Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                     Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                 

Qərbin Ukrayna və Zelenski ilə bağlı planı bəlli deyil... - İNCƏLƏMƏ
Tarix: 30-11-2023, 07:00 | Çap et
Qərbin Ukrayna və Zelenski ilə bağlı planı bəlli deyil...
Ukrayna müharibəni uduzur, yoxsa hələ qalib gəlmək iqtidarındadır? Tərəfdaşları Kiyevi məcburi sülhə vadar edirmi? Ümumiyyətlə, hərbi əməliyyatlar başlayandan silah verilməsi məsələsində ləng və ehtiyatlı addımlar atan Qərb Zelenskini satıbmı?

Bu gün Ukraynada hərbi əməliyyatların uğurundan danışmaq mümkün deyil. Nə Rusiya, nə də Ukrayna ciddi üstünlük əldə edə bilməyərək, daha çox mövqe döyüşlərinə keçiblər. Əgər ukraynalılar Dnepr çayının Qərb sahilində nisbi uğur əldə ediblərsə, rusiyalılar da böyük itkilər hesabına da olsa, Avdeyevkada irəliləyə biliblər. Lakin tərəflərin bu “uğuru” müharibənin taleyinə ciddi təsir göstərə bilmir. Belə demək mümkünsə, tərəflər döyüş əməliyyatında “ölü nöqtə”yə çatıblar.

Buna görə də, indi bütün dünya Ukraynada nə baş verdiyi, xüsusən də nə baş verəcəyi üzərində baş sındırır. Və onların bir hissəsi Qərbin Ukraynanı qurban verdiyi fikrindədir.

Məsələn, bir qədər əvvələ qədər Ukrayna prezidenti administrasiyasında çalışan, hazırda isə müxalifətdə olan və növbəti seçkilərdə namizədliyini irəli sürəcəyini bəyan edən qalmaqallı siyasətçi Aleksey Arestoviç Qərbin Ukraynanı “atdığını” bildirir. Prezident ofisi rəhbərinin keçmiş müşaviri Qərbi Rusiyaya qalib gəlmək üçün lazım olan və söz verilən silahları çatdırmamaqda ittiham edib. Arestoviçin sözlərinə görə, Ukraynanın hücumunun dayanması da bununla bağlıdır.

“Bütün məsuliyyət Ukraynaya həqiqi böyük müharibə aparmaq üçün əsl dəstək sözü verən, amma bu dəstəyi göstərəməyən – bizə “atanların” üzərinə düşür”, – Arestoviç qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın hücumunun ilk aylarında “öz müharibəsində” qalib gəlib və Qərb kifayət qədər dəstək göstərsəydi, onu başa çatdırmaq olardı: “Sonra isə digər müharibə başladı. Bu müharibəni isə təyyarələr, uzaq mənzilli raketlər və Quru Qoşunları üçün beş dəfə daha çox dəstək olmadan uda bilməzdik. Bütün bunlar olmadı. Biz buna görə çox böyük qiymət ödədik”, – o, deyib.

Arestoviçin iddiasına görə, Qərb yenidən Ukraynanı ataraq, onu Rusiya ilə danışıqlara məcbur edir.

Artıq bəzi Qərb siyasətçiləri də eyni ruhlu bəyanatlarla çıxış edilər. Məsələn, Çexiyanın yeni seçilən prezidenti Petr Pavel də Qərbin Ukrayna ordusu üçün artilleriya mərmiləri ilə bağlı verdiyi sözün üstündə durmadığını, F-16 təyyarələrinə pilotların hazırlanması proqramının lazımi səviyyədə olmadığını bildirib. Onun sözlərinə görə, hazırkı sursat təminatı Ukraynanın aktiv hərbi əməliyyatları davam etdirməsi üçün kifayət deyil. Çexiya lideri əlavə edib ki, hətta Ukraynanı dəstəkləyən ölkələrdə də tərəddüd artır. Bu isə ona gətirib çıxaracaq ki, ukraynalılar arasında məyusluq hissi artacaq, qeyri-müəyyənlik Kiyevə hərbi planlaşdırma aparmağa mane olacaq. Çexiya lideri onu da bildirib ki, bu il uğurun əsasını qoymaq üçün həlledici əhəmiyyətə malikdir. 2024-cü il isə daha mürəkkəb olacaq.

“Euractv” iddia edir ki, ABŞ və Almaniya Ukraynanın tez bir zamanda NATO üzvü olmasını istəmirlər və buna görə də, bütün cəhdlərlə bunun qarşısını almağa çalışırlar. “Bild” isə Almaniya və ABŞ arasında Ukrayna razılaşması ilə bağlı bir qədər də irəli gedərək, Şolts və Bayden arasında gizli sövdələşmə olduğunu iddia edib. Məqalədə qeyd edilir ki, Vaşinqton və Berlin Kiyevin qələbəsində maraqlı deyillər. Amma onlar Moskvanın da qələbəsinin qəti əleyhinədirlər. Buna görə də, Ukrayna ordusuna o qədər də güclü dəstək göstərməmək qərarına gələrək, müharibəni Rusiyanın tam taqətdən düşməsinə qədər uzadırlar.

