Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                 

Keçmiş müdafiə naziri Paşinyanı �?satqınlıqda’ ittiham edir - TƏFƏRRÜAT
Tarix: 7-10-2023, 09:56 | Çap et
Keçmiş müdafiə naziri Paşinyanı ?satqınlıqda’ ittiham edir
Ermənistanda 2018-ci ildə baş vermiş “məxməri inqilabdan” dərhal sonra baş nazir Nikol Paşinyanın müşaviri kimi çalışmış, daha sonra isə müdafiə naziri təyin edilmiş Arşak Karapetyan indi keçmiş rəhbərini satqınlıqda ittiham edir.

DİA.AZ-ın məlumatına görə, AzasdlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Karapetyanın iddiasına görə Qarabağın “müdafiə ordusu” da bu xəyanət nəticəsində məhv edilib:

“Bugün bir əsl vətənpərvər də yoxdur ki, bizim qorxaq hakimiyyətin ucbatından qürurlu xalqımızın qırğın və məhvə qalmasına görə ürəyində ağrı və hiddət hiss etməsin”.

Müdafiə naziri vəzifəsindən cəmi üç ay sonra Paşinyan tərəfindən qovulmuş Karapetyan üstündən iki il keçəndən sonra işdən azad edilməsinin səbəblərinə aydınlıq gətirməyə çalışıb.

Mən, general-mayor Arşak Henrixoviç Karapetyan...”
O iddia edib ki, vəzifəsindən Azərbaycan silahlı qüvvələrinin irəliləməsinə yol vermədiyinə görə uzaqlaşdırılıb:

“Mən, general-mayor Arşak Henrixoviç Karapetyan vəzifədən ona görə kənarlaşdırılmışam ki, Azərbaycan tərəfinin ultimatumunu rədd edərək irəlilədiyi, Ermənistan Respublikası ərazisinə müdaxiləyə cəhd etdiyi təqdirdə düşmənə atəş açılmasına əmr vermişəm”.

Lakin Facebook səhifəsində yazdığı postda Arşak Karapetyan bütün bunlar barədə sükutunu niyə məhz indi pozmaq qərarına gəlməsinin səbəblərinə aydınlıq gətirmir.

O Azərbaycanın müdaxiləsinin qarşısının nə vaxt alınması və atəş əmrinin verilməsi vaxtlarını da dəqiqləşdirmir.

Karapetyan müdafiə naziri vəzifəsinə 2021-ci ilin avqustunda təyin olunmuş, elə həmin ilin noyabrında vəzifəsindən azad edilmişdi. Onun istefaya göndərilməsi ərəfəsində bir sıra sərhəd insidentləri baş vermişdi.

Lakin Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə 2021-ci ilin 14 noyabrında, Karapetyanın işdən çıxarılmasına bir gün qalanda Azərbaycan silahlı qüvvələri sərhədin şərq istiqamətində mövqelərini yaxşılaşdırmağa çalışmış, amma buna nail ola bilməmişdi.

Məni Qarabağa getdiyimə görə işdən çıxarıblar”
Karapetyan vəzifəsindən kənarlaşdırılmasının daha bir səbəbi kimi Qarabağa səfərlərini göstərir:

“Çünki mən üç dəfə Artsaxa (Qarabağ-red) getmişdim və Artsax Respublikasının (Qarabağ-red) müdafiəsini təşkil etməyə çalışmışdım. Çünki mən təhlükəsizliklə bağlı indiki hökumətin bütün niyyətləri ilə razılaşmırdım”.

Azatutyun yazır ki, Arşak Karapetyan 2021-ci ilin 6 noyabrında, işdən çıxarılmasına bir həftə qalmış Qarabağa getmiş, orada “Qarabağ müdafiə ordusunun” komandanlığı ilə təhlükəsizlik məsələlərini müzakirə etmişdi. Həmin vaxt Bakı Karapetyanın bu səfərinə görə etiraz bildirmişdi.

İqtidaryönlü deputat iddiaları “düşüncəyə təhqir” adlandırır
Azatutyun yazır ki, baş nazirin iqtidar partiyasından olan deputatlar Karapetyanın iddialarını şərh etmək istəməyiblər.

“Vətəndaş müqaviləsi” fraksiyasından deputat Arman Eqoyan isə deyib ki, Karapetyanın ittihamları onun “düşüncəsi üçün təhqir” kimi səslənir:

“Sizin istədiyiniz odur ki, biz indi kameraların qarısında oturub Ermənistan Respublikası sərhədlərinin qorunması üçün kimin öz funksiyalarını necə yerinə yetirdiyini müzakirə edək? Bu sual mənim düşüncəm üçün təhqir kimi səslənir. Heç kəs Ermənistan Respublikasının sərhədlərinin müdafiəsinə görə işdən qovula bilməz. Adamlara Ermənistan Respublikasının sərhədlərini lazımınca qoruduqlarına görə mükafat verirlər”.

Rusiyanı xilasa çağırıb
Karapetyan hələ Paşinyanın hakimiyyətindən əvvəl, 2016-cı ildə üçüncü prezident Serj Sarkisyan tərəfindən dördgünlük aprel müharibəsi zamanı yol verdiyi qüsurlara görə Ermənistan silahlı qüvvələri baş qərargahının kəşfiyyat idarəsinin rəisi vəzifəsindən kənarlaşdırılmışdı. Hərçənd Sarkisyan sonralar Karapetyana Ermənistanın Rusiyadakı hərbi attaşesi vəzifəsini vermişdi.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan Karapetyanın çıxışı barədə deyib:

“Mən hesab edirəm ki, Ermənistan Respublikası üçün belə mühüm bir vaxtda kiminsə Milli Məclisin brifinqinə gəlib birbaşa efirdə və bir neçə dildə öz xidmətlərini konkret şəxslərə, konkret qütblərə təklif etməsinə ümumiyyətlə ehtiyac yoxdur”.

Keçmiş nazir brifinqdə etdiyi çıxışda Rusiyaya “Ermənistan dövlətinin məhvi cəhdlərinin qarşısının alınması üçün qətiyyətlə hərəkətə keçmək” çağırışı etmişdi.

Siyasi fəaliyyətə başladığını elan edən Karapetyan çıxışını həm də rusca etmişdi. Karapetyan iddia edib ki, Ermənistan hakimiyyəti erməni xalqını Rusiya ilə qarşı-qarşıya qoyur.

Onun sözlərinə görə Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxş olmasa da, Rusiya və Ermənistan xalqlarının arasına nifaq salınmasına yol verilməməlidir.

Qarabağdakı işlərə dövlət büdcəsindən nə qədər pul ayrılır? Hökumət nəyi gizli saxlayır?

Paşinyana “Ruben Vardanyan” ittihamı
Arşak Karapetyan Paşinyanın ünvanına daha bir ciddi ittiham səsləndirib:

“Mən dəqiq bilirəm ki, Ermənistan hökumətinin başçısı kreslosunu itirəcəyindən narahat olduğuna görə erməni xalqının ləyaqətli oğlu Ruben Vardanyanın həbsi üçün azərbaycanlılara müraciət edib”.

İqtidaryönlü deputat Eqoyan bu ittihamı “sayıqlama” adlandırıb:

“Rəsmi Yerevan bundan əvvəl Dağlıq Qarabağ liderlərinin saxlanılmasını qətiyyətlə pisləyib və bildirib ki, onların hüquqlarının müdafiəsi üçün bütün mümkün addımları atacaq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Bu gün, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru