Moldova üçün “Kreml layihəsi” işə düşdü - Qaçaq oliqarx çevriliş hazırlayır
Tarix: 24-04-2024, 08:18 | Çap et
Moldovalı qaçaq oliqarx İlan Şor Moskvada başçılıq etdiyi Şor Partiyasının qurultayında “Qələbə-Viktoriya” siyasi blokunun yaradıldığını bəyan edib. "Kommersant" xəbər verir ki, blok Moldovada keçiriləcək prezident seçkilərinə və Avropa İttifaqına üzvlüklə bağlı referenduma hazırlaşacaq.
Moldovada Şor Partiyası ötən ilin yayında Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edilib və ölkənin hazırkı avropayönlü hakimiyyətinin nümayəndələri Moskvada Şor tərəfdarlarının qurultayını “utanc” adlandırırlar.
Mühacirətdə olan oliqarxın özü bazar günü Moskva mehmanxanasında keçirilən qurultayı “Moldova müxalifətinin birləşməsinə həsr olunmuş tədbir” kimi qiymətləndirib. Tədbirdə çıxış edən Şor iştirakçıların “məsuliyyəti öz üzərinə götürməyə və yoxsulluğu, məğlub etməyə hazır olduğunu” söyləyib. Oliqarx həmçinin “Moldovada gələcək qurmağa” hazır olduğunu qeyd edib və Rusiya ilə dostluqda, tərəfdaşlıqda alternativ görmədiyini qeyd edib.
Bu strukturu və onun siyasətçilərini Rusiyanın maraqları naminə ölkədəki sabitliyi pozmağa cəhd etməkdə ittiham edən hökumətin tələbi ilə Moldovada Şor Partiyasının fəaliyyəti qadağan edilib. Moldovada iş adamı İlan Şor bank fırıldaqlarında iştirak etdiyinə görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Şor ittihamları rədd edir və onları partiyasının Kişinyovda keçirdiyi “etirazların qisası" adlandırır.
Aprelin 21-də Moskvada keçirilən qurultayda İlan Şor bildirib ki, onun yeni təşəbbüsünün məqsədi payızda keçiriləcək prezident seçkilərində hakimiyyətə gəlməkdir. Bununla yanaşı oliqarx prezidentliyə namizədlərinin kim olacağını açıqlamayıb. Qadağan olunmuş Şor Partiyasının lideri həmçinin bildirib ki, hazırkı hökumətin dövründə Avropa İttifaqı ilə yaxınlaşmanın Moldova xalqına heç bir faydası olmayacaq, çünki Avropaya “bu gün qəsbkarlar və qeyri-peşəkarlar rəhbərlik edir”.
İlan Şor ona əlavə olaraq Moldovanın tərkibində muxtar ərazi qurumu olan Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul və Moldova Parlamentinin üzvü Marina Tauberin də daxil olduğu yeni siyasi blokun rəhbərliyini təqdim edib.
Kişinyovda hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) sözçüsü Adriana Vlas “Newsmaker” portalına deyib ki, Moldova siyasətçiləri “bütün dünya Kremli Ukraynadakı vəhşi müharibəyə görə qınayanda” Moskvada olmaqdan “utanmırlar”.
Moldovanın infrastruktur naziri Andrey Spinu Moskvada baş verən qurultayı şərh edib və yeni birləşməni “mütəşəkkil cinayətkar blok” adlandırıb.
“Bütün ölkə Moskvada vətən xainlərini gördü. Düşünürəm ki, Moskvada “Pobeda” mütəşəkkil cinayətkar blokunun yaradıldığını açıq şəkildə deyə bilərik. Moskvada, Kremlin yanında seçki bloku yaratmaqla kimin üçün işlədiklərini, kimə xidmət etdikləriniaçıq şəkildə bildirmiş oldular. Lakin onların heç də hamısı cinayət yerində - yəni Moskvada yox idilər. Bəziləri hələ də Kişinyovda hər cür əclaflıqların arxasında gizlənir. Biz yaxın bir neçə ildə onlardan qurtulmalıyıq”, - infrastruktur naziri “Facebook”da yazıb.
Qeyd edək ki, Şor Partiyasının Moskvadakı tədbiri və görüş digərləri ilə yanaşı, rusiyalı müğənni Nikolay Baskovun da çıxış etdiyi konsertlə başa çatıb. Media, xüsusən “Novaya Gazeta Europe” Filip Kirkorovun da səhnəyə çıxdığı haqqında yazıb. “Azadlıq” radiosunun Moldova xidməti qeyd edir ki, qurultay iştirakçıları Rusiyanın Ukraynaya təcavüzü barədə danışmaqdan yayınıblar.
Xatırladaq ki, Moldovada qadağan olunmuş Şor Partiyasının üzvləri Moldovanın Avropaya inteqrasiyasının qarşısını almaq və ölkəni Avrasiya İqtisadi İttifaqına (Aİİ) yönəltmək məqsədi daşıyır. Oliqarx İlan Şor 2019-cu ildə Moldovadan qaçıb və dörd ildən çox İsraildə gizlənib. Moldova Baş Polis Müfəttişliyinin məlumatına görə, Şor fevralın 25-dən Moskvada daimi yaşayır. Əvvəllər Rusiya cinayət törətmiş şəxslərin ekstradisiyası haqqında müqaviləyə baxmayaraq, onu Kişinyova təhvil verməkdən imtina edib.
Şorun tərəfdarlarının Moskvada toplaşdığı ilk görüş aprelin 3-də baş tutub və üç gün sonra siyasətçi məqsədini açıqlayıb - Moldovanın Aİ və NATO-ya daxil olmasının qarşısını almaq üçün hər şeyi etmək. Oliqarx ölkənin gələcəyini “Rusiya, MDB və Aİİ ilə məhsuldar qarşılıqlı fəaliyyətdə” görür.
Moldovalı analitik, “WatchDog” ekspertlər assosiasiyasının icraçı direktoru Valeriu Paşa hesab edir ki, 2022-ci ildən Kişinyovda hökumət əleyhinə etiraz aksiyaları təşkil edən Şor “minimum proqramı yerinə yetirib” və İsraildən Moskvaya köçmək şəklində Kremlin “mükafatına” layiq görülüb: “Ona Moskvada sakit həyat vəd edilmişdi. Və onun üçün maksimum proqram iğtişaşlar və vətəndaş müharibəsi də daxil olmaqla, Rusiyayönlü qüvvələr tərəfindən Moldovada siyasi hakimiyyətin ələ keçirilməsidir”.
Aprelin əvvəlindən Moldova daxilində Şor Partiyasının rayon təşkilatları fəallaşıblar. Moldovanın Qaqauz muxtariyyətinin oliqarxla əlaqəsi olan rəhbəri Yevgeniya Qutsul əvvəlcə Dirçəliş Partiyasının liderləri - parlamentin ən böyük müxalifət partiyasından İlan Şorun partiyasına keçmiş deputatlarla görüşüb. Aprelin 8-də isə Qutsul Moldova Parlamentində “Şor komandasının beş deputatı” ilə iş görüşməsinə dəvət edilib və burada Qaqauziya rəhbəri Moldovanın Aİ-yə daxil olmasına qəti “yox” deməyə çağırılıb. Deputatlar Qaqauziyaya dəstək vəd edib və əmin ediblər ki, “əsl tərəqqi yalnız Rusiya ilə sıx əməkdaşlıq şəraitində mümkündür”.
Siyasi partiyanın qeyri-qanuni maliyyələşdirilməsində şəriklik və 2021-ci il seçkiləri ilə bağlı maliyyə hesabatını saxtalaşdırmaqda 6 aydan artıqdır ki, mühakimə olunan Marina Tauber bundan əvvəl Moskvada İlan Şor tərəfdarlarının qurultayında çıxış edənlərdən biri olub.
Valeriu Paşa qeyd edir ki, rusiyayönümlü qüvvələr ölkə Prezidenti Maya Sandunun Moldovanın Aİ-yə daxil olmasına rəhbərlik edəcəyi təqdirdə ehtimal olunan müharibənin başlanacağına dair təbliğatı gücləndiriblər: “Bu təbliğatın heç bir əsası yoxdur. Ancaq rusdilli vətəndaşlara belə məlumatlar təsir göstərir”.
Ekspertlər Moldovada payızda keçiriləcək prezident seçkilərində Şor Partiyasının namizədinin rusiyayönlü olan hansı siyasətçi olacağını söyləməyin hələ tez olduğu fikirindədirlər. Amma Qaqauziya rəhbəri Qutsulun namizəd ola biləcəyi ehtimal olunur.
Qeyd edək ki, Qutsul bir ay ərzində iki dəfə Moskvaya səfər edib və hətta Vladimir Putinlə görüşüb, şəkil də çəkdirib. Qutsul İlan Şorun vəd etdiyi əlavə ödənişləri köçürmək üçün Qaqauziyanın pensiyaçılarına və dövlət qulluqçularına “Mir” bank kartları verməyə razılaşıb və Moldovanın Rumıniya ilə hipotetik birləşməsi halında Rusiyadan kömək istəməsi barədə qalmaqallı açıqlama verib.
Qayıdandan sonra Qaqauziya Xalq Assambleyasının vitse-spikeri Aleksandr Tarnavski bildirib ki, İlan Şor Kişinyovda hökuməti devirmək üçün muxtariyyətin indiki rəhbərliyindən istifadə edir. Bununla belə, ekspertlər Qutsulu “diqqəti yayındırmaq üçün saxta hədəf” adlandırır. Onu da nəzərə almaq lazımdır ki, aprelin 10-da Yevgeniya Qutsul Moldovada siyasi partiyanı qanunsuz maliyyələşdirməkdə ittiham olunub.
Valeriu Paşa qeyd edir ki, Qutsulun yaşına görə hələ prezidentliyə namizəd olmaq hüququ yoxdur: “Lakin uzunmüddətli perspektivdə Qutsul Moskvanın əsas adamına çevrilə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02 |
|
|
|
• Bakıda fantastik qiymətlərə mənzillər: - Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? - AÇIQLAMA
Bu gün, 12:53 |
|
|
|
|