Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var .....                     Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır .....                     Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var .....                     Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... .....                     "Fransa erməni revanşizmini dəstəkləyir" .....                     Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Tramp BRİKS-i hədələdi .....                     Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ .....                     Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş .....                     Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb .....                     Paşinyan Trampla “səhər yeməyinə” qaçır .....                     Şahin Bağırov onların rütbəsini artırdı .....                     Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, .....                     DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib .....                     Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər .....                     Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... .....                     Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... .....                     Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi .....                     AŞPA özünü dərin böhrana sürükləyir .....                     Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... .....                     Daha iki il sərhədimizdə .....                     AŞPA-da meydan ermənilərə qalıb .....                     "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" .....                     Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... .....                     Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb .....                     Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... .....                     Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı .....                     "Bizdə internet niyə bu qədər bahadır?" .....                     “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” .....                     Nərimanov sakinləri Elgin Həbibullayevi .....                     Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: .....                     Samir Şərifovun yerinə təyinat yubanır .....                     Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü .....                     Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Qatillərin azad olunmasını istəyən AŞ PA... .....                     "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" .....                     İlyas İsmayılovun son vəziyyəti açıqlanıb .....                     Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı .....                     "Əli Qurbanov söz verdi, amma..." .....                 

Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma - NƏ BAŞ VERİR?
Tarix: 29-12-2023, 10:14 | Çap et
Rusiyadan Azərbaycana göndərilən rublda milyard yarım azalma
Qeyri-rəsmi məlumatlara görə, Rusiyada bir neçə milyon azərbaycanlı miqrant yaşayır və əsasən ticarət fəaliyyəti ilə məşğul olurlar. Xüsusən regionlardan olan soydaşlarımız Rusiyada əldə etdikləri gəlirlərdən Azərbaycandakı doğmalarına da göndərirlər. 2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar vəsait göndərilib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437 milyon 926 min dollar azdır. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267 milyon 336 min dollar vəsait daxil olub. Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ümumi daxilolmaların 64.8 faizini təşkil edib. Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən daxil olan vəsaitlərin həcminin təxminən üç dəfə azalması milyonlarla əyalət sakinini yeganə gəlir mənbəyindən məhrum edir. Regionlarda işsizlik, faktiki olaraq istehsal müəssisələrinin olmaması vəziyyəti daha da çətinləşdirir. Ölkəmizdə elə bölgələr var ki, orada əhalinin əksəriyyəti Rusiyada yaşayan doğmalarının vəsaitləri hesabına dolanır.

Ekspertlərə görə, rublun dəyərdən düşməsi isə vəziyyəti daha da çətinləşdirir. Bu səbəbdən soydaşlarımız Azərbaycanda yaşayan doğmalarına vəsait göndərməkdə çətinlik çəkirlər. Rusiyada pul köçürmələrinə tətbiq olunan qadağalar da situasiyaya təsirsiz ötüşmür. Bütün bu amillər daxil olan vəsaitlərin həcmini əhəmiyyətli surətdə azaldıb. Belə azalma bundan sonra da davam edəcək.

Qeyd edək ki, Rusiyanın internet resurslarından kiçik araşdırma apararaq, “Azərbaycanda bank hesabına necə pul köçürmək olar” sualına cavab tapmağa çalışdıq. Öyrəndik ki, Rusiyanın bəzi kredit təşkilatları Azərbaycanda bank hesablarına köçürmələr edir. Amma bu xidmət hər yerdə mövcud deyil və onun bir sıra məhdudiyyətləri var. Məsələn, “Sberbank” bunu yalnız bir bank filialına şəxsi ərizə ilə təqdim edir. VTB müştərilərinin mobil proqram vasitəsilə Azərbaycana pul göndərmək imkanı var. Lakin bunun üçün onlar manatda hesab açmalıdırlar. Bank həmçinin köçürmə məbləğinin 1%-i, lakin 200 manatdan çox olmamaq şərti ilə komissiya alır. Ayda bir şəxsə 1 milyon rubl ekvivalentində köçürə bilər.

Ödəniş sistemləri vasitəsilə də Azərbaycana pul köçürmək olar. Bildirilir ki, Azərbaycana pul köçürmələri etmək üçün ruslar “Qiwi”, “Garant”, “Contact” və “Zolotaya Korona” ödəniş sistemlərindən istifadə edə bilərlər. "Western Union" və "PayPal" 2022-ci ildən Rusiyada mövcud deyil və "Unistream" Azərbaycan bankları ilə işləmir. Sanksiyalara görə bir çox Rusiya bankı SWIFT beynəlxalq köçürmə sistemindən ayrılıb. Bu baxımdan Azərbaycana bu üsulla köçürmələr yalnız bəzi kredit təşkilatları tərəfindən həyata keçirilir.

Bəs Rusiya poçtu ilə Azərbaycana necə pul göndərmək olar? Rusiya poçtundan Azərbaycana bir dəfəyə 60 min rubla qədər pul göndərə bilərsiniz. Köçürmə məbləğindən asılı olaraq komissiya 1,5 ilə 3% arasında dəyişəcək.

Göründüyü kimi, Rusiyadan pul köçürmək üçün əngəllər var.

Politoloq İlyas Hüseynov dedi ki, pul vəsaitinin ötürülməsində yaranan problem məhz Rusiyaya qarşı qlobal müstəvidə həyata keçirilən iqtisadi-maliyyə sanksiyalarının nəticəsidir: "Məhz bu xüsusda bizim soydaşlarımızın doğmalarına pul göndərmələri Rusiyanın problemidir. Yaxşı olardı ki, Mərkəzi Asiya, Qafqaz respublikaları, postsovet məkanında olan digər respublikalara pul köçürmək istiqamətində müəyyən mexanizmlər formalaşdırılsın. Bizim soydaşlarımız əziyyət çəkir, ailələrinə pul göndərə bilmirlər".

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov da mövzu ilə bağlı bildirdi ki, Rusiyada yaşayıb çalışan vətəndaşlarımızın sayı barədə məlumatlar dəqiq deyil: “Mən uzun illər Rusiyada yaşamışam. Orada yaşadığım müddətdə apardığım müşahidələr əsasında azərbaycanlıların sayının bəzi mənbələrdə bəyan edildiyindən bir neçə dəfə çox olduğu qənaətinə gəlmişəm. Bu insanların arasında elə bir şəxs tapılmaz ki, orada qazandığı pulun bir hissəsini Azərbaycandakı yaxınlarına göndərməsin. Başqa bir məsələ isə bu vəsaitlərin Azərbaycana hansı yollarla göndərilməsidir. Ortada iki yol var: bunlardan biri rəsmi yol, yəni banklar vasitəsilə köçürmələrdi. Digər yol isə qeyri-rəsmi və ya qeyri-leqal yoldur. Rusiyada qeyri-leqal pul göndərişi ilə məşğul olan işbazlar var. Bu üsulla pul göndərmək çox asan və sadədir. Sən Azərbaycana göndərmək istədiyin pulu həmin işbazlara təqdim edirsən və pulu alacaq yaxının barəsində onları məlumatlandırırsan. Sənin Azərbaycandakı yaxının həmin pulu anındaca o işbazların bizim ölkədəki "nümayəndələrindən" alırlar. Rusiyadan Azərbaycana öz yaxınlarına pul göndərən insanların əksəriyyəti bu üsuldan istifadə edirlər. Bu səbəbdən Rusiyada yaşayan azərbaycanlıların sayı qədər də Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi də dəqiq deyil. Yəni gerçəkdə bu göndərişlərin həcmi bank köçürmələri əsasında tərtib olunan rəsmi statistikanın verdiyi məlumatlardan bir neçə dəfə çoxdur.

Bu dediklərimiz pul köçürmələrinin texniki tərəfləridir. Məsələnin ikinci tərəfi, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra baş verən proseslərlə bağlıdır. Bu müharibə nəticəsində Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların sayı artıq 20 minə yaxınlaşır. Bu sanksiyaların böyük əksəriyyəti Rusiyanın iqtisadiyyatını iflic halına salmağı hədəfləyib. Artıq həmin sanksiyalar gerçəkdən Qərbin gözləntilərini doğrultmağa başlayıb.

Bütün dünyada olduğu kimi, Rusiyada da iqtisadiyyatın onurğa sütununu kiçik və orta biznes təşkil edir. Azərbaycanlıların da böyük əksəriyyəti bu ölkədə məhz kiçik və orta biznes fəaliyyəti ilə məşğuldurlar. Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalmasına ciddi təsir edən əsas amillərdən biri də Qərbin sanksiyaları nəticəsində rus rublunun dəyərdən düşməsidir. Bütün bu baş verənlərin fonunda Rusiyadan Azərbaycana pul göndərişlərinin həcminin azalması təbiidir".

“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56
Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51
Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50
Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33
"Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29
Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26
Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21
Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08
Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02
Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00
Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56
Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52
Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46
DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41
Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30
Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26
Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18
Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12
AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11
Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08
Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02
AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54
"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52
Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48
Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42
Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39
"Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29
“Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28
Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24
Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16
Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06
Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58
Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54
Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50
"İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46
İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38
"Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31
Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16
Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13
TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02
Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52
Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46
Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44
Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38
"Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru