“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                     26 min əsgərimizi mühasirədən belə xilas etdim .....                     Əliyevin həmləsindən sonra geri addım: .....                     Paşinyan etiraf etdi: Trampla görüş alınmadı .....                     Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır .....                     Kanadadan Bakıya həyasız tələb .....                     Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib .....                     Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı .....                     ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! .....                     "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" .....                     Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır .....                     “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” .....                     Həyat yoldaşı Niyazi Mehdidən danışdı .....                     Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar .....                     Rusiyanın xəritə təklifini qəbul etmək olmaz .....                     Müəllimlər narazıdır: .....                     Rusiyanın müttəfiqliyə zidd addımları: .....                     Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? .....                     Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                 

"Varşavanın maraqları Ukraynanın qələbəsindən yanadır" - Polşa siyasilərinin yekdil rəyi
Tarix: 7-12-2023, 06:34 | Çap et
"Varşavanın maraqları Ukraynanın qələbəsindən yanadır"
Polşa-Ukrayna sərhəddindəki blok, polşalıların ukraynalılara münasibətində dəyişikliklər Avropada ən çox müzakirə olunan mövzulardandır. Sərhəddəki blokadada Rusiya izi axtaranların da sayı kifayət qədərdir. Polşalı jurnalist və “Super Express”in şərhçisi Tomek Valçak UNIAN-a mövzu ilə bağlı danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Polşa-Ukrayna sərhədinin blok davam edir və belə təəssürat yaranır ki, blokada daha da güclənir. Bir neçə gün əvvəl hətta bunun arxasında rus agentlərinin ola biləcəyi barədə məlumat da yayıldı. Bildirilir ki, ruslar Polşa-Ukrayna münasibətlərini pozmaq üçün xüsusi əməliyyat keçirmək üçün əlverişli məqam seçiblər. Bu barədə nə düşünürsünüz?

- Sərhədin bloku ilə bağlı məsələdə Kremlin aydın təsirini görmürəm. Mən bu aksiyanı təşkil edən nəqliyyat şirkətlərini tanıyıram. Onlara Moskvanın təsirinə ehtiyac yoxdur, onsuz da başqa ölkələrin rəqabətindən həmişə narazıdırlar. Qorxurlar ki, ukraynalılar onları Avropa bazarından sıxışdırıb çıxaracaqlar. Görünür, polşalılar Polşanın Avropa İttifaqına qəbulu zamanı ucuz qiymətlər və aşağı maaşlar hesabına özləri nəqliyyat bazarında necə yer qazandıqlarını unudublar. Vəziyyət dəyişdi və indi Ukrayna işçi qüvvəsi Polşadan daha ucuzdur.

Çox polyakların blokun fərqinə varmaması normaldır. Çünki bu barədə xəbərlər Polşada əsas deyil. İndi bütün diqqət hökumətin formalaşması mövzusuna yönəlib. Polşadakı siyasi vəziyyət hər kəsi narahat edir. Yəni indi müzakirələr, emosiyalar seçki ilə bağlıdır. Bəli, zaman keçdikcə sərhədlərin blokadası haqqında daha tez-tez danışılmağa başlanıldı, amma yenə də bu vəziyyət güclü emosiyalara səbəb olmur.

Rusiya təbliğatının işi ağırdır, onlara Polşada nəsə etmək asan deyil. Çünki bizdə Rusiyaya meyilli siyasi qüvvələr yoxdur, güclü anti-Ukrayna emosiyaları yoxdur, amma iqtisadi problemlər üzə çıxır. Biz bunu taxıl böhranı zamanı gördük, indi də nəqliyyat məsələsində yaşanır. Kremlin təbliğatı ixtilafı qızışdırmağa çalışır. Rusiya sadəcə cəmiyyətdə mövcud olan vəziyyətdən istifadə edir. Onların özləri Polşadakı vəziyyətə təsir etmək, belə bir aksiya təşkil etmək iqtidarında deyillər.

- Bəs rus trolları sosial şəbəkələrin Polşa seqmentində aktivdirmi?

- Bəli, ruslar sosial şəbəkələrdə atmosferə təsir etmək üçün internetdən istifadə edə bilərlər. Kremlin təbliğatına uyğun şərhlər görünür. Amma məncə, onlar Polşa cəmiyyətinə necə təsir edəcəklərini bilmirlər. Onlara elə gəlir ki, məsələn, ukraynalılara qarşı etnik ədavəti alovlandırmaq olar. Ancaq Polşada bu, mümkün deyil.

Rus təbliğatının öz məqsədinə necə çatmadığını sizə deyim. Müharibənin əvvəlində Varşavanın mərkəzində bir ukraynalının polyakı öldürdüyü barədə məlumatlar peyda oldu. Bir neçə gün idi ki, hamı narahat idi: “Bu necə ola bilər?” sualları var idi. Konfederasiya Partiyası bu xəbərdən ukraynalılara qarşı düşmənçiliyi qızışdırmaq üçün istifadə etməyə çalışdı. Amma bu, işə yaramadı. Bir neçə gündən sonra isə məlum oldu ki, qatil polyakdır.

Kremlin təbliğatı hər il iyul ayında, Volın faciəsinin ildönümündə güclənir. Bəli, ukraynalıların bir dəfə baş verənlərə görə daim üzr istəməsini istəyənlər var. Mesajlar görünür: “Ukrayna İkinci Dünya müharibəsi zamanı keçmişinin öhdəsindən gələ bilmir”. Və əlbəttə ki, Polşada bəzi mühitlərdə bu təbliğat işləyir. Amma bu insanlar çox azdır və onların Rusiya təbliğatına ehtiyacı yoxdur. Polyakların əksəriyyəti hesab edir ki, indi bununla məşğul olmaq vaxtı deyil.

- Polşada polşalıların ukraynalılara münasibəti ilə bağlı sorğular keçirilib. Cavabların dinamikası necədir və sizcə, onlar nə deyir?

- Əgər sorğuların nəticələrinə nəzər salsaq görərik ki, genişmiqyaslı müharibənin əvvəlində polyakların təxminən 70 faizinin ukraynalılara qarşı heç bir mənfi fikirləri yox idi, onların Polşanın inkişafına kömək etdiklərinə inanırdılar. Sonradan bu faiz 60-a düşdü, amma bu da əhəmiyyətli deyil. Azlıqda bu məsələdə sadəcə fikri olmayan insanlar və ukraynalılardan qorxanlar var. Amma söhbət Moskvanın üzərində oynamağa çalışdığı qorxulardan getmir.

Genişmiqyaslı müharibənin başlanğıcında ukraynalıların çoxluğuna görə polyaklar üçün uşaq bağçalarına, məktəblərə və tibbə çıxışın məhdudlaşdırılacağı ilə bağlı qorxular var idi. Bir müddət belə hisslər var idi. Və bu, polyakların həqiqətən qorxduğu yeganə şeydir. Baxmayaraq ki, uşaq bağçalarında və məktəblərdə yer çatışmazlığı yoxdur. Ukraynalı uşaqlar siniflərə əlavə olunur, onlar polşalı sinif yoldaşları ilə yaxşı inteqrasiya edirlər. Məktəblilərin başqa ölkədən olduqları və polyak dilini bilmədiyi üçün terrora məruz qala biləcəyi qorxusu var idi. Amma belə bir şey baş vermədi, düşmənçilik yoxdur. Bu isə onun göstəricisidir ki, valideynlər arasında başqa millətlərə nifrət yoxdur, evdə heç kim bu haqda danışmır.

Polşalılar ukraynalılara öyrəşiblər, çünki onlar 2022-ci ildə Polşada görünməyiblər, daha əvvəllər də vardılar. Və bu qədər sayda mühacirdən heç kəs şok olmadı. Əksəriyyətin əhvalı belədir: “Ukraynalılar gəlir və biz belə miqrantları istəyirik”. Münasibətlər ümumiyyətlə mehriban və xoşdur.

- Qeyd etdiniz ki, Polşada seçki kampaniyası zamanı Ukrayna mövzusu, taxıl mövzusu kifayət qədər səs-küylü idi. İndi bu, yavaş-yavaş heçə enib. Ukraynalılar Polşanın yeni hökumətindən nə gözləyə bilər?

- Əminəm ki, yeni hökumət Ukraynanı dəstəkləyəcək, emosiyalar bir az da səngiyəcək. Ukraynalılar polyakların Ukraynaya münasibətinin pisə doğru dəyişəcəyindən qorxmamalıdırlar. Demək olar hamı başa düşür ki, qonşularına dəstək olmalıdırlar. Polşada genişmiqyaslı müharibənin başlaması şəxsi təhqir kimi qəbul edilib: “Onlar ukraynalıları döydülər, amma bizi də məğlub edə bilərdilər”. Polşanın maraqları, Polşa cəmiyyətinin maraqları Ukraynanın müharibədə qalib gəlməsindən yanadır. Bu məsələdə siyasətçilər arasında yekdil fikir var. Onlar həmrəydirlər ki, Ukraynanın qalib gəlməsi üçün hər şey edilməlidir.

Müəllif: Turan Abdulla - Mənbə: AYNA.az
Təqdim etdi: DİA-AZ.COM (ƏRSOYUN BLOQU)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
“Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17
Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16
Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09
Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00
Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58
Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12
Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru