Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                 

Təəccüblü və təhlükəli - Bu məlumatları kimlər və niyə tirajlayırlar?
Tarix: 19-11-2023, 12:51 | Çap et
Təəccüblü və təhlükəli
Son zamanlar nüfuzlu Qərb mediasında heyrətamiz tendensiya müşahidə olunur. Məsələn, Britaniyanın məşhur “The Telegraph” qəzeti Volodimir Zelenski ilə Ukrayna hərbçiləri arasında parçalanmadan yazır. Səbəb kimi də Rusiya ilə münaqişənin dalana dirənməsi göstərilir.

“Dayanmış hücumlar fonunda Ukraynanın siyasi və hərbi rəhbərliyi arasında adətən gizli qalan gərginlik artıq ictimaiyyətə məlum olub. Bu, hətta keçən fevralda başlanan genişmiqyaslı işğaldan sonra Ukraynanın müdafiəsinə inadla rəhbərlik edən Zelenskinin də “çat verməyə” başlaya biləcəyinə işarədir”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, Zelenski həmçinin döyüşlərin “dalan nöqtəyə” çatdığını deyən general Valeri Zalujnını açıq şəkildə danlayıb: “Bu həftənin əvvəlindəki çıxışında Ukrayna Prezidenti deyib: “İndi hər kəs öz səylərini ölkənin müdafiəsinə cəmləməlidir. Gücünüzü toplayın və özünüzdən razı olmayın, daxili çəkişmələrdə və ya digər problemlərdə boğulmayın”. O, fikir ayrılıqlarının ölkə üçün dəhşətli nəticələr doğuracağı barədə xəbərdarlıq edib. Prezidentin baş köməkçiləri söz savaşına qoşularaq, general Zalujnının dalana dirənməsi ilə bağlı bəyanatlarının yalnız “təcavüzkarın işini asanlaşdırdığını” və Kiyevin qərbli tərəfdarları arasında “çaxnaşma” yaratdığını vurğulayırlar”.

“Siyasətçilərin hədsiz nikbin baxışları ilə bağlı daha əvvəl mübahisə iddialarına baxmayaraq, ordu və mülki rəhbərlik arasında parçalanma 20 aydan sonra davam edir. Son beş ayda gedən döyüşlərdə Ukrayna işğal olunan ərazisinin yalnız kiçik bir hissəsini azad edib, Rusiya isə hələ də ölkə ərazisinin beşdə birinə nəzarət edir. Rəsmilər qorxurlar ki, görünən dalana dirəniş Qərb müttəfiqlərini Rusiya ilə sülh danışıqları üçün təzyiqi artırmağa və onları müharibənin dayandırılması müqabilində əraziləri təslim etməyə məcbur edə bilər. Kiyevdə bəziləri, o cümlədən cənab Zelenski daha çox narahatdır ki, müharibənin dondurulması ilə bağlı təsəvvür beynəlxalq diqqətin Ukraynadan yayınmasına səbəb ola bilər, xüsusən də İsrail ilə HƏMAS arasındakı müharibə Yaxın Şərqdə regional münaqişəyə çevrilmək təhlükəsi yartdığı bir zamanda”, - deyə nəşr yazır.

Ukraynalı general Zalujnı əksər hallarda toxunulmaz hesab olunur. Populyarlığına görə Ukrayna ordusunun baş komandiri hazırkı Prezidentə potensial siyasi rəqib kimi görünür, lakin Zalujnı bu istiqamətdə heç bir niyyətinin olmadığını bəyan edib. Lakin Prezident onun müavinlərindən birini - xüsusi təyinatlı qüvvələrin rəisini işdən çıxarıb. General-mayor Viktor Xorenko “Ukrayinskaya Pravda”ya deyib ki, o, niyə işdən çıxarıldığını bilmir və bu barədə mediadan öyrənib. General Zalujnı da bu qərardan məəttəl qalıb və “bunu izah edə bilmirəm” deyib.

Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rustem Umerov Xorenkonun işdən çıxarılmasını tövsiyə etdiyini, lakin bunun səbəbini izah edə bilməyəcəyini, çünki bunun düşmənə Ukraynanı zəiflətmək üçün əsas verəcəyini qeyd edib.

Göründüyü kimi, Qərb media qurumları bu tipli məlumatları son günlər həvəslə tirajlayır. Amerikanın “Daily Beast” xəbər və analitik nəşri yazır ki, cəbhələrdə uğur əldə edilməməsi və xaricdən silah və pul yardımının azalması fonunda Ukrayna qoşunlarında məğlubiyyət əhval-ruhiyyəsi artır: “Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi qulluqçuları Qərbin dəstəyinin zəifləməsi səbəbindən Lvova qədər geri çəkilmək ehtimalından ehtiyat edirlər. USQ-nin bir döyüşçüsünün jurnalistlərə izah etdiyi kimi, bu qorxular birbaşa Ukraynanın hazırda özünü silah və sursatla müstəqil şəkildə təmin edə bilməməsi ilə bağlıdır: “ABŞ və digərlərinin dəstəyi olmasa, düşmən qoşunları bütün cəbhələrdə irəliləsə, geri çəkilməyə məcbur olacağıq. Bizim tərəfdaşlarımız var və onlardan kömək alacağıq, amma bu, çox az olacaq, ya da müharibə Lvova çatacaq””.

Materialda həmçinin göstərilir ki, cəbhənin bir sıra sektorlarında Ukrayna hərbçiləri artıq sursatdan istifadəni məhdudlaşdırmağa məcburdurlar: “Onlar Qərbin İsrailə fəal şəkildə yardım etdiyi Yaxın Şərq münaqişəsinin kəskinləşəcəyi təqdirdə bu tendensiyanın daha da pisləşəcəyindən ehtiyat edirlər”.

Belə xəbərlər haqqında nə demək olar? Nəyi göstərirlər? Bunlar real problemlərlə bağlı siqnallardır, yoxsa Qərb mediası vasitəsilə məharətlə təqdim edilmiş Rusiya təbliğatı? Ukraynanın maraqlarına bir növ informasiya hücumu dalğası varmı?

AYNA mövzunu tanınmış ukraynalı ekspertlərlə müzakirə edib.

“Doktrina” Siyasi Araşdırmalar Mərkəzinin təhlükəsizlik departamentinin rəhbəri Qleb Parfyonov:

“Cənubda hücumdan sonra bədbinlik dalğası təbiidir. Ancaq birbaşa Lvova qədər çəkilmək haqqında danışırıqsa, əlbəttə yox. Cəbhə müdafiə baxımından sabitdir və hətta Avdeyevka kimi ərazilərdə də ruslar ciddi irəliləyişlər əldə etmirlər. Bu da nədənsə xəbər verir.

Hər hansı bir dövlətdə müharibə zamanı siyasi və hərbi strategiya münaqişəsi olur və bu da normal haldır. Bunun cəmiyyətlə müzakirə olunması uzunmüddətli perspektivdə vahid strategiya və modelin işlənib hazırlanması baxımından müsbət tendensiyalar gətirə bilər.

Ayrı-ayrılıqda qeyd etmək lazımdır ki, Rusiya təbliğatı daha mürəkkəb və təhlükəli hala gəlib. Süni intellekt texnologiyalarının istifadəsi həm yüksək səviyyəli insanlara zəng etməyə, həm də insan səsindən istifadə edərək açıq saxtakarlıq etməyə imkan verir.

Məsələn, bu yaxınlarda Zalujnı adından yayılan feyk xəbər kimi. Ona görə də bunu Rusiyanın ciddi informasiya hücumu kimi xarakterizə edərdim. Məqsəd həm Ukraynanın özündə, həm də tərəfdaşlar arasında vəziyyətin sabitliyini pozmaqdır ki, onlar yardıma və mümkün perspektivlərə inamlarını itirsinlər”.

Jurnalist və bloger Roman Tsımbalyuk:

“İsraillə bütün bu paralellərin heç bir mənası yoxdur. Qərbdə Ukraynaya kömək etmək və ya kömək etməmək barədə müzakirələrin getməsi başadüşüləndir. Bu, o deməkdir ki, bütün bu məğlubiyyət hissləri fonunda yardımlar azalacaq.

Yaxşı, kömək azalacaq, müdafiəyə oturacağıq, amma kömək olsa, hücuma keçəcəyik. Bu, başadüşüləndir. Qərb silahları və sursatları olmasa, biz qalib gələ bilmərik – burada nə vətənə xəyanət var, nə də qələbə. Sadəcə Rusiyaya və onun hərbi-iqtisadi potensialına, bir də bizə baxın.

Yəni hər şey bir-biri ilə çox bağlıdır. Ona görə də hesab edirəm ki, Qərb dünyası təbii ki, o mənada maraqlıdır, amma hər şey siyasi qərarlardan asılıdır. Hələlik Avropa dirnəniş göstərir, sonrasına baxarıq. ABŞ-ın da bir gün bu mövzuda bütün mübahisələrini dayandıracağını düşünürəm.

Zalujnı ilə Zelenski arasında savaşa gəlincə, əslində heç bir savaş yoxdur. Bu, həm də obyektiv siyasi prosesdir. Nədənsə hamı yayda irəliləyəcəyimizi gözləyirdi, baxmayaraq ki, bütün hesablamalara görə bunun çətin mümkün olacağı aydın idi.

İndi isə birdən hamı faktdan sonra bu haqda danışmağa başladı. Yayda xəbərdarlıq etmişdim ki, genişmiqyaslı hücum üçün döyüş təyyarələrini gözləmək lazımdır. Amma bu, həm də siyasi qərardır. Və yenə də bizi ruhlandırırdılar: gəl, irəli, irəli get. Sonrası necə olacaq, yaşayarıq, görərik”.

Müəllif: Rauf Orucov - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru