Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                     Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                 

Qərb Zelenskinin arxasından çəkilir – Moskvanın təbliğatı, yoxsa həqiqət?
Tarix: 4-12-2023, 15:29 | Çap et
Qərb Zelenskinin arxasından çəkilir
“ABŞ uğursuzluqlara görə məsuliyyəti Ukrayna Prezidenti Volodimir Zelenskinin üzərinə atacaq və onu məhv edəcək”. Bunu Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib. Filippot NATO-nun baş katibi Yens Stoltenberqin “Ukraynadan pis xəbərlərə hazır olmalıyıq” çağırışına cavabında deyib ki, ABŞ Ukrayna lideri ilə həmişəki kimi davranacaq.

““Dərin dövlət” həmişə etdiyini yenə edir: kukla yaradır, sonra onu tərk edir və məhv edir”, Vətənpərvərlər Partiyasının lideri söyləyib.

Bundan əlavə, Filippo Ukraynaya hərbi və maliyyə yardımını yenidən tənqid edərək, bunun dayandırılmasının vacibliyini vurğulayıb.

Maraqlı məqam odur ki, Slovakiya Elmlər Akademiyasının elmi işçisi Petr Soyka qeyd etmişdi ki, Ukraynada hərbi əməliyyatların dayandırılması ABŞ-ın hazırkı Pezidentinin siyasi taleyində həlledici faktora çevrilə bilər. Ekspert xatırladıb ki, Yaxın Şərqdə münaqişə başlayandan sonra Co Baydenin reytinqi aşağı səviyyəyə - 40 faizə düşüb: “Hesab edirəm ki, Ağ Evin əsas problemi Vladimir Zelenski və onun Moskva ilə əlaqə saxlamaq istəməməsidir”.

Bundan əvvəl Fransanın “TV5Monde” telekanalı Zelenskinin nikbinliyindən əsər-əlamət qalmadığını əks etdirən material yayımlayıb. Süjetdə Zelenskinin davranışında dəyişikliklərin Ukraynanın əks-hücumunun uğursuzluğundan sonra baş verdiyi iddia edilir. Bildirilib ki, 2023-cü il başlamazdan əvvəl Zelenski bu ili “qələbələr ili” adlandırsa da, heç bir qələbə olmadı.

Hələ sentyabr ayında “Bloomberg” yazıb ki, BMT Baş Assambleyasında Zelenski Kiyevə silah verən ölkələrə qarşı həddindən artıq emosional davranıb və Ukrayna lideri müttəfiqlərin Kiyevə kifayət qədər tez silah tədarük etmədiyini bildirib. Agentlik qeyd edib ki, onun Qərb müttəfiqlərindən biri ilə mübahisəsi nəzarətdən çıxıb və pərdə arxasında gərginlik baş verib.

Dekabrın 3-də “Penta”nın rəhbəri, politoloq Volodimir Fesenko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının vəzifəsindən kənarlaşdırılmasının Zelenski üçün “böyük zərbə” olacağını proqnozlaşdırıb: "Zalujnının həm orduda, həm də cəmiyyətdə populyarlığını nəzərə alsaq, onun vəzifəsindən uzaqlaşdırılması və ya istefası Zelenskinin özünün mövqeyini zəiflədə bilər".

Analitik qeyd edib ki, Zalujnının istefası çox mübahisəli nəticələrə səbəb ola bilər.

Fesenko əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanının Qərbdə münaqişənin perspektivləri ilə bağlı real bəyanatları həddən artıq sərt qəbul edilib: “Amma bu, ukraynalıların şişirdilmiş gözləntilərdən qurtulmasına kömək edib”.

Bununla yanaşı, Kiyevin meri Vitali Kliçko Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Ukraynanın “cəbhədə dalana dirənməsi” ilə bağlı fikirləri ilə razılaşıb: “Zalujnı həqiqəti söylədi. Bəzən insanlar həqiqəti eşitmək istəmirlər. Ancaq son nəticədə komandan məsuliyyət daşıyır. O bugünkü vəziyyətin necə olduğunu izah etdi və əsaslandırdı”.

“Zelenski etdiyi səhvlərin əvəzini ödəyir və ölkə liderinin populyarlığının azalması şəxsən məni təəccübləndirmir”, - Kliçko vurğulayıb.

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli isə fərqli düşünür. O AYNA-ya deyib ki, vəziyyət heç də Rusiyanın təbliğ etdiyi kimi deyil: “Düzdür, müəyyən narazılıqlar mövcuddur. Xüsusilə, əks-hücum əməliyyatlarının tam uğurlu olmaması Ukrayna daxilində sualları çoxaldır. Amma Ukrayna hakimiyyəti yalnız qələbəyə köklənib. Ukraynanın Prezidenti də, ordu rəhbərliyi də, cəmiyyət də sadəcə ərazilərin tam işğaldan azad edilməsi istiqamətində səfərbər olunub. Zalujnı ilə Zelenski arasında narazılıqların yarandığı barədə deyilənlər Rusiyanın informasiya təbliğatının nəticəsidir. Moskva bu cür feyk xəbərləri, analizləri ortaya qoymaqla həm Rusiya cəmiyyətində müharibədən narazılığın artmasının qarşısını almağa çalışır, həm də Ukrayna cəmiyyətində təlatüm yaratmaq niyyəti güdür. Amma ukraynalılar belə xəbərlərin əsassız olduğunu anlayır”.

“Məsələ burasındadır ki, Qərb mediasında da, Qərbdəki ayrı-ayrı siyasətçilərin şərhlərində də Rusiya təbliğatının izi açıq-aşkar görünür. Rusiya Qərbdə Moskvanın lobbiçiliyini həyata keçirən siyasilər tapıb, onları maliyyələşdirir. Hansı ki, həmin siyasilərə müəyyən qədər etimad var. Bu yolla öz təbliğatını yeritməkdədir”, - deyə Camalbəyli söyləyib.

Jurnalist Qərb müttəfiqlərinin Kiyevə yardımı dayandırması ilə bağlı fikirlərlə də razı deyil: “Qərb başa düşür ki, Ukraynanın məğlubiyyəti onun təhlükəsizliklə bağlı maraqlarına təhdiddir. Çünki Rusiya Ukraynanın işğalı ilə kifayətlənməyəcək. Növbədə Polşa, daha sonra Avropanın digər ölkələri var. Ona görə də Kiyevə yardımın dayandırılması müzakirə mövzusu deyil. Sadəcə bəzi silahların verilməsində ləngimələr var ki, bu da Ukraynaya yardımı Qərbin dayandıracağı anlamı vermir. Ümumiyyətlə, istər silah, istərsə də maliyyə baxımından yardımlarla bağlı qərar verilib və bu qərarın icrası zamanla yerinə yetirilir. Silah-sursatın tədarükünün müddətləri var ki, o müddətlərdə də tədarüklər edilir. NATO-nun baş katibi bildirdi ki, sonadək Ukraynanı dəstəkləyəcəklər. Bu, Rusiyaya mesajdır ki, uydurmalarla düynanı aldada bilməzlər”.

“Bəli, Ukrayna hakimiyyətinin Qərbdən gözləntiləri böyükdür. Kiyev lazım olan silahların tez tədarükünü istəyir ki, qələbəsinə tez zamanda nail ola bilsin. Çünki Ukrayna ordusu da yorulur, cəmiyyət də yorulur. Ukrayna ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır, döyüşdən çəkilmək fikrində deyil. Bunun üçün də resurs lazımdır. Müttəfiqlər də bu resursu təmin etməkdən geri dayanmırlar. Amma etiraf etmək lazımdır ki, Qərb müttəfiqləri daxilində də müəyyən qüvvələr, müəyyən rəsmilər Ukraynaya yardımı sorğu-sual edirlər. Həmin müttəfiqlər Rusiyadakı kimi bir nəfərin idarəçiliyində deyillər ki, həmin bir nəfər nə deyirsə, o da olur. Qərb rəngarəngdir, demokratik prinsiplərlə idarə olunurlar. Qərarlar da ümumi müzakirələrdən sonra verilir. Müzakirələr zamanı isə elə siyasətçi olur ki, Kiyevə yardımın əleyhinə çıxır. Bu da təbiidir. Amma Ukraynaya yardımın tərəfdarlarının sayı əleyhdarlarının sayından çoxdur”, - deyə azərbaycanlı jurnalist fikrini tamamlayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru