Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                 

TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB? – Dünya yeni ABŞ Prezidentindən nə gözləyir?
Tarix: 11-11-2024, 11:05 | Çap et
TRAMP PUTİNƏ KRIMI TƏKLİF EDİB?
Artıq xəbər verildiyi kimi, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp cümə axşamı, noyabrın 7-də Rusiya başçısı Vladimir Putinlə telefon danışığı aparıb.

“AzPolitika” xəbər verir ki, “The Washington Post”-un öz mənbələrinə istinadla yaydığı məlumata görə, Tramp və Putin Ukraynadakı müharibəni müzakirə ediblər. Qeyd olunur ki, bu, Tramp seçkilərdə qalib gələndən sonra onlar arasında baş tutan ilk telefon danışığı olub.

Mənbələrdən biri bildirib ki, Tramp Floridadakı iqamətgahından etdiyi zəng zamanı Rusiya başçısına “Ukraynada müharibəni qızışdırmamağı” tövsiyə edib və ona Vaşinqtonun Avropada böyük hərbi mövcudluğunu xatırladıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Putin və Tramp Avropa qitəsində sülhün zərurətindən danışıblar və Tramp “Ukraynadakı müharibənin tezliklə həllini” müzakirə etmək üçün gələcək danışıqlarda maraqlı olduğunu deyib.

Daha sonra xəbərdə iddia olunur ki, Tramp Rusiyanın ələ keçirdiyi Ukrayna ərazilərinin bir hissəsinin onun nəzarətində saxlanması ilə bağlı razılaşmanı dəstəkləyəcəyinə eyham vurub. Nəşr bunun, məsələn, Krım yarımadası ola biləcəyini qeyd edib: “Bu məsələ ilə tanış olan şəxslərin dediyinə görə, telefon danışığı zamanı o, ötəri olaraq ərazilər məsələsinə toxunub”.

Qeyd edək ki, bundan əvvəl Trampın müşaviri Brayan Lanza demişdi ki, Birləşmiş Ştatlar bundan sonra Ukraynaya “Krımı qaytarmaq” səylərində dəstək verməyəcək, çünki Ukrayna artıq Krımı itirib. O qeyd edib ki, Ukraynadakı münaqişəyə son qoyulması ABŞ üçün prioritet olacaq.

Nəşr iki mənbəyə istinadla qeyd edir ki, guya Putinə zəng barədə Ukrayna hökuməti əvvəlcədən məlumatlandırılıb və rəsmi Kiyev söhbətin aparılmasına etiraz etməyib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Ukrayna rəsmiləri Trampın Ukraynadakı müharibənin diplomatik yolla həlli ilə bağlı Putinlə qarşılıqlı əlaqədə olacağını çoxdan başa düşürlər. Lakin yazı dərc olunandan bir müddət sonra Ukrayna XİN bəyan etdi ki, rəsmi Kiyev Trampla Putinin telefon danışığı barədə xəbərdar edilməyib.

Materialda qeyd edilir ki, Trampın dünya liderləri, o cümlədən Putinlə ilk zəngləri Dövlət Departamentinin və ABŞ hökumətinin tərcüməçilərinin dəstəyi olmadan baş verir.

“Washington Post” həmçinin öz mənbələrinə istinadla qeyd edib ki, Ukrayna özünün ABŞ-dəki səfirini dəyişməli olacaq. Söhbət Prezidenti Volodimir Zelenskinin ABŞ-yə səfərindən sonra Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Consonun vəzifəsindən azad edilməsini tələb etdiyi Oksana Markarovadan gedir. Xatırladaq ki, Markarova sentyabr ayında Zelenskinin Pensilvaniyadakı hərbi sursat zavoduna səfərini təşkil etməkdə və bununla demokratların təbliğatını aparmaqda günahlandırılırdı.

Beləliklə, Qərb mətbuatına inansaq, artıq ABŞ-nin yeni seçilmiş Prezidenti dünyanın onun prezidentliyi ilə bağlı gözləntiləri istiqamətində fəaliyyətə başlayıb.

Bu məsələdə daha çox diqqət cəlb edən və sözsüz ki, dünyada yaşanan ümumi gərginliyin əsas tətikləyicisi olan Rusiyanın Ukraynaya qarşı işğalı məsələsində yeni ABŞ Prezidentinin mövqeyidir. Ukrayna məsələsi başda olmaqla, artıq Trampın prezidentliyinin müsbət nəticələrə ümidləndirən ilk əlamətləri görünməkdədir. Bunlardan ən əsası təbii ki, Putinin noyabrın 7-də (Trampla telefon danışığının olduğunun iddia edildiyi gün) “Valday” konfransında verdiyi bəyanatlardır. Həmin bəyanatlarda deyilirdi ki, Moskva Qərbi özünə düşmən hesab etmir və “heç kimlə heç kimə qarşı birləşmək fikrində deyil”. O, həmçinin Trampın Ukrayna ilə müharibəni bitirmək planını ciddi qəbul etdiyini bildirib.

Ancaq dəyişiklik siqanalı təkcə bu deyil. Məsələn, Avropa Birliyi Trampdan onunla münasibətlərində yeni mərhələyə başlamasını və təbii qazı Rusiyadan deyil, ABŞ-dən almaq istəyini bəyan edib.

Çin lideri ABŞ ilə sülh şəraitində yaşamağa çalışdığını və Amerika xalqının seçiminə hörmət etdiyini deyib.

Hətta “Taliban” da ABŞ ilə sülh razılaşması istədiklərini bəyan edib və onun adının terror təşkilatları siyahısından çıxarılmasını istəyib.

Husilər öz hərəkətlərinin sırf müdafiə xarakteri daşıdığını və gəmilərə hücumları dayandırdıqlarını bəyan ediblər.

HƏMAS Trampın seçilməsindən sonra müharibəni dərhal dayandırmağa çağırıb. Qətər isə HƏMAS rəhbərliyindən öz ərazisini tərk etmələrini tələb edib.

Meksika qeyri-qanuni mühacirlərin Amerikaya daxil olmasının qarşısını almaq üçün ABŞ ilə sərhədin möhkəmləndirilməsi məqsədilə tədbirlərə başlayıb. Nyu-Yorkda isə qeyri-qanuni miqrantların ölkədən çıxarılması üçün dörd ildir həyata keçirilməyən genişmiqyaslı əməliyyata başlamaq barədə qərar verilib.

Kriptovalyutalar indiyə qədər görünməmiş qədər bahalaşıb və fond bazarı hərəkətə gəlib.

Bunlar hələlik “isti-isti” baş verən, üzdə olan və “gözlə görünən” ilk dəyişikliklərdir. Ancaq bunun ardının gəlib-gəlməyəcəyini, gözləntilərin özünü nə dərəcədə doğruldacağını yaxın aylarda, xüsusilə də Trampın rəsmən prezidentlik səlahiyyətlərinin qüvvəyə minməsindən sonra görəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru