Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? .....                     Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı .....                     "Xalq artistləri sakit durublar, mən də susacağam" .....                     Özünüz bilmədən adınıza kredit götürürlər .....                     Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... .....                     Vəziyyət o qədər ağırdır ki... .....                     Səlahiyyətsiz orqanlara sönük seçki: .....                     Müəllimlər üçün yeni “biznes”: .....                     Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... .....                     Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                     UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər .....                     Tanınmış rejissora ağır itki .....                     Bakının həmləsi İrəvanı hərəkətə gətirdi .....                     Biz olmasaq, Ermənistan üçün çətin olacaq .....                     Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi .....                     Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? .....                     Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü .....                     Məmurdan aylıq 2000 manat aliment tələb olunur .....                     Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... .....                     Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? .....                     Gömrük Komitəsində təqaüd qalmaqalı .....                     Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? .....                     Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA .....                     İsmayıllıda doğuş zamanı körpə ölüb .....                     Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq .....                     Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı .....                     Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi .....                     Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Suriya və Ermənistan arasında razılaşma .....                     “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub .....                     Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? .....                     "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" .....                     Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI .....                     İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib .....                     Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... .....                     "Faizə pul vermişəm" .....                     Həmin sürücü maşının şüşələrini özü qırıb .....                     “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb .....                     Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib .....                 

Avrasiya qitəsində vəziyyət gərgindir - İNCƏLƏMƏ
Tarix: 22-04-2024, 12:36 | Çap et
Avrasiya qitəsində vəziyyət gərgindir
Avrasiya qitəsində vəziyyət gərgindir. Müharibələrin və lokal toqquşmaların sayı artıb. Dövlət liderləri müharibələri sonlandırmaq və yenilərinin qarşısını almaq üçün səfərlərin saylarını artırıblar. Bölgədə qarşılıqlı səfərlərin çoxalması Avrasiyada mürəkkəb durumun yaranmasıyla bağlıdır. Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqa və İran prezidenti İbrahim Rəisinin Pakistana səfəri ilə birbaşa əlaqəsi olmasa da, bu görüş və müzakirələr təhlükəsizlik məsələlərinə diqqətin artırılması ilə bağlıdır.
Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlin başqa bölgələrdə təsir imkanları getdikcə azalır. ABŞ və Avropa İttifaqı Rusiyanı Cənubi Qafqaz və Mərkəzi Asiyada sıxışdırmağa çalışırlar. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Çinin də Cənubi Qafqaza və Mərkəzi Asiyaya təsir imkanları artıb. Rusiyanın hərbi hissələrinin Qarabağdan çıxarılması Azərbaycanın milli və təhlükəsizlik maraqlarına cavab verirdi. Kreml bu məsələdə Bakıya təzyiq edə bilmədi. Əka halda bu tərəfdaşlığa xələl gətirərdi. Rusiyanın Ermənistanda da mövqeləri zəifləmək üzrədir. Kreml Cənubi Qafqazı tam itirməmək üçün Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bakı Moskva ilə tərəfdaşlıq münasibətlərini davam etdirəcək, ancaq dəhlizə Rusiya hərbçilərinin nəzarət etməsi Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya Orta dəhliz layihəsinin əhəmiyyətli kəsimini nəzarətində saxlayacaq. Bu Rusiyanın həm də Türk xəttini nəzarətdə saxlaması demək olacaq. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyə və regional layihələrin reallaşdırılmasını sürətləndirməyə hazırdır. Misal üçün Kreml şimal-cənub nəqliyyat dəhlizinin yük daşıma yükünü artırmaq istəyir. Bu dəhliz Azərbaycandan keçir. Azərbaycan bu istiqamətdə üzərinə düşəni etməyə hazırdır, sadəcə Moskva və Tehran Rəşt-Astara dəmirloyunun tikintisi həyata keçirilməlidirlər. Beləliklə, İlham Əliyev ruriyalı həmkarı Vladimir Putinlə həm Azərbaycanla Ermənistan arasındakı sülh prosesini, Zəngəzur dəhlizinin gələcəyini, həm də iqtisadi əlaqələr və şimal-cənub dəhlizinin reallaşmasının sürətləndirilməsini müzakirə edəcək.
Rəcəb Tayyib Ərdoğan da İraqa təhlükəsizlik məsələrini müzakirə etməyə gedib. Ankara ilə Bağdad arasında razılaşma əldə olunub. Türkiyə və İraq PKK terrorçularına qarşı birgə mübarizə aparacaqlar. PKK illərdir İraqın şimalında kök salıb. İraq öz qüvvələri hesabına PKK ilə mübarizə apararaq terrorçuları Kandil dağlarından qovmaq imkanına malik deyil. Bunu Türkiyə ordusu edəcək. İraqdan yeganə tələb Türkiyə ordusuna mane olmamaqdır. Bunun qarşılığında Türkiyə İraq iqtisadiyyatının formalaşmasında əhəmiyyətli rol oynayacaq, iki dövlət regional layihələri işə salacaqlar.
İran prezidenti İbrahim Rəisi Pakistana səfəri ilə bu ölkə ilə arasındakı anlaşmazlığı yoluna qoymaq istəyir. İran terrorçularla mübarizə adı altında Pakistan ərazisinə zərbələr endirmişdi. Pakistan da eyni adla İran ərazisinə zərbələr endirdi. Heç-heçə olduğundan hər iki tərəf barışmağa meyllidirlər. İran İsraillə növbəti toqquşmaya hazırlaşdığına görə, qonşuları ilə gərgin münasibətlər istəmir. Tehran üçün Azərbaycan istisnadır. Tehranın anti-Azərbaycan siyasətində fasilə yoxdur.
Bu arada, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycana planlaşdırılan səfəri də əhəmiyyətlidir. Ersin Tatar Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə qatılacaq. Ümumiyyətlə Azərbaycan Türkiyədən sonra Kuzey Kıbrıs Türk Cumhuriyyətinin müstəqilliyini tanımağa hazırlaşan ikinci dövlət olmağa yaxındır.
ABŞ dövlət katibi Entoni Blinkenin bu həftə Çinə səfəri də beynəlxalq aləmin diqqət mərkəzindədir. ABŞ rəsmiləri və konqresmenləri Çini Rusiya, Şimali Koreya və İranla birgə düşmən ölkə adlandırsalar da, Pekinlə dialoqdan imtina etmirlər, liderlər də ara-sıra görüşürlər. “Mehriban düşmənlər” olan ABŞ və Çin qarşıdurma istəmirlər. Ancaq Çinin bölgədə hərbi günü artırması və Tayvanı ələ keçirməyə çalışması Vaşinqtonun və onun bölgədəki müttəfiqlərini ciddi narahat edir. Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı var. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb. Hərbi baza Siam körfəzinin sahilində yerləşir. Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır. Entoni Blinken bu mövzuları müzakire etmək üçün Pekinə gedir.

Elxan Şahinoğlu - diaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22
Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16
"Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34
Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32
Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10
Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02
Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00
Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58
Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17
Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11
UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07
Tanınmış rejissora ağır itki
Bu gün, 18:02
Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00
Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59
Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52
Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47
Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40
Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31
Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18
Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11
Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07
Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02
Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01
İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51
Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50
Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49
Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47
Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34
Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14
Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13
"Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04
Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58
Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57
"Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52
Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42
Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37
Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35
Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24
Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21
Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18
Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15
Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12
Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58
FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru