Kəşfiyyat məlumatları aşkara çıxdı .....                     Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib .....                     Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək .....                     “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib .....                     Ali Məhkəmədə təmizlik işləri bu şirkətə .....                     Universitet vergilərini vaxtında ödəməyib .....                     Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı .....                     Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib .....                     Mərasim evlərində ölünü "dirildən" qiymətlər .....                     “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi .....                     Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU .....                     Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı .....                     Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin .....                     “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” .....                     Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb .....                     Bakıda məkəb direktoru valideyni təhqir edib? .....                     Masaj salonlarında işləyən qadınları şantaj edən .....                     “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” .....                     Bayden heç unudularmı?.. .....                     Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub .....                     "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" .....                     "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                 

Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Tarix: 23-11-2024, 15:00 | Çap et
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...”
Rusiya-Ukrayna müharibəsi artıq yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Co Baydenin Kiyevə Amerika silahı olan ATACMS-la Rusiyanın dərinliklərindəki hədəflərə zərbə vurmağa icazə verməsi qərarından sonra eskalasiya yüksələn xətlə inkişaf etməkdədir. Qərardan bi gün sonra Ukraynanın ATACMS uzaqmənzilli raketlə Rusiyanın Bryansk vilayətinə zərbələr endirib.

Bu mərhələdə Rusiyanın da cavabı özünü çox gözlətmədi. Rusiya ordusu Ukrayna ərazisinə nüvə başlığı daşıya bilən ballistik raketlə zərbə endirdi. Ukrayna tərəfi Rusiyanın beynəlxalq müqavilələri pozaraq qitələrarası ballistik raketdən istifadə etdiyini bildirsə də, Moskvadan bu təkzib olunub. Rusiya tərəfi qitələrarası ballistik yox, ortamənzilli ballistik raketdən istifadə edildiyini açıqlayıb. Bununla yanaşı, Rusiyadan nüvə silahından istifadə edilə biləcəyini də istisna etməyən bəyanatlar səsləndirilir. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində artıq münaqişənin qlobal xarakter aldığını bildirərək Avropa ölkələrinə təhdidlər yağdırıb.

Baş verənləri AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Rusiya-Ukrayna cəbhəsində aktivliyin səbəbi ABŞ Prezidenti Co Baydenin Kiyevə Amerikanın uzaqmənzilli silahlarından Rusiya ərazilərinin dərinliklərindəki hədəfləri vurmağa icazə verməsidir:

- Baydenin bu icazəni seçkilərdən əvvəl yox, seçkilərdən sonra verməsi bir çox suallara aydınlıq gətirir. ABŞ Demokratlar Partiyası hakimiyyətdən getdiyi vaxt bu qərarı verməklə Ukrayna münaqişəsinə öz töhfəsini vermək niyyətindədir. Hətta məlumatlar var ki, Bayden Trampla seçkilərdən sonra Ağ Evdəki görüşdə bu məsələni müzakirə edib və Trampın diqqətinə belə icazə veriləcəyini çatdırıb.

Bilirsiniz, ATACMS silahları Ukraynada əvvəldən var idi. Bu elə məsələ deyil ki, iki gün əvvəl Bayden qərar verir, dünən ATACMS Kiyevə gətirilir və bu gün də ondan Rusiya ərazisinə zərbə endirilir. Bu, əvvəldən düşünülmüş, nəzərdə tutulan planın tərkib hissəsidir. Ola bilsin ki, Demokratlar Partiyasının namizədi Kamala Harris seçkilərdə qalib gəlsəydi ATACMS-dan Rusiya ərazilərinə atəş açmaq icazəsi bir qədər ləngiyərdi. Əvvəldən planlaşdırılmışdı, “B” variant kimi nəzərdə tutulmuşdu ki, Harris seçkilərdə məğlub olarsa, Kiyevə bu icazə veriləcək. Əsas sual odur ki, bu qərar kimə xeyir, kimə zərərlidir?!

- Bu suala cavabınız maraqlıdır...

- Məncə, bu, Ukrayna üçün xeyirlidir. Ona görə yox ki, Ukrayna bu silahlardan Rusiya ərazisinə zərbə endirməkdə sərbəstdir. Məsələ burasındadır ki, Ukrayna müharibəsi artıq Rusiya-Ukrayna müharibəsi kontekstindən çıxır, münaqişə qloballaşır. Onsuz da müharibə qloballaşmışdı, sadəcə bunun rəsmi təsdiqi yox idi. Yeri gəlmişkən, Ukrayna ordusunun keçmiş komandanı, Britaniyadakı hazırkı səfir Valeri Zalujnı bildirdi ki, artıq Üçüncü Dünya müharibəsi başlayıb. Bu isə o deməkdir ki, müharibə Rusiya-Ukrayna səviyyəsindən çıxıb. Bunun isə əlbəttə, Ukrayna üçün xeyirli nəticələri ola bilər. Artıq qlobal güclər və faktiki olaraq NATO müharibəyə cəlb edilməkdədir. Savaşın nəticəsindən asılı olaraq hər bir güc öz nəsibini alacaq.

- Zalujnının Üçüncü Dünya müharibəsinin başlaması ilə bağlı fikirlərini bölüşürsünüzmü?

- Baxın, Rusiya müəyyən qədər Çinin silahlarından istifadə edir. Eyni zamanda, Şimali Koreya silahları və canlı qüvvəsi ilə Rusiyaya dəstək verir. İranın PUA-ları Rusiya ordusunun istifadəsindədir. Digər yandan isə Qərb maliyyə və silah-sursat yardımı baxımından Ukraynanın yanındadır. Düzdür, canlı qüvvə ukraynalılardan ibarətdir, amma silah-sursat, hərbi texnika Qərbin tədarüküdür. Eyni zamanda, Rusiya ərazisinin dərinliklərinin ATACMS kimi Amerika silahı ilə vurulmasına icazə verilir. Bu, nüvə silahının istifadə edilmədiyi Üçüncü Dünya müharibəsi deməkdir. Dünya savaşının qaşı-gözü olmur ki...

ABŞ-ın son qərarı və Rusiyanın ballistik raketlə Ukraynanı vurması onu göstərir ki, münaqişə genişlənməyə doğru gedir və eskalasiyanın artan xətlə inkişafı gözləniləndir.

- Putin rus xalqına müraciətində bir sıra mesajlar verdi. Bu mesajların arxasında nələr dayanır?

- Rusiya lideri Qərbi, xüsusilə də Avropa ölkələrini açıq şəkildə təhdid etdi. Ballistik raketdən Rusiya ordusunun istifadə etməsi hərbi-diplomatik mesaj idi. Ardınca isə Putin açıq şəkildə bildirdi ki, Ukraynadan Rusiyaya atılan silahların istehsal olunduğu ölkələrin hərbi obyektləri hədəf olacaq. Kreml rəhbəri konkret Böyük Britaniyanı təhdid etdi və Londondan başqa İngiltərənin Mançester, Liverpul kimi şəhərlərinin adını çəkdi və bildirdi ki, bu şəhərlərdəki hərbi obyektlər vurula bilər. Bu, təhdid öz yerində, amma Rusiya Britaniyadakı hərbi obyektləri vurarsa, İngiltərə ordusu sakit dayanmayacaq ki... London da Rusiyaya adekvat cavab verəcək. Britaniya ordusunun Baş Qərargahının rəis müavini Rusiyaya sərt cavab verdi. Onun ifadəsi belə idi: “Biz bu gündən hazırıq”. Yəni Putinin xalqa müraciətində təhdidlər edə bilər, amma Moskva NATO ilə müharibədə həqiqətən maraqlıdırmı? Məncə, bu, o qədər də sadə deyil.

Hər kəsə, bütün dünyaya məlumdur ki, Rusiya təkcə Ukrayna ilə kifayətlənmək niyyətində deyil. Şərqi Avropa ölkələrinə, Baltikyanı ölkələrə Rusiyanın hücum etmək niyyəti var. Bu isə NATO-Rusiya qarşıdurmasının rəsmi elanı deməkdir. Məncə, Moskvadakılar bu qədər reallıq hissini itirə bilməzlər.

- Rusiya yenə də dünyanı nüvə silahı ilə təhdid edir. Putin doğrudan da nüvə silahına əl ata bilərmi?

- Ukraynadakı müharibə və Qərbin Kiyevə dəstəyi başlayan gündən Rusiya nüvə ilə dünyanı şantaj etməkdə, qorxutmaqdadır. Yəni Kremldən “nüvə silahına əl ata bilərik” mesajı ilk deyil. Hətta Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev nüvə silahlarından istifadənin real olduğunu dedi. Putin o vaxtkı müdafiə naziri Sergey Şoyquya nüvə başlıqlarını hazırlıq vəziyyətinə gətirməklə bağlı açıq mətnlə tapşırıq vermiş. Rusiya lideri elə bilirdi ki, Qərb bundan sonra geri çəkiləcək. Gah taktiki nüvə silahından istifadə ediləcəklərini bəyan etdilər, gah Ukraynanı yer üzündən silməklə hədələdilər. Amma bu təhdidlər qarşısında Qərb geri çəkilmədi, Ukraynaya dəstəyini dayandırmadı. Və göründüyü kimi, bu gün Rusiya dərinliklərinin vurulması üçün Kiyevə icazə verilir. Demək ki, nüvə silahına əl atmaq kimi təhdidlə Rusiya Qərbin geri çəkilməsinə müvəffəq ola bilmir. İnanmıram ki, Rusiya nüvə silahından istifadə edəcək. Sadəcə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə gününədək bu təhdidlər ediləcək. Rusiya ümidlidir ki, Tramp ABŞ Prezidenti postuna oturandan sonra vəziyyət səngiyəcək, Qərbin Kiyevə dəstəyi azalacaq. Bu vaxtadək üstünlüyünü qorumağa çalışacaq. Ondan sonra yəqin ki, danışıqlar prosesi başlayacaq. Tərəflər masaya əli güclü oturmaq haqqında düşünürlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41
Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32
Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29
“İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23
Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11
Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01
Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38
Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36
Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34
"Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru