Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                     “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? .....                 

Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Tarix: 17-11-2024, 08:42 | Çap et
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir
Trampın xarici siyasət üzrə təyinatları qarşıdakı 4 ildə Vaşinqtonun strategiyasının İsrail və Hindistan ətrafında qurulacağını göstərir. Yeni təyinatların İsraillə bağlı baxışlarına “İrana qarşı müharibə” də daxildir. Sual budur ki, “müharibələr dayanacaq” devizi ilə seçilən Tramp hökuməti Səddamı devirən C.Buş hökuməti kimi Yaxın Şərqə yeni bir “səlib yürüşü” təşkil edəcəkmi?”

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Trampın formalaşdıracağı hökumətin əsas üzvlərinin profili diqqət çəkir:

“Çinə və İrana qarşı radikal mövqe sərgiləyənlər, eyni zamanda İsrail tərəfdarları üstünlük təşkil edir. Həmçinin sionizmin əsas teoloji dəstəkçisi olan və ABŞ-da böyük gücə malik yevangelist təriqətinin də Tramp hökumətində təmsil olunacağı müəyyən mənzərə formalaşdırır və daha çox bu mənzərəyə diqqət yetirilir. Amma hökumət üzvlərinin kim olmasının ABŞ-ın xarici siyasətini müəyyənləşdirəcəyini düşünmürəm. Çünki bunun konkret səbəbləri var”.

Əli Zülfüqaroğlu bildirib ki, Tramp hakimiyyəti dönəmində Vaşinqton fərqli siyasət yürüdəcək:

“ABŞ 30 il öncə olduğu kimi fövqəlgüc deyil. ABŞ-ı güclü edən əsas amil dollardır və onun hesabına formalaşan donanması və dünyanın əksər ölkələrindəki hərbi bazalarıdır. Bu gün dollar çöküş prosesinə qədəm qoyub. Artıq dollara alternativ valyutaların əsası qoyulur.

Dolların sürətlə dəyər itirməsi ABŞ daxilində iqtisadi problemlərə yol açır və bu, getdikcə dərinləşir. İqtisadi problemlər səbəbi ilə ABŞ-ın dünyanın müxtəlif ölkələrində hərbi bazalar saxlaması və müxtəlif bölgələrdə müharibələr aparması mümkün deyil”.

Siyasi şərhçi əlavə edib ki, ABŞ-ın hansı siyasi kursu yürüdəcəyi ilə bağlı fikir söyləmək üçün Trampın seçkidən öncə açıqlamalarına və qələbədən sonra etdiyi çıxışa nəzərə salmaq lazımdır, çünki burada çox incə və diqqətçəkən məqamlar var:

“Tramp seçkidən öncə bildirmişdi ki, “mən prezident olsam “dərin dövləti” yox edəcəyəm”, qələbədən sonra isə “əngəllərə baxmayaraq qalib gəldik”-deyə vurğuladı. “Dərin dövlət” FED və onun arxasında olan qlobalçıların sahibi olduğu banklardır ki, bu güc Trampı müxtəlif məhkəmə prosesləri, şantaj və sui-qəsdlə əngəlləməyə çalışırdı. Bu onu deməyə əsas verir ki, Tramp öncə ABŞ daxilində düşmənlərinə qarşı mübarizəyə başlayacaq, halbuki təkcə Trampın deyil, ümumiyyətlə, bəşəriyyətin düşmənləridir. Yəni Trampı ABŞ daxilində hələ bundan sonra ciddi problemlər gözləyir”.

Siyasi ekspert deyib ki, Trampın qələbədən sonrakı çıxışında komanda üzvlərindən birinə “onun çox gözəl ailəsi var”,- deməsi də sıradan bir ifadə deyil:

“Tramp bununla qlobalizmi sıradan çıxarmağa çalışdığı dəyərlər sisteminin qorunacağına vurğu edir. Yəni qlobalizmi rədd edir və dəyərlər sisteminin prioritet olacağını önə çəkir.

Digər diqqətçəkən ifadə isə ABŞ-ın özünün də neft istehsalını kəskin artıracağı ilə bağlıdır. Yəni ABŞ neftin ucuzlaşmasına çalışacaq”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrail-İran müharibəsi coğrafi şərtlər baxımından mümkün deyil:

“Bu müharibəni yalnız ABŞ başlada bilər. Amma ABŞ-İran müharibəsi başlayarsa, Tramp seçki öncəsi verilmiş vədlərin əksinə hərəkət edəcək ki, bu da növbəti dönəm üçün respublikaçıların hakimiyyətdə qalmasını çətinləşdirə bilər. Halbuki Tramp dönəmi sadəcə uzaq perspektiv üçün aparılacaq siyasətin başlanğıcıdır. Yəni növbəti seçkidə respublikaçıların hakimiyyətdə qalması yürüdüləcək siyasi fəaliyyət üçün başlıca şərtdir. Bunun üçün isə seçkiöncəsi verilən vədlərə əməl etmək və ölkə daxilində iqtisadi problemləri həll etmək lazımdır. Müharibələr isə bunun üçün başlıca əngəldir.

Digər tərəfdən, əgər ABŞ İranı vurarsa neft kəskin bahalaşa bilər ki, bu Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir. Neftin bahalaşması iqtisadi baxımdan ABŞ üçün arzuolunmaz olmaqla yanaşı, eyni zamanda Rusiyanın güclənməsinə şərait yaradacaq. Bu da xüsusilə Ukrayna savaşı kontekstində ABŞ-ın Rusiyaya təzyiqini təsirsiz edə bilər. Çünki Tramp Rusiya ilə münasibətlərini normallaşdırmağa çalışır ki, uzlaşma üçün Rusiya güclənməməlidir. Bu təkcə Ukrayna amili ilə bağlı deyil. Yəni Tramp Ukraynaya dəstəyini maksimum azaldacaq, eyni zamanda Rusiya ilə kəskin münasibətləri yumşaltmağa çalışacaq”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Bayden administrasiyasının Ukrayna üzərindən Rusiya ilə qarşıdurmaya getməsi ABŞ-ın əleyhinə işlədi:

“Nəticədə Rusiya-Çin, Rusiya-Şimali Koreya, Rusiya-İran arasındakı münasibətlər daha da inkişaf etdi. Dolayısı ilə Rusiya-Çin-Şimali Koreya-İran ittifaqı formalaşdı. Tramp isə Çinlə ticari savaşın davam etdirilməsinin, bunun üçün isə Rusiya ilə münasibətlərin kəskinləşdirilməməsinin tərəfdarı idi. Gəlinən nəticə Trampın haqlı olduğunu göstərir. Ona görə də Trampın formalaşdıracağı hökumət üzvlərinin kim olması Birləşmiş Ştatların xarici siyasətində həlledici amil ola bilməz. Qənaətimcə, Vaşinqton Çinə qarşı ticari savaşları davam etdrəcək, eyni zamanda İranın iqtisadi cəhətdən çökdürülməsinə yönəlik fəaliyyətini gücləndirəcək. Bir sıra bölgələrdə ordusunu çıxarması da mümkündür. Doğrudur Trampa qarşı dirəniş güclü olacaq. Çünki ilk prezidentliyi dönəmində Suriyadan ordunun çəkilməsi qərarını verən Trampa bunun həyata keçirildiyi ilə bağlı yalan məlumat verilmişdi. Tramp bundan prezident postundan gedəndən sonra xəbər tutmuşdu. Bu rıçarqlar yenə də Trampa problemlər yaratmağa çalışacaqlar. Amma düşünürəm ki, Tramp bu dönəm istəklərini böyük ölçüdə reallaşdıra biləcək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru