Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... .....                     Moskva sıxışdırıldı, Ankara önə çıxdı... .....                     Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB .....                     `Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                 

Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir - NƏ BAŞ VERİR
Tarix: 17-05-2024, 06:52 | Çap et
Rusiya üçün “fürsət pəncərəsi” açılıb: Kreml müharibənin gedişini dəyişir
Rusiya sanksiyalardan yan keçməyi bacardı, hərbi texnika üçün lazım olan komponentlərin tədarükünü qurdu, silahların kütləvi istehsalını təşkil etdi, ordunu gücləndirdi və indi cəbhənin çoxsaylı sektorlarında Ukrayna qüvvələrini sıxışdırarak Xarkova yaxınlaşır. Bütün bunlar isə Amerika liderlərini və hərbçilərini hərbi əməliyyatların gedişində dönüş nöqtəsinin baş verə biləcəyi qorxusuna vadar edir. Bu barədə “The New York Times” yazır.

ABŞ Prezidenti Co Baydenin administrasiyası hesab edir ki, qarşıdakı aylar kritik ola bilər. Çünki Rusiya təşəbbüsü ələ keçirə bilər. Lakin Ukraynanın döyüş qabiliyyətinin sonradan bərpası münaqişənin dondurulmasına və ya 1953-cü ildə Koreyada hərbi əməliyyatların dayandırılmasına bənzər atəşkəsə səbəb ola bilər. Bu, ABŞ və müttəfiqlərinin kəşfiyyat hesabatları və qiymətləndirmələrinə görə belədir.

Cümə günü Prezident Corc Buşun keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hadli deyib: “Rusiya müharibələrə pis başlayır, amma sonu güclü olur”. Hadli qeyd edib ki, Moskva indi cəbhədəki vəziyyəti öz xeyrinə çevirmək naminə əsgər toplamaq üçün böyük əhalisindən və "nəhəng hərbi infrastrukturundan" istifadə edərək "ağırlığını ortaya qoymağöa" hazırdır. Hadlinin fikrincə, bir neçə amil Kremlin xeyrinə işləyib: “Bunlardan biri Amerika silahlarının tədarükünün altı aydır gecikməsidir. Konqres buna baxmayaraq, aprelin sonunda 61 milyard dollarlıq yardım paketini təsdiqlədi və çərşənbə axşamı Kiyevə səfər edən dövlət katibi Antoni Blinkenin dediyinə görə, ilk avadanlığın artıq cəbhəyə göndərilməsinə başlanılıb. Bununla belə, Ukraynaya döyüş qabiliyyətini kifayət qədər bərpa etmək üçün daha bir neçə ay lazım ola bilər”.

Bundan əlavə, cəbhə xəttində Ukrayna qoşunları tükənib və səfərbərliyin genişləndirilməsi, o cümlədən çağırış yaşının 27-dən 25-ə endirilməsi ilə bağlı qanun da yalnız aprel ayında qəbul edilib. Səfərbər olunanlar öyrədilməlidir. Buna görə də cəbhə ən azı bir neçə ay ciddi əlavə dəstək olmadan qalacaq.

Ukrayna Silahlı Qüvvələrinin sursat, o cümlədən hava hücumundan müdafiə raketləri çatışmazlığı Rusiyaya artilleriya və havada öz üstünlüyündən istifadə etməyə imkan verir. Sovet bombalarını təkmilləşdirərək, onlardan mərmi kimi istifadə edərək Rusiya aviasiyası Ukrayna mövqelərinə demək olar ki, maneəsiz ağır zərbələr endirir. Rus təyyarələrini dəf edə biləcək ilk F-16 qırıcılarının da yayın ortalarına qədər Kiyevə çatması gözlənilmir.

Öz növbəsində, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavolinin bu yaxınlarda etiraf edib ki, müharibə başlayandan bəri Rusiya ordusunda şəxsi heyət sayını 15 faiz artırıb. Bununla yanaşı, Rusiya müəyyən texnoloji irəliləyişlərə də nail olub. Xüsusilə, Rusiya qoşunları bəzi hallarda GPS qəbuledicisinə təsir etməklə HIMARS qurğularından atılan müxtəlif növ raketləri zərərsizləşdirməyi, həmçinin bəzən bu qurğuların hərəkətini izləmək və onları məhv etməyi öyrənib.

