     ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb .....                     Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... .....                     Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir .....                     Azərbaycan Ukraynanın yanındadır... .....                     Samir Bayramlı xəstəxanalıq oldu .....                     Putin "Roskosmos"a yeni baş direktor təyin edib .....                     Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var .....                     Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib .....                     Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ .....                     USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək .....                     Ruslar BURCUDA BİLƏCƏKMİ? .....                     “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...” .....                     “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” .....                     Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi .....                     Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü .....                     Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? .....                     ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır .....                     Bakıda qadını şantaj edən şəxs tutulub .....                     “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı .....                     “Xalqın musiqisini niyə məhv edirsən?!” .....                     Bakının mərkəzində ŞOK İNTİHAR: .....                     Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır .....                     Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb .....                     Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil .....                     "Mən bunu müştəriyə təhqir sayıram..." .....                     Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib .....                     Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə .....                     Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə .....                     “Baku Medical Plaza”nın məşhur cərrahının da .....                     Kolleclərdə “Müəllimlik” ixtisası .....                 

Bosfor boğazı Rusiyanın üzünə bağlana bilər – Kremli ram edəcək “fəlakət” ssenarisi
Tarix: 30-03-2021, 08:18 | Çap et
Bosfor boğazı Rusiyanın üzünə bağlana bilər
Türkiyə rus gəmilərinin Bosfordan keçməsini qadağan etmək niyyətindədir.

Ovqat.com xəbər verir ki, bu iddianı Rusiyanın hərbi-aviasiya portalı Avia.pro irəli sürüb.

Portalın iddiasına görə, Ankara bundan əlavə, Qara dənizdə NATO hərbi donanmasını da artırmağı planlaşdırır.

“Ankara Rusiyanın hərbi gəmilərinin Qara dəniz sularından Aralıq dənizinə və əks istiqamətə keçməməsi üçün çox ciddi məhdudiyyət nəzərdə tutur. Bu, ilk növbədə, Türkiyənin Montrö Konvensiyasını pozmağa imkan verəcək alternativ kanal inşa etmək niyyəti ilə əlaqədardır”, - portal belə yazıb.

Avia.pro Türkiyənin ana müxalifət partiyası CHP yetkilisi Gürsel Tekinin fikirlərinə istinad edərək bildirir ki, bu barədə gizli qərar qəbul olunub.

Saytın istinad etdiyi fikir:

"İstanbul tarixində ən böyük korrupsiya ilə üzləşdi. Təcrübənin əksinə olaraq, abadlıq planı hər hansı bir təşkilatın, qeyri-hökumət qurumlarının, ticarət assosiasiyalarının fikirləri nəzərə alınmadan və İstanbul bələdiyyəsinin komissiyalarında və toplantılarında müzakirə olunmadan, qapalı qapılar arxasında təsdiq edilib", - deyə Cümhuriyyət Xalq Partiyasının sabiq Baş katibi Gürsel Tekin bildirib.

Potal vurğulayır ki, Ankara ilə Moskva arasındakı Suriya gərginliyi Rusiya Donanması üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər: “İstanbul kanalı tikiləndən sonra Montrö Konvensiyası öz fəaliyyətini dayandıracaq, bu da Rusiyanın cənub sərhədlərində çox ciddi gərginliklərə səbəb ola bilər”.

Ovqat.com-un qeydi

1936-cı ildə Qara dəniz sahildaş ölkələri ilə bağlanan Montrö sazişinə görə, Türkiyə yalnız regional dövlətlərdən biri ilə müharibə edərsə, Bosfor boğazını bağlaya bilər. Son zamanlar Yunanıstanla Türkiyə arasında Şərqi Aralıq dənizi üstündə münasibətlərin gərginləşməsi Ankara üçün belə bir fürsət doğurmuşdu. Lakin hazırda iki dövlət danışıqlar masasında aralarındakı ziddiyyətlərin həllinə çalışırlar. Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Cosep Borellin dünən media orqanlarında dərc olunan bir yazısı da təsdiqləyir. Məqalədə bildirilir ki, Türkiyə-Yunanıstan arasındakı konflikt tədricən ortadan qalxır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ötən həftə Brüsseldə keçirdikləri görüşdə “tərəflər arasında daha konstruktiv münasibət qurmağın vacibliyinə əmin olduğunu” yazan Borell bu təşəbbüsü davam etdirmək üçün “daha fəal şəkildə çalışacaqlarını” vurğulayıb. Odur ki, Türkiyənin yaxın aylarda Bosfor boğazını bağlayacağı inandırıcı görünmür.

Bununla yanaşı, belə bir planının olmadığını söyləmək də mümkün deyil. Məlumdur ki, son 500 il ərzində müxtəlif aralıqlarla davam edən, bu gün belə, soyuq savaş metodları ilə sürdürülən türk-rus müharibələrinin əsas hədəfi Bosfor boğazına yiyələnmək olub. İstanbul boğazı da adlanan və Qara dənizlə Aralığı birləşdirən bu keçid məntəqəsi Rusiyanın dünyaya açılan qapısıdır. Həmin qapı bağlanarsa Rusiyanın Qara dəniz hərbi donanması mənasız dəmir yığıntısına çevrilər və ölkənin ixrac məhsullarının mühüm qismi öz bazarını itirər. Bu baxımdan Bosfor boğazı əslində Türkiyənin pəncəsində hər an sıxılmağa hazır vəziyyətdə olan rus boğazıdır. Rusiyanın iqtisadi cəhətdən tamamilə çökdürülmə planı işə düşərsə, Bosfor boğazının ən müxtəlif səbəblərdən bağlanma ssenarisinə start verilə bilər. Məsələn, Türkiyə ilə Yunanıstan arasında artan hərbi gərginliyin bu sahədə potensial səbəb kimi ortaya çıxması istisna deyil.

Maraqlıdır ki, Cosep Borellin haqqında məqalə qələmə aldığı Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirlərinin son Brüssel toplantısında müzakirəyə çıxarılan məsələlərdən biri də Rusiya ilə münasibətlərdi. Hər kəs bu toplantıdan ağır sanksiyaların çıxmasını gözlədiyi halda, Moskvaya yaya qədər möhlət verildi. Elə həmin ərəfədə Yunanıstanın Türkiyəyə qarşı iddiaları xeyli yumşaldı, Misir Yunanıstanla bağladığı Aralıq dənizi sazişindən geri çəkildi. Görünən bu idi ki, Avropa İttifaqı yetkililəri son anda Rusiyanın əhlilləşəcəyinə dair siqnal aldılar. Verilən son möhlətin bitməsinə isə cəmi bir neçə ay qalıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02
Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00
"Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58
Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17
“Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15
Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14
Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12
Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10
“SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07
BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04
ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00
Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55
Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53
Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43
Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40
Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38
Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37
Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34
Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33
USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23
Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22
“Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18
“Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15
Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13
Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11
Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06
ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02
Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00
“Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57
“Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54
Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50
Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48
Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44
Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29
"Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27
Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21
Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16
Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14
“Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03
Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02
Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57
Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50
Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46
Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39
Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35
Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29
"10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16
Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13
Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04
Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru