Çin İranı “tələ”yə saldı - 25 illik müqavilədən Azərbaycan nə qazana bilər?
Tarix: 1-04-2021, 08:22 | Çap et
Mart ayının sonuncu ongünlüyü dünyanın ikinci böyük iqtisadiyyatına malik Çinin xarici işlər nazirinin Yaxın Şərq ölkələrinə səfərinin müzakirəsi ilə yadda qaldı. Xüsusilə səfər çərçivəsində Çinlə İran arasında 25 illik əməkdaşlıq müqaviləsinin imzalanması dünya mətbuatının gündəminə çevrildi.
Xatırladaq ki, həmin müqaviləyə əsasən Çin İranın neft-qaz və neft-kimya sənayesinə 280 milyard dollar investisiya yatıracaq. Bu, əməkdaşlığın ilk 5 ilində baş verəcək, sonrakı beşilliklərdə əlavə vəsaitlər yalnız hər iki tərəf razılıq verdikdən sonra yatırılacaq. İnvestisiyaların əvəzini İran öz neft-qaz və neft-kimya məhsulları ilə ödəyəcək.
İlk beşillikdə Çin İranın nəqliyyat və istehsal sektorlarının modernləşdirilməsinə 120 milyard dollar investisiya yatıracaq. Sonrakı 5 illiklərdə əlavə yatırımlar üçün yenə hər iki tərəfin razılığı olmalıdır.
Və bu yatırımların əvəzində Çin şirkətlərinə İranın dayandırılmış, başa çatdırılmamış və ya yeni neft və neft-kimya layihələri üzrə hərraclarda prioritetlik hüququ təqdim olunacaq. Bundan başqa, Çin İranın bütün növ neft-qaz məhsullarını etalon məhsulların 6 aylıq orta qiymətindən minimum 12 faiz zəmanətli endirimlə, üstəgəl risklərin kompensasiyası üçün bu həddən daha 8 faizədək ucuz almaq hüququ əldə edir.
Çinə İrandan aldığı məhsulların pulunu 2 ilədək ödəmə müddəti tanınır. Bu ödənişi Pekin Afrika və MDB ölkələrindəki biznesindən əldə etdiyi milli valyutalarla da ödəyə biləcək. Bu isə konvertasiya zamanı İranın daha 12 faiz vəsait itirməsinə səbəb ola bilər. Beləliklə, İran müqavilə çərçivəsində Çinə neft və neft-kimya məhsulları satışında 32 faizə qədər güzəştə getməli olacaq.
Müqaviləyə əsasən Çin özünün “Bir Kəmər, bir yol” layihəsi çərçivəsində İranın ərazisində əsas infrastrukturun yaradılmasında iştirak edəcək. Eyni zamanda İrandakı ucuz işçi qüvvəsindən Çin öz iri şirkətlərinin layihələndirdiyi və inşa etdiyi iri zavodların tikintisində istifadə edəcək. Bu zavodların istehsal etdiyi məhsullar Çinin müəyyənləşdirdiyi, maliyyələşdirdiyi və idarə etdiyi nəqliyyat infrastrukturu ilə Qərb bazarlarına daşınacaq.
Çinlə İran arasında bağlanmış bu müqavilədən Azərbaycanın çıxarları olacaqmı? Müqavilənin reallaşması regiona və ölkəmizə nə vəd edir?
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ABŞ-da prezident Obama dövrünün son aylarında “altılıq sazişi” imzalandı, İranın nüvə proqramına nəzarət müqabilində sanksiyaların götürülməsi gündəmə gəldi: “Məqsəd çox aydın idi: ABŞ və Avropa Birliyi İrana qarşı sanksiyaları götürür, xam İran bazarı Qərb şirkətlərinə açılır, yeni neft-qaz müqavilələri bağlanılır, yeni istehsal sahələri yaradılır, 81 milyonluq İran bazarı Qərbə açılır. Əvəzində isə ABŞ-AB Rusiyaya qarşı daha sərt mövqe qoymalı, AB ölkələri Rusiya bazarında itərəcəklərini İranda geri qaytarmalı idilər. Amma Tramp bütün oyunu pozdu, İrana qarşı sanksiyalar daha da sərtləşdirildi, AB şirkətlərinin öncədən bağladıqları bütün müqavilələr ləğv edildi - ”altılıq sazişindən" həmən sonra Qərb şirkətləri İranla 200 milyard dollarlıq ön sazişlərlə bağlı razılığa gəlmişdilər. ABŞ-ın İran siyasəti uğursuz oldu, böyük boşluq yarandı, indi ABŞ-Çin qarşıdurmasının yeni mərhələsi başladı, Çin hərəkətə keçdi və İranı tam nəzarətə götürmək üçün ilk addım atdı. Yeni müqavilə 25 ilə bağlanılıb, dəyəri 400 milyard dollar olacaq. Müqavilə neft-qaz sektorundan tutmuş logistikaya, avtomobil sənayesindən tutmuş tikinti sektoruna qədər bir çox sahəni əhatə edəcək. Müqavilənin ən maraqlı hissəsi neftlə bağlıdır - yatırımların tamamına yaxınını İran xam neftlə Çinə qaytaracaq. Bu gün Çin günə 13,5 milyon barel neft istehlak edir, bu həcmin 6-6,5 milyon barelini Çin öz ərazisində hasil edir, günə 7-7,5 milyon barelə yaxın neft alır. Bu gün sanksiyalara və yatırım, texnologiya məhdudiyyətinə görə İran günə cəmi 300 min barel neft sata bilir. Amma potensial olaraq yatırımlardan, yeni texnologiyaların tətbiqindən sonra İran günə 6 milyon barelə yaxın neft hasil edə, onun 4-4,5 milyon barelini ixrac edə bilər. Anlaşmaya görə, İran neftinin tamamını Çin alacaq, qiymət dünya bazarından, azı 10 faiz aşağı olacaq, bu Çin üçün çox böyük üstünlükdür. İran üçün də, təbii ki, böyük imkanlar açır, həm də Qərbin İrana qarşı sanksiya siyasətini tam mənasızlaşdırır. Bu müqavilə neft bazarına da ciddi təsir göstərəcək, ən böyük neft alıcısı olan Çinin ehtiyaclarının yarıdan çoxunu İran daha ucuz qiymətə verəcəksə, bu zaman digər ölkələr də “discount” etməyə məcbur qalacaqlar".
Müqavilənin Azərbaycana təsirlərinə gəlincə, ekspert hesab edir ki, ölkəmiz bu müqavilədən ciddi dividentlər qazana bilər: “Çin şirkətlərinin baş ofisləri, logistika mərkəzləri Azərbaycanda ola bilər, yük daşımalardan qazanc əldə edə bilərik. Amma əgər bu müqaviləyə Qərb çox kəskin reaksiya verəcəksə, bu iş çətinləşə bilər. Bu zaman regional layihələrdə Türkiyə ilə birgə işləmək lazımdır, bu təzyiqlərdən sığortalanmaq üçün mühüm rol oynaya bilər. Yeri gəlmişkən, heç Rusiya da bu müqavilədən razı deyil, çünki bu gün Çinə ən çox neft satan ölkə məhz Rusiyadır - İran nefti Rusiya neftini Çin bazarından sıxışdırıb çıxara bilər. Bu, qaza da aiddir - müqaviləyə görə, Çin Bəndərabbas limanını da morenləşdirəcək və orada sıxılmış qaz üçün limanlar tikəcək. İran qaz ehtiyatlarına görə dünyada 1-ci yerdədir, yeni yatırımlarla İran qısa zaman kəsimində böyük qaz ixracatçısına çevriləcək. Çin isə yaxın 10 ildə ən böyük qaz idxal edən ölkəyə çevriləcək. Deməli, Rusiyadan aldığı qazın həcmi də kəskin azala bilər. Bir sözlə, regionumuzda maraqlı proseslər gedir, Çinin ekspansiyası güclənəcək, hətta Gürcüstana da 8 milyard dollar yatırım qoymaqla bağlı yeni müqaviləsi var”.
İqtisadçı-ekspert Elman Sadiqovun fikrincə isə Çinin Yaxın Şərqdə, xüsusilə İrana nüfuz etməsi qlobal və regional səviyyədə yaxşı heç nə vəd etmir: “Dünyanın nüfuz dairəsinə yenidən bölünməsi və dəyişikliklər məhz regionumuzdan və Yaxın Şərqdən başladı. Hansı ölkələrin və regionlarının hansı nüfuz dairələrində olacağı aydınlaşmağa başlayır. Düşünürəm ki, Çin dövlətinin bundan sonrakı inkişafı 2 amillə bağlıdır: ərazisinin genişlənməsi (bu, yalnız Rusiya torpaqları hesabına ola bilər ki, hazırkı məqamda hələlik bu mümkün görünmür. Amma Rusiya dövlətçiliyi üçün ən böyük təhdidlərdən biri Çin olacaq. Rusiyanın bunu görməyə başladığını düşünürəm) və digər ölkələri öz nüfuz dairəsinə daxil etməsi. Amma Çin digər ölkələri öz nüfuz dairəsinə qarşılıqlı mənfəət (win/win) əsasında deyil, müxtəlif iqtisadi və siyasi tələlər hesabına daxil edərək öz iqtisadiyyatını həmin ölkələrin iqtisadiyyatlarını sümürmək hesabına gücləndirmək istəyir. Çinin iqtisadi vəziyyəti, gerçəklik, reallıq və göstəriciləri kənardan göründüyü kimi deyil və bu gün ABŞ və Avropadan üz çevirib Çinə sığınan dövlətlər gələcəkdə Çinin borc yükü və təsirindən (təzyiqindən) qurtarmaq üçün ABŞ və Avropadan kömək və ya kredit cəlb edəcəklər”.
Ekspertə görə, dünyada Çinə olan simpatiya da Çini tanıma səbəbindən deyil, ABŞ-a olan antipatiyadan yaranıb: “Çinin ”Bir kəmər, bir yol" layihəsi digər ölkələrin iqtisadi inkişaflarına xidmət edəcək bir layihədən daha çox Çinin ölkələri öz təsiri (ucuz kreditlə borc yükü altına salmaq və özünə sərfəli ağır şərtlər qoymaq) altına salmaq üçün bir tələ olması getdikcə üzə çıxmaqdadır. İranla bağlanan müqaviləyə gəlincə, İranın embarqonu pozaraq Çinə nə qədər müddət neft sata biləcəyi də sual altındadır, cəlb edəcəyi kreditləri qaytara biləcəyi də. Böyük ehtimalla, İran müqavilənin şərtlərini özündən asılı olan və olmayan səbəblərdən pozmağa məcbur olaraq Çinin iqtisadi və siyasi tələsinə düşəcək. İran dərin və qədim dövlətçilik ənənələrinə malik dövlət olsa da, bugünkü Çinin yanında hərtərəfli çox zəifdir. Əminəm ki, Çin İranın o kreditləri geri qaytara biləcəyinə əmin olsaydı, yəqin ki, verməzdi. Çinin böyüməsində həm ABŞ-ın, həm Avropa Birliyinin böyük rolu oldu. ABŞ bu böyümədə həddən artıq iştirak etdiyini və peşmanlığını dolayısı ilə etiraf etdi. Bəs Avropa? Düşünürəm ki, Avropa da bunu edəcək".
E.Sadiqov qeyd edir ki, pandemiya bir çox iqtisadi tələlər hazırladı: “Həm monetar, həm fiskal, həm proteksionist siyasətlərdə. Bir çox ölkələr bu tələlərə artıq düşmüşlər və düşməkdə davam edirlər.Təkcə Qafqazın və Yaxın Şərqin deyil, bütün dünya ölkələrinin talelərinin yenidən müəyyən olunduğu tarixi dövrə şahidlik etməkdəyik. Burada həlledici olacaq 2 amil mövcuddur: düzgün müttəfiqlərin seçilməsi və güclü iqtisadiyyat”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
|