“The New York Times”la söhbətlərində Amerika rəsmiləri əmin olduqlarını bildiriblər ki, ABŞ-dan yeni silahlar tam yerləşdirildikdə (ehtimal ki, iyulda) və Ukrayna cəbhə bölgəsindəki bölmələri, o cümlədən şəxsi heyəti cəmləmək üçün bir yol tapdıqda, Rusiya bu üstünlüklərin çoxunu itirəcək. Bununla belə, Vaşinqton qarşıdakı aylarda hərbi əməliyyatların necə gedə biləcəyini və Ukrayna Silahlı Qüvvələrinin 2025-ci ildə genişmiqyaslı əks-hücum təşkil edə biləcəyini proqnozlaşdırmaqda tərəddüd edir.

ABŞ lideri Co Baydenin müşavirləri Rusiyanın məğlubiyyətlərindən və problemlərindən dərs almasından narahatdırlar. “The New York Times” yazır ki, onların ən böyük qorxusu odur ki, Rusiya silah istehsalını geniş miqyasda gücləndirməklə, qarşıdakı ayda, məhz iyunun ortalarında İtaliyada keçiriləcək G7 sammiti zamanı döyüş meydanında böyük qazanc əldə edə biləcək. Eyni zamanda, ABŞ Prezidenti, rəsmilərinin sözlərinə görə, belə bir hədəyə baxmayaraq, Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı təklifinə baxmaqdan imtina edir.

Mayın 10-na keçən gecə rus qoşunları Belqorod və Xarkov vilayətlərini ayıran sərhədi keçərək bir-birinin ardınca kəndləri tutaraq sürətlə irəliləməyə başlayıblar. Onlar Xarkovdan 70 kilometr, dövlət sərhədindən 10 kilometr aralıda yerləşən Volçanska da daxil olublar. Xarkov vilayətinin polis rəisi Vladimir Timoşko bildirib ki, davamlı atəşlər və uçan bombalardan istifadə nəticəsində Volçansk “müəyyən mənada Baxmuta çevrilir”. Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov çərşənbə günü bildirib ki, vəziyyət “çox gərgindir və tez dəyişir”.

Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinə görə, Xarkov bölgəsinə hücum daha çox "bufer zonası" yaratmaq cəhdi kimi görünür. Çünki Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətini bu bölgədən atəşə tutulmaqdan qorumaq zərurətindən danışmışdı. Ruslar Xarkov bölgəsinə daha da əhəmiyyətli irəliləyişlər etməsələr də, rus ordusunun vilayətə yaxınlaşması daim terror təhlükəsinin qaldığının göstəricisi olacaq. Qərb hərbçiləri və ekspertləri Rusiyanın Xarkovu işğal etmək üçün kifayət qədər qüvvəyə malik olmadığını dəfələrlə bildiriblər.

“Xarkov vilayətində hücumun strateji məqsədi Ukrayna Silahlı Qüvvələrini ehtiyat və elit bölmələri oraya köçürməyə məcbur etmək və bununla da cəbhənin digər bölmələrində müdafiəni zəiflətmək ola bilər”, deyə karneqi Mərkəzinin Rusiya ordusu üzrə eksperti Mixael Kofman bildirib. Onun sözlərinə görə, bu, Rusiya ordusuna iyunda Donbassa hücum təşkil etməyə imkan verəcək.

Kofman əlavə edib ki, Rusiyanın əsas məqsədi Donetsk bölgəsinin onun nəzarətində olmayan hissəsini ələ keçirməkdir. Onun fikrincə, Rusiya ordusu indi əhəmiyyətli üstünlüyə və strateji təşəbbüsə malikdir: “Bu il Rusiya üçün “fürsət pəncərəsi” açılıb. Lakin Rusiya ordusu bu üstünlüklərdən istifadə edərək döyüş meydanında uğurlar qazanmasa, 2025-ci ilə yaxınlaşdıqca bu “pəncərənin” bağlanması şansı yüksəkdir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu hüquqlar bir çox hallarda yerinə yetirilməsə də... - Ekspert danışır...
Bu gün, 09:07
Moskva sıxışdırıldı, Ankara önə çıxdı... - Bakının hesabına...
Bu gün, 09:03
Tarix İnstitutunun işçisi QOÇU ÇIXIB - Şahidə hücum etdi və...
Bu gün, 08:59
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru