Bazar ertəsi, 3 mart 2025, 21:31:12  
   Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi .....                     Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? .....                     "Mən yaşıla vurğunam..." .....                     "Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" .....                     Sabiq deputat nazirin geyiminə "ilişdi" .....                     Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir .....                     İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi .....                     Bu gün od çərşənbəsidir .....                     Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” .....                     Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! .....                     "Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi" .....                     Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi .....                     Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər .....                     Səs yazısı yayılan direktor işdən çıxarıldı .....                     İrəliləyiş olmayacaq: .....                     Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu .....                     Banklar daha dollar almır: Nə baş verir? .....                     Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR .....                     Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb .....                     Məktəblərə “cəza yağışı” gəlir: .....                     Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. .....                     Qadınlar Razi Nurullayevin cavabını verdilər: .....                     Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm .....                     Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ukrayna uğrunda QARIŞ SAVAŞI... .....                     Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib .....                     ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq .....                     Təhsilə pul yatırmağın qaranlıq tərəfi .....                     Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır .....                     Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                     Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı .....                     Prezident vəd vermişdi... .....                     İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı .....                     Alçaldılmış və təhqir edilmiş .....                     Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq .....                     Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən .....                     Nazir ona vəzifə verdi .....                     Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib .....                     Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır .....                     "Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu .....                 

İranın qonşularla NƏ DƏRDİ? - İNCƏLƏMƏ
Tarix: 21-08-2023, 07:13 | Çap et
İranın qonşularla NƏ DƏRDİ?
Panfarsizmi dövlət ideologiyası səviyyəsinə qaldırıb, irqi siyasəti idarəçilik alətinə çevirmiş İran heç kimlə yola getmir.

Dünyada başqa dövlətə ölüm arzulayıb, onu özünə düşmən sayan ikinci belə bir hakimiyyət və ideologiya mövcud deyil. 1979-cu il fevral inqilabının ilk illərində “İsrailə ölüm!”, “Amerikaya ölüm!“, “İngiltərəyə ölüm!”, “Şurəviyə ölüm!” deyib, qarğış edən bu hakimiyyət bir müddət sonra sonuncu iki sloqanı yığışdırdı. İlk iki şüar isə hələ də söylənilir.

İranda əvvəllər, inqilabın ilk illərində, elə indi də elə düşünürlər ki, ölkəni qarışdıran “ingilis barmağı”dır. Yəni ölkə kənardan qarışdırılır. Rejim hakimiyyətə etiraz edənləri, bir qayda olaraq, qərbin casusu sayır.

İlk baxışda İranı əsasən ABŞ, İsrailin qarışdırması barədə iddialara haqq qazandırmaq da olar. Ancaq bu məqamda ölkənin ətrafına və əməkdaşlıq etdiyi dövlətlərə nəzərə salmaq və sonra mülahizə yürütmək gərəkdir.

İran hakimiyyətin qonşu dövlətlərin, Ermənistan istisna olmaqla, hamısı ilə ciddi problemi var. Rejimin Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Küveyt, BƏƏ, Bəhreyn dövlətlərinin hər biri ilə ayrı-ayrılıqda çox ciddi problemi var.

Əsas sual budur: İranın, yaxud oradakı mövcud hakimiyyətin qonşularla problemlərinin əsasında nə durur?

Tehran rejimi özünü Səfəvilər və Qacar türk dövləti kimi aparmağa çalışır. Hər iki dövlət imperiya idi. Ancaq fars şovinistlərinə və ya panfarsistlərə aid deyildi. Yaxud, türk düşmənlərinin dediyi kimi, pantürkist də deyildilər. Onlar ərazi və inzibati idarəetmə imperiyası qurmuşdular. Bu, panfarsçıların düşündükərindən və həyata keçirmək niyyətində olduqlarından tamam fərqli bir haldır. Min ilə yaxındır panfarsistlər regionda ağalıq uğrunda mübarizə aparırlar. Bunu islam, daha doğrusu, şiəliklə pərdələməyə çalışırlar.

İrandakı rejimin başlıca bəlası da budur. O, bu yolla ərəblərdən, türklərdən ötən illərin heyfini alır. Məsələn, sasanilərin qisasını ərəblərdən, səlcuqların heyfini türklərdən almağa çalışır, pakistanlı və əfqanıstanlılarla isə Tehranın “böyük qardaş olması”nı qəbul etmədiyi üçün kin saxlayır.

Bu qisas və kin panfarsizmi içindən yeyir. Ona görə qonşu dövlətlərlə xoş davrana bilmir.

İranın keçmiş Prezidenti Həsən Ruhaninin siyasi məsələlər üzrə müşaviri Həmid Əbutalebi bu günlərdə ölkəsinin bəlalarından danışıb. O, rəsmi Tehranın Moskvaya yönəlik xarici siyasətini kəskin tənqid edərək, deyib: “İranın yaxın tarixdə başına gələn bəlaların başında Rusiya durur”.

Keçmiş müşavir BMT Təhlükəsizlik Şurasının İranın atom-nüvə proqramı ilə bağlı qəbul etdiyi 3 qətnamənin lehinə Rusiyanın da səs verdiyini vurğulayaraq, deyib: “Rusiya BMT Təhlükəsizlik Şurasında İranı məhv edib. Pilotsuz təyyarələrlə İslam Respublikasını Ukrayna böhranına daxil edib”.

O, tarixə nəzərə salaraq, İran paytaxtını Rusiyanın işğal etdiyini söyləyib: “Rusiyadan başqa dünyanın hansı ölkəsi ölkəmizin paytaxtını işğal edib? Rusiyanın xərclərini İran xalqı ödəməlidir? Bizim indi problemimiz olan Ukrayna harada idi? Ukrayna ilə çox yaxşı münasibətlərimiz olub”.

Keçmiş müşavir İranın ali rəhbəri Seyid Əli Xamneyini Rusiya hakimiyyətinin yaxın tərəfdaşı hesab edir. Qeyd edək ki, İran lideri Vladimir Putinin Ukraynaya qarşı müharibəsini də dəstəkləyib. O, bunu Qərbə və NATO-ya qarşı olduqları üçün etdiklərini bildirib.

Əbutalebi Xamneyinin adını çəkmədən deyib: “Onlar NATO-nun genişləndiyini deyirlər. NATO ilə sərhədimiz təzə çəkilir? Hələ inqilabdan əvvəl bizim sərhəddə Türkiyədə NATO-nun ən böyük hərbi bazası var idi. NATO qəflətən problemimiz oldu? NATO-nun genişlənməsi – ruslara doğru deməkdir. Rusiyanı müdafiə etməliyik? Ruslar bizi qoruyur?”

Həmid Əbutalebinin fikrincə, İranın xarici siyasətində milli maraqlar öz yerini itirib: “Strukturlar və agentlər strateji qarışıqlıq böhranını həll edə bilmirlər”.

Bu açıqlama sübut edir ki, İrandakı hakimiyyətin düşməni xaric ölkələr deyil. Rusiya isə 300 ilə yaxındır indiki İranın ərazisində mövcud olmuş türk dövlətlərinə qarşı müharibə aparıb. İndiki rejimlə Moskvanı birləşdirən başlıca amil bu düşmənlik olub. Başqa sözlə, İran Ukraynada NATO-ya qarşı deyil. O, yenə paniranist düşüncəsinin əsiridir. Türkiyənin regiondakı nüfuz və artan rolunu həzm edə bilmir. Oyunçu olduğunu nümayiş etdirir. Ukraynada Rusiya tərəfdən çıxış etməklə özünü göstərir.

İrandakı hakimiyyətin düşməni İsrail deyil. Çünki onun İranla heç bir əlaqəsi yoxdur. ABŞ-ın da İranla münasibətləri və əlaqələri yox dərəcəsindədir. O zaman sualın cavabı budur: İran dövlətinin başlıca düşməni panfarsizm və paniranizmdir. Tehran hakimiyyəti indi və gələcəkdə bu hikkədən xilas ola bilməzsə, heç vaxt səmimi qəbul olunmayacaq. Tehrandakı rejimi bir çox hallarda bu şovinist ideologiya ilə dövlət maraqlarını qarışdırır. Elə bəlası da burada başlayır. İran üçün xilas panfarsçılıq və şovinistlikdən imtinadan başlayır.

Sədrəddin Soltan - Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Türk Ocağı "Qənirə Paşayeva mükafatı" təsis etdi - AÇIQLAMA
Bu gün, 00:57
Hakimlərin fotoları və tərcümeyi-halı niyə gizli saxlanılır? - ARAŞDIRMA
Bu gün, 00:54
"Mən yaşıla vurğunam..." - FOTO
Bu gün, 00:50
"Avropa ölkələri Ukraynaya təhlükəsizlik zəmanəti verə bilməz" - Starmer
Bu gün, 00:33
Sabiq deputat nazirin geyiminə "ilişdi" - "Ayıbdır…"
Bu gün, 00:31
Ağ Ev Rusiyaya qarşı sanksiyaların mümkün ləğvini öyrənir - KİV
Bu gün, 00:23
İcra başçısının oğlu lüks avtomobillərinin və bahalı nömrələrinin olması faktını təsdiqlədi - İLGİNC
Bu gün, 00:22
Bu gün od çərşənbəsidir
Bu gün, 00:10
Putinin Rusiyaya xəyanəti: Ukraynanı ABŞ-a “təslim etdi” - FAKT BUDUR!
Bu gün, 00:04
Müəllimlərə 8 Martda niyə hədiyyə almayaq ki?! – Qurunun oduna yananlar
Bu gün, 00:00
"Mənim və Aysel xanım üçün bu addımı atmaq çətin idi"
Dünən, 23:58
Simonyanın hər kəsdən üzr istəməsinin səbəbi – Sui-qəsd olacaq?
Dünən, 23:56
Müharibədə sensasion detal: türk qoşunları bura girə bilər – General
Dünən, 21:22
Səs yazısı yayılan direktor işdən çıxarıldı - rəsmi
Dünən, 21:18
İrəliləyiş olmayacaq: - Aİ-nin Ermənistana ehtiyacı yoxdur!
Dünən, 19:02
Bakının tələbi, erməni cəmiyyətinin xilas yolu – Yeni Konstitusiya
Dünən, 19:00
Banklar daha dollar almır: Nə baş verir? - AKTUAL
Dünən, 18:58
Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin MƏZUNUDUR - "Kimin əlindən su içdiyi bəlli"...
Dünən, 18:20
Trampın Rusiya-Ukrayna məsələsində iki çıxış yolu qalıb - Azad İsazadə ŞƏRH EDİR
Dünən, 18:17
Məktəblərə “cəza yağışı” gəlir: - Müəllim və şagirdlər üçün çətin dövr
Dünən, 18:11
Bakıda qardan sonra əksər yollar dağıldı: Yoxsa bu boyda sərvət HARDAN İDİ Kİ?.. - İLGİNC FAKT
Dünən, 18:07
Qadınlar Razi Nurullayevin cavabını verdilər: - "Nə aliment alırlar ki, sərbəst də yaşasınlar?"
Dünən, 18:01
Ukrayna torpaqlarını Rusiyaya verməyən yeganə prezidentəm - Tramp
Dünən, 17:58
Bu həftə DƏYİŞİKLİK GÖZLƏNİLİR - İDDİA
Dünən, 17:56
Ukrayna uğrunda QARIŞ SAVAŞI... - İNCƏLƏMƏ
Dünən, 17:49
Azərbaycan GUAM Parlament Assambleyasına sədrliyi Gürcüstana təhvil verib
Dünən, 17:42
ABŞ Azərbaycanın maraqlarına xələl gətirəcək addım atmayacaq - Ermənistanın xəyalları "suya düşdü"
Dünən, 17:40
Təhsilə pul yatırmağın qaranlıq tərəfi – Gənclər harada səhv edir?
Dünən, 17:36
Mədəniyyət Nazirliyi BƏƏ şirkətindən 3 adda kitab alır – 36 min ödəyəcək
Dünən, 17:30
Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? - Geosiyasi qeyri-müəyyənlik...
Dünən, 16:10
Polis marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxsləri saxladı - FOTO, VİDEO
Dünən, 16:06
Prezident vəd vermişdi... - NƏ OLACAQ?..
Dünən, 16:04
İcra başçısının müavini məhkəməyə gəlmədi, iclas təxirə salındı - DETALLAR
Dünən, 16:02
Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?
Dünən, 15:58
Yaxın beş ildə Azərbaycanın büdcəsi profisitli olacaq - Dünya Bankı
Dünən, 15:53
Ləğv olunmuş Azərbaycan Sənaye Korporasiyası xalis mənfəətdən - ZƏRƏRƏ KEÇİB
Dünən, 15:50
Nazir ona vəzifə verdi - FOTO
Dünən, 15:46
Şirvanda erməni siqaretləri satan şəxs həbs edilib - İkinci əməlidir
Dünən, 15:42
Səs yazısı yayılan direktorla bağlı araşdırma aparılır
Dünən, 15:26
"Veysəloğlu"nun "İllik Dəyərləndirmə və Gələcəyə Baxış" adlı motivasiya tədbirində şirkətin uğurları və yeni istiqamətlər müzakirə olundu - FOTO
Dünən, 15:17
Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti - MƏQALƏ
Dünən, 15:11
Qadın ülviyyətin, zərifliyin, gözəlliyin rəmzidir - İsrafil Kərimovun yazısı
Dünən, 15:09
Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulacaq, nazir müavini səbəbi açıqlayıb
Dünən, 15:04
Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib - ARAŞDIRMA
Dünən, 14:02
MİDA-nın 620 minlik tenderi ləğv edildi
Dünən, 14:00
“Qoca qitə” çarə axtarışında: - ruslar gəlir, amerikalılar gedir
Dünən, 13:58
Sahil Babayevin yerinə keçən nazir nələri dəyişəcək? – Rəy
Dünən, 13:10
Məhkəmə qalmaqallı "Laser Beauty Estetik Klinika" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 13:06
Türkiyədə inflayasiya səviyyəsi 39%-ə düşdü – Dünyada 6-cı yerdədir
Dünən, 13:04
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə sədr əvəzi təyin edilib - FOTO
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru