ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı - "F-35"-dən "8 zərbə"
Tarix: 15-11-2021, 10:45 | Çap et
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Vaşinqton Ankaranı “F-35” proqramından kənarlaşdırmaq üçün “F-35” konsorsiumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxarıb: “9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə “F-35” ortaqlığı Türkiyəsiz yenidən quruldu”.
Nazir qeyd edib ki, buna səbəb olaraq Türkiyənin Rusiyadan “S-400” silahlarını alması göstərilsə də, əslində məqsəd başqadır: “Niyyət Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Hazırda ABŞ rəsmiləri ilə bu istiqamətdə danışıqlar davam etdirilir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər çəkdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir”.
Xatırladaq ki, ABŞ və Türkiyə ilə yanaşı, Böyük Britaniya, İtaliya, Hollandiya, Danimarka, Kanada, Norveç və Avstraliya konsorsiumda təmsil olunurdu. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri Rusiyadan “S-400” almasına görə deyil, müstəqil siyasət yürütməsi ilə bağlıdır.
Türkiyəli siyasi icmalçı, Dr. Can Kasapoğlu AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalçı dövlət olaraq konsoriumun üzvü idi: “Yəni, bu, o deməkdir ki, Türkiyə “F-35”-i hazır almırdı, onun istehsalı prosesində iştirak etməli idi. Təbii ki, belə bir qərarın verilməsi Türkiyə üçün arzuolunan deyil. Çünki bu, təkcə döyüş təyyarəsi deyildi, eyni zamanda minlərlə yeni iş yeri yaradan layihə idi. Bu mənada Türkiyənin sənaye itkiləri də nəzərə alınmalıdır. Misal üçün, Səudiyyə Ərəbistanı “F-35”-ləri hazır alır, onlar istehsal prosesində iştirak etmirlər. Türkiyənin bu porqramda əsas üstünlüyü həm də istehsal dövləti olması ilə bağlı idi”.
“Dünyada mövcud olan bütün silah sistemlərində olduğu kimi, “F-35”-in də müsbət və mənfi cəhətləri var. Ən böyük mənfi cəhəti müdafiə iqtisadiyyatı ölçüsüdür. “F-35” Birgə Zərbə Qırıcısı inventarda saxlamaq üçün bahalı bir təyyarədir. Hazırda bir F-35-in uçuş saatının qiyməti 36-44 min dollar civarında qiymətləndirilir. Bu isə öz növbəsində bir neçə F-16-nın dəyərindən bahadır. Eyni zamanda ALIS sistemindəki səhvlər əməliyyat xərclərini və iş yükünü daha da artırır. Üstəlik, proqramda aşkar edilən bəzi problemlər cari müqavilə öhdəliklərindən daha çox pul tələb edəcək”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, Rusiyanın “S-400” sistemi indiyə qədər döyüş uğuru əldə etməyib: “Lakin dünyanın ən sıx SAM sistemləri ilə qorunan hava məkanlarından olan Suriyada İsrail Hərbi Hava Qüvvələri “F-35”-lərlə sistemli əməliyyatlar həyata keçirir. İddialara görə, son üç ildə minə yaxın hədəf vurulub və İsrail pilotlarının 70 faizi Suriya hava məkanına daxil olub. Digər yandan hələ “F-35”-in vurulması halları qeydə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, Türkiyənin “F-35”-lə bağlı layihədən kənarda qoyulması mənfi məqamdır. Bu, bizim üçün itki sayıla bilər”.
“Türkiyə dövləti “F-35” proqramında qalmaq istəyini dəfələrlə ən yüksək rəsmi səviyyədə dilə gətirib. Təbii ki, tarixi geriyə çevirmək mümkün deyil və Türkiyənin irəliyə baxmaq vaxtıdır. Təəssüf ki, Avropada Türkiyə üçün müdafiə sənayesi məhdudiyyətləri və çətinliklər siyasi zəmində güclənməkdə davam edir. Hazırda görməli olduğumuz əsas iş Türkiyənin hərbi potensialını artırmaq və döyüş hazırlığı səviyyəsini yüksəltməkdir. Məhz bu yolla itirdiklərimizi kompensasiya edə bilərik. Bir məqamı da unutmaq lazım deyil ki, Türkiyə müdafiə sənayesinin verdiyi itkilərin ödənilməsi ən azı hərbi potensialın gücləndirilməsi qədər vacibdir”, - deyə Kasapoğlu fikirini yekunlaşdırıb.
ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş AYNA-ya açıqlamasında söyləyib ki, Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Görünən odur ki, Bayden administrasiyası rəsmi Ankara ilə məsafəli siyasət yürütməyə üstünlük verir. ABŞ və Türkiyə liderləri arasında keçirilən son görüş də bunun təsdiqi rolunda çıxış edir. Hazırda münasibətlər yüksək olmasa da, aşağı səviyyədə də deyil. Yəni, çıxış yolu hər zaman var. Bunu hər iki tərəfdə nəzərə alırlar”.
Müsahibimizin dediyinə görə, Suriyada PKK-nın qolu olan YPG-yə ABŞ-ın verdiyi siyasi-hərbi dəstək, Türkiyənin isə “S-400” raketlərini öz ərazisində saxlaması bu münasibətləri gərginləşdirən faktorlar rolunda çıxış edir: “Görünən odur ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilmirlər. Belə olduğu təqdirdə Amerika müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı təzyiqləri artırır. 9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkənin çıxması, Türkiyənin isə layihədə tək qalması bunun təzahürüdür”.
“Milli müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi, onların əsas məqsədi Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Bu yolla Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Türkiyə kifayət qədər güclü dövlətdir. Son illərdə isə daha da güclənib. Bu gün dünyanın əsas beynəlxalq oyunçularından biridir. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Yəqin ki, yekunda Qərb dairələri bu faktoru nəzərə alacaq. Əks halda ABŞ-Türkiyə müttəfiqliyinə xələl gələ bilər”, - deyə Arslanbaş vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Bu gün, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Bu gün, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Bu gün, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Bu gün, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
|