“Türkiyə ilk dəfə İsrail sərhədlərinə dayanmaq imkanı qazandı” - GƏLİŞMƏ
Tarix: 17-12-2024, 10:32 | Çap et
Moskvada yaşayan azərbaycanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert, Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti Anar Həsənov AYNA-ya müsahibəsində Ukrayna və Suriyada yaşanan prosesləri dəyərləndirib. Beləliklə:
- Suriyada nə baş verir və ya nə baş verdi?
- Suriyada güclü ideoloji bazası olan, Peyğəmbər sünnəsinə, İslam qaydalarına söykənən mücahidlərin həmrəy olmayan bidətçi bir qrup üzərində qələbəsi baş verdi. Bildiyimiz kimi, İslam ədalətdir. Əgər Bəşər Əsəd İslama söykənsəydi, özü ədalətli olar, ölkəsində də ədalət hökm sürərdi. Amma belə deyildi. Bu mənada baş verənləri demokratiyanın tiraniya üzərində qələbəsi kimi qiymətləndirsək, yanlış olar. Çünki qalib gələn tərəfin də demokratiya ilə qətiyyən əlaqəsi yoxdur. Qələbənin kökündə, yuxarıda qeyd etdiyim kimi, güclü ideoloji baza – İslam inancı dayanırdı. Belə bir qələbənin baş verəcəyi də labüd idi. Çünki Əsəd ailəsi 60 ildən uzun müddətə hakimiyyətdə idi, insanlarda isə uzun sürən hakimiyyətlərdən yorulmaq hissi var. Eyni televerilişin, eyni teleserialın uzun-uzadı davam etməsi kimi – bu da insanları yorur, bezdirir. Hakimiyyətlər də gedib-gəldiklərində daha cəlbedici olurlar, nəinki uzun zaman yerlərindən tərpənmədikdə. Hətta, ən uğurlu hakimiyyətlər də dəyişməzsə, onları dəyişirlər. Bəşər Əsəd bu amili anlamadı, insanların ondan yorulduqlarını görmədi və başa düşmədi ki, onun hakimiyyətinin bu qədər uzun sürməsi üçün xalq qarşısında heç bir xidməti, üstün cəhəti olmayıb, yoxdur. Əsəd qalib lider deyildi, güclü iqtisadiyyat qurmamışdı, qonşuları ilə düşmən idi, qarşısında güclü dini-ideoloji bazaya malik müxalifət vardı. Nəticədə Əsəd rejimi devrildi.
- Bütün dünyanın diqqəti üzərində olan Ukrayna müharibəsi gedərkən, Yaxın Şərqdə yaşananlar kim(lər)in marağına uyğundur?
- Yaxın Şərqdə yaşanan bu hadisə ilk növbədə Suriya xalqının marağına uyğundur. Bundan sonra Türkiyənin və şiəliyi ideoloji səviyyəyə qaldırmayan müsəlman ölkələrinin marağına uyğundur. Mən deməzdim ki, baş verənlər İsrailin marağına uyğundur. Əvvəla ona görə ki, Türkiyə ilk dəfə İsrailin sərhədlərinə dayanmaq imkanı qazandı. Tarixi analogiyaya diqqət edin: müsəlman aləmində hər zaman Qüdsün fəthi Şamın fəthindən sonra baş verib – istər Xəlifə Ömərin dövründə, istər Səlahəddin Əyyubinin dövründə, istərsə də Osmanlı dövründə. Mən Qüdsün fəth olunmalı olduğunu demirəm, bunun təbliğatçısı deyiləm, amma arzu edərdim ki, Qüds müsəlmanların nəzarətində və idarəsi altında olsun. Və indiki məqamda bu məsələ ilk növbədə Türkiyənin marağındadır. Düşünürəm ki, Türkiyə ilə Suriya arasında Şuşa Bəyannaməsi formasında bir saziş imzalanacaq və bu, zəifləmiş Suriyanı gücləndirəcək. Suriya deyiləndə ilk ağla Türkiyə gələcək. Bu hadisə, İslam ideologiyasının təməllərinə söykənən Türkiyə dövləti üçün böyük bir qələbədir.
- 2011-dən bəri Əsədi qoruyan Moskva, artıq qoruya bilmədi, yoxsa qorumağa ehtiyac duymadı?
- Əvvəla, Hmeymim bazası sıfırdan qurulmuşdu. İkincisi, Rusiya iki cəbhədə vuruşurdu və bu, ciddi faktordur. Düşünürəm ki, Ukrayna böhranı olmasaydı, Rusiya Suriyanı heç vaxt heç kimə güzəştə getməzdi. Bu mənada hesab edirəm ki, Rusiya Suriyanı qoruya bilmədi, iki cəbhədə vuruşmağın problemini yaşadı. Təbii ki, bu, təbliğati baxımdan da arzuolunan deyil. Çünki inam vardı ki, dünya artıq təkqütblü deyil və Rusiya öz sərhədlərindən çox-çox uzaqlarda da mövcuddur.
- Ola bilərmi ki, Moskva Yaxın Şərqdəki yeganə dayağından hansısa anlaşma nəticəsində əl çəksin?
- Mən kanspirologiyaya inanmıram. Rusiya Suriyada qalmaq üçün böyük maliyyə vəsaiti xərcləmişdi. Dəməşqə dəstək Rusiyanın milli maraqlarından doğurdu və indi də həmin milli maraq öz aktuallığını itirməyib. Deməli, hansısa anlaşma da ola bilməz. Qərb-Rusiya münaqişəsi bitmədiyi üçün Moskva milli maraqları hansısa sövdələşməyə qurban vermə. Dediyim kimi, Suriyadan çəkilməyin səbəbi iki cəbhədə vuruşmağın çətinliyi ilə əlaqəlidir.
- Təxminən 1 il öncə belə suallar vardı: sırada kim var - Litva, Latviya, Estoniya... və s. İndi Yaxın Şərq savaşı sualları dəyişdirdi: sırada kim var?
- Biz hələlik bilmirik ki, Putin-Tramp anlaşması mümkün olacaqmı, necə başa çatacaq və Tramp Putinə nə təklif edəcək. Bu mənada ehtimallar üzərindən fikir bildirmək olar. Məsələn, indiyədək demokratiya seli gəlib avtoritar rejimləri yuyub aparıb. Hazırda hədəf olaraq İran göstərilir. Avropa istiqamətinə gəlincə, sizin adlarını çəkdiyiniz Baltikyanı ölkələr də İran qədər təhlükə qarşısındadır. Çünki iki böyük dövlət proksi müharibə aparır. Rusiya da Ukrayna savaşını Baltikyanı istiqamətinə yönəldə bilər, çünki sərhədidir. Qeyd etdiyim kimi, bunlar ehtimallardır. Daha dəqiq mənzərə Tramp-Putin danışıqları, Vaşinqtonun Moskvaya təklifləri və Kremlin bu təkliflərə reaksiyasından sonra ortaya çıxacaq.
- Və?
- Hesab edirəm ki, müharibələr ara verəcək, sakit və gərgin fazalar bir-birini əvəzləyəcək. Bir növ burulğandan öncəki sakitlik kimi. Amma yenə də deyirəm, biz bilmirik, Tramp Putinə nə təklif edəcək. Əgər amerikanlar 1997-ci il NATO sərhədlərinə dönməyə razılıq versələr, xüsusi hərbi əməliyyat bitəcək, əks halda yox!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
|