Bundan əlavə, “Bild” ABŞ və Almaniyanın Rusiya ilə danışıqlara başlaması üçün Ukrayna tərəfinə təzyiq etdiyini də bildirir. Düzdür, ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn dərhal bu məlumatı təkzib edərək, belə bir təzyiq iddiasının həqiqətə uyğun olmadığını deyib: “Həmişə demişik ki, bunu Kiyev həll etməlidir. Biz Ukrayna ilə bağlı heç bir məsələni Ukraynasız həll etməyəcəyik”.

“Bild”in iddialarının həqiqiliyi ilə bağlı heç bir fakt yoxdur. Amma eyni zamanda, bəzi analitiklər kömək məsələsinin şübhəli olduğunu etiraf edirlər. Məsələn, Mixail Şerşevski qeyd edir ki, Qərbin Ukraynaya yardımı həqiqətən də müharibəni udmaqdan çox, uzatmaq xarakteri daşıyır: “Tərəflərdən birinin qələbəsini arzu edəndə, ona ən azı ən müasir 300 “Abrams” tankı verirlər, 30 tank deyil. Bir tərəfin qələbəsini arzu edəndə, ona ən azı 100 ədəd ən müasir F-16 Block 70/72 təyyarəsi verirlər, köhnəlmiş F-16-rı bir neçə ay sonra verəcəklərinə söz vermirlər. Nəhayət, Qərb Ukraynanın həqiqətən də qələbəsini arzu etsəydi, havada üstünlüyü təmin etməmiş, Kiyevi yerdə hücuma təhrik etməzdi” .

Macarıstanın XİN rəhbəri Peter Siyyarto isə Brüsseldə nazirlərin görüşü barədə danışanda NATO üzvlərinin Ukrayna ordusunun əks-hücumunun uğursuzluğa düçar olduğunu etiraf etdiklərini deyib. Onun sözlərinə görə, NATO ölkələri əks-hücumun onların gözləntilərini doğrultmadığını, güman etdiklərindən qat-qat az nəticə əldə olunduğunu bildiriblər.

NATO-nun baş katibi Yens Stoltenberq isə Ukrayna-NATO Şurasının iclasından sonra keçirilən mətbuat konfransında F-16 təyyarələrinin döyüş meydanında vəziyyəti köklü şəkildə dəyişəcəyinə əmin olmadıqlarını söyləyib: “Təyyarələr vəziyyəti köklü şəkildə dəyişə biləcək “gümüş güllə” deyil”.

Beləliklə, bütün göstəricilər rəsmi Kiyevin əleyhinədir. Kiyev hazırda məğlub duruma düşüb. Bəli, Rusiya hücumunun qarşısı alınıb, Moskvanın planları alt-üst edilib. Rusiya Odessa, Xarkov, Xersonu tutmaq planları üzərində deyil, əldə etdiklərini saxlamaq üzərində düşünür. Amma eyni zamanda, Ukrayna torpaq itirən tərəfdir və bu gedişlə o torpaqları qaytara bilməyəcək.

Qərb isə həqiqətən də mövcud durumla barışmış kimi görünür. Söyləmək olar ki, Vaşinqtonda da, Brüsseldə də, Avropanın ayrı-ayrı paytaxtlarında da Ukraynaya yardımın davam etməsinin zəruriliyi ilə bağlı bəyanatlar səsləndirilir və bu yardımın davam edəcəyi ilə bağlı vədlər verilir. Amma reallıqda yardımın getdikcə zəiflədiyi göz önündədir və bir gün kəsiləcəyi ehtimalı var.

Prezident Zelenskinin vəziyyəti isə o qədər də ürəkaçan deyil. “Bild” yazır ki, orduda prezident əleyhinə əhval-ruhiyyə yaranmağa başlayıb. Buna, ölkə başçısı ilə Silahlı Qüvvələrin Baş komandanı general Valeri Zalujnı arasında yaranan narazılıq da səbəb olur. Hər şeyin kökündə isə Qərbin vaxtında lazımi yardım göstərməməsi və ordunu məğlub duruma salması durur.

Adamın yadına dahi Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundzadənin 165 il əvvəl yazdığı “Aldanmış kəvakib” satirik povesti düşür.

Zelenski həqiqətənmi aldanmış kəvakib seçilib?

Müəllif: Səlim Əzizoğlu - Mənbə: Pressklub.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru