İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Tarix: 19-12-2024, 14:02 | Çap et
Dekabrın 8-də Suriyada silahlı müxalif qruplar hökumət mövqelərinə sürətli hücum təşkil edərək Dəməşqə nəzarəti ələ keçiriblər. Bundan sonra Prezident Bəşər Əsəd rejimi devrilib və, ölkə başçısı Rusiyaya qaçıb. Hazırda Suriyada müvəqqəti hökumət idarəçiliyi mövcuddur və xarici güclərin, xüsusən də Türkiyənin aktiv iştirakı ilə Suriyada normal dövlətin qurulması prosesi başlayıb. Hazırkı qarışıqlıqdan istifadə edən İsrail isə Suriyada əməliyyatlara başlayıb və maraqlarını təmin etmək istiqamətində hərbi aktivliyini artırıb.
Belə ki, İsrail Hərbi Hava Qüvvələri Əsəd rejimi devrildikdən sonra Suriyada 250-dən çox hərbi obyektə hücum edib. İsrail ordusunun “Qalei İDF” radiosunun yaydığı məlumatda qeyd olunur ki, “bu, İsrail Hərbi Hava Qüvvələri tarixindəki ən böyük hücum əməliyyatlarından biridir”. Ölkənin müdafiə strukturlarındakı mənbə radiostansiyaya bildirib ki, zərbələrin hədəfi Suriya Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı, onlarla zenit-raket kompleksi, silah istehsalı və anbar obyektləri, həmçinin yer-yer tipli raket anbarları olub.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, Suriyada üç böyük aviabaza hücuma məruz qalıb: ölkənin şimalında Qamışlıda, Homsdakı bazalar və Dəməşqin Mezze hava limanı. Zərbələr nəticəsində onlarla döyüş təyyarəsi və helikopter məhv edilib. İsrail qüvvələri Dəməşqin şimalındakı Bərzə bölgəsinə də hücum edib. Oraya 15 raket atılıb. Nəticədə elmi-tədqiqat institutlarının bir neçə binası dağıdılıb. Bundan əlavə, “Al Mayadeen”in məlumatına görə, Cemraya (Dəməşqin şimalında yerləşir) və Masyafda (Həma əyalətinin qərbində) elmi mərkəzlər bombardmana məruz qalıb. Zərbələrdən biri Suriya paytaxtının cənub-şərqindəki Aqraba bölgəsində Elektron Müharibəyə Nəzarət Mərkəzinə endirilib.
Bundan əvvəl İsrail Suriya ordusunun Aralıq dənizi sahilində yerləşən Latakiyadakı mövqelərinə, həmçinin Dəra vilayətinin İzra şəhəri yaxınlığındakı silah anbarına hücum edib.
Xatırladaq ki, İsrail quru qüvvələri demilitarizasiya zonasını keçərək 1973-cü ildə Yom Kippur müharibəsindən və 1974-cü il atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Suriya ərazisinə daxil olub. İsrail hərbçiləri əraziyə nəzarət etmək üçün Hermon dağında, eləcə də bir sıra başqa yerlərdə strateji mövqelər tutublar. Bu, Əsəd rejimini devirmiş silahlı müxalifətin Qolan təpələri yaxınlığındakı hərbi obyektlərə nəzarəti ələ keçirməsinin və daha sonra onlardan İsrailə qarşı istifadəsinin qarşısını almaq üçün edilib.
“Axios” yazır ki, İsrail bufer zonada nəzarət yaratmaq planları barədə Birləşmiş