Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                 

KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir - Kremlə dost avtoritar rejimlərin qorunması aləti niyə tərpənmir?
Tarix: 24-08-2024, 14:00 | Çap et
KTMT üzvünə hücum: təşkilat yardıma gəlmir
Kursk vilayətində yaranmış vəziyyətlə bağlı bu günə kimi Rusiyadan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) heç bir müraciət daxil olmayıb. Bu barədə KTMT-nin rəsmi saytında yer alan məlumatda bildirilir.

“KTMT-nin qəbul etdiyi prosedura görə, hərbi yardıma ehtiyacı olan birliyə üzv dövlət müraciət etməldir. Bu günə qədər Kurskdakı vəziyyətlə bağlı Rusiya Federasiyasından belə bir müraciət daxil olmayıb region”, - deyə məlunatda qeyd olunur.

KTMT vəziyyətin inkişafını diqqətlə izlədiyini vurğulayıb: “Hərbi münaqişənin KTMT-nin məsuliyyət zonasına keçməsi eskalasiyanın yeni mərhələsidir. Bizim analitik xidmətimiz gecə-gündüz işləyir. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və təşkilatın nizamnaməsinə uyğun hərəkət edəcəyik. KTMT Katibliyi və Rusiya Federasiyasının müvafiq dövlət qurumları iş rejimində məlumat mübadiləsi aparır”.

Bəs, həqiqətən, niyə bu proses baş vermir? Rusiya niyə birbaşa hərbi müttəfiqlərinə müraciət etmir? Bunu necə izah etmək olar? Axı, KTMT nizamnaməsinə görə, üzv ölkələrdən birinin ərazisinə silahlı basqın başlayarsa, blokun bütün üzvləri öz silahlı qüvvələri ilə döyüşməyə borcludur. Niyə biz bunu Kursk vilayətindəki hadisələr fonunda görmürük?

AYNA mövzunu təşkilata üzv ölkələrinin ekspertləri ilə müzakirə edib.

Belaruslu analitik, jurnalist, demokrat fəal Aleksandr Otroşenkov (Varşava):

“Bilmirəm, Azərbaycanda belə qəbul edirlər, ya yox, amma Belarusda KTMT-nin rolunu üzv ölkələrdə Kremlə dost rejimlərin sabitliyinin təmin edilməsi və onların Rusiya orbitində davam etdirilməsi kimi görürlər. Əslində, bu, ölü bir quruluşdur. Biz görürük ki, o, real problemlərin öhdəsindən gələ bilmir, məsələn, iki üzvünün - Özbəkistan ilə Tacikistanın arasındakı sərhəd münaqişəsini həll edə bilmir. Ermənistan keçmiş liderlərinin KTMT-nin təhlükəsizliyini təmin edə biləcəyi ilə bağlı illüziyalarının əslində çox acı bədəlini ödədi və digər üzvlər də bu nümunədən çox konkret nəticələr çıxardılar.

Təşkilatın gələcəyinə olan həvəsini nümayiş etdirməyə çalışan yeganə şəxs Belarus lideri Aleksandr Lukaşenkodur. Lakin onun seçimi yoxdur, çünki o, Rusiyanın Ukraynaya qarşı təcavüzündə şəriklik ilə həddən artıq çirklənib və 2020-ci il prezident seçkilərindən və ölkədəki kütləvi etirazların yatırılmasından sonra Rusiyanın onun hakimiyyətinə dəstəyi müqabilində həddindən artıq Belarus suverenliyindən imtina edib.

KTMT-yə üzv qalan ölkələrin rəhbərliyi Moskvadan o qədər də asılı deyil, Qərb tipli demokratiyalarla əlaqələri kifayət qədər uğurla inkişaf etdirir və bunun gətirdiyi üstünlüklərdən əl çəkməyə hazır deyil. Ermənistan istisna olmaqla, bu ölkələr çətin ki, yaxın illərdə bu mənasız təşkilatı tərk etmək qərarına gəlsin, çünki Rusiya ilə münasibətləri qaçılmaz şəkildə pozacaq nəsə etmək istəməməsi hissi hələ də üstündür.

KTMT-nin Nizamnaməsində açıq şəkildə deyilmir ki, KTMT üzvlərindən birinə hücum olarsa, münaqişəyə girməlidir. Nizamnamənin 7-ci və 8-ci maddələrində koordinasiya, məsləhətləşmə, birgə tədbirlər və kollektiv müdafiə hüququndan, öhdəlikdən bəhs edilir. Rusiya tərəfinin ustalıqla nümayiş etdirdiyi KTMT-nin təsis sənədində Ermənistanın nəyə görə yardım ala bilməyəcəyini izah edən məqam var: orada münaqişədə tərəf tutmaq, hətta üzvlərdən birinin tərəfində silahlı münaqişəyə girmək öhdəliyindən bəhs edilmir.

İndi vəziyyət Rusiyaya doğru tərsinə çevrilib. Rusiya buna baxmayaraq, KTMT Nizamnaməsinin müddəalarını sərbəst şəkildə şərh etməyə çalışsa və müttəfiqlərindən onun tərəfində hərəkət etməyi tələb etsə, bu, təşkilatın sonu olacaq. Yararsız təşkilatdan KTMT zəhərli təşkilata çevriləcək.

Təşkilat üzvlərinin heç biri Putinin Ukraynaya hücumuna həvəslə yanaşmır, yaxşı bilir ki, Rusiya ilə həmsərhəd olan istənilən ölkə öz gələcəyi və müttəfiq seçimi ilə bağlı müstəqil qərar vermək hüququna malik olduğunu düşünsə, bu cür təcavüzün qurbanına çevrilə bilər. Bu avantürada da iştirak etmək və yaramaz ölkələrin müharibəyə qoşulmaq tələbi, istər-istəməz, həm bu cür hərəkətlərdən, həm də KTMT-dən ayrılmaq əzmini gücləndirəcək. Görünür, Kreml bunu çox gözəl anlayır, ona görə də hələlik belə rəftardan çəkinirlər”.

Qazaxıstanlı politoloq Dimaş Aljanov:

“KTMT ölkələrinin bu müharibədə iştirakı sıfırdır. Hətta Belarus məsələsində belə bir qərar rejimin sağ qalması üçün ciddi risklər daşıya bilər, hələ Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrini demirəm. KTMT qüvvələrinin iştirakı yalnız atəşkəs əldə edildikdən və BMT-nin müvafiq qərarı alındıqdan sonra sülhməramlı missiya kimi mümkündür. Tokayevin bəyanatı məhz bundan ibarət idi və bu məqsədlə KTMT müqaviləsinə düzəlişlər qəbul edildi və genişmiqyaslı işğal ərəfəsində əlaqələndirici dövlət (Rusiya) rolu təqdim edildi.

KTMT-də əvvəldən tərəflərin bərabərliyi yox idi. Bu, Rusiyanın dominantlıq etdiyi təşkilatdır. Təşkilat Rusiyanın hərbi-siyasi təsiri üçün formal çərçivə yaradır və keçmiş Sovet İttifaqının avtoritar rejimlərinə himayədarlıq edir.

Qarabağ müharibəsi göstərdi ki, kollektiv təhlükəsizlik müqaviləsi Rusiya üçün məcburi deyil və iştirakçı ölkələrin hərəkətləri ziddiyyətli və situasiya faydalarına əsaslana bilər. Bu cür davranış ciddi kollektiv təhlükəsizlik müqaviləsi üçün əsas ola bilməz. Bütün bu müddət ərzində Qazaxıstanda etirazların yatırılmasında iştirakı bu təşkilatın diqqət çəkdiyi yeganə şeydir.

İndi getdikcə aydın olur ki, KTMT ciddi beynəlxalq təşkilatdan daha çox uydurma və ya şırmadır. Son illərin iki müharibəsi iştirakçı ölkələrin kollektiv fəaliyyət üçün ümumi istəyinin və KTMT çərçivəsində ciddi hərbi-siyasi əsasın olmadığını üzə çıxardı. KTMT nə hərbi sahədə, nə də siyasi ölçüdə ciddi bir məna kəsb edir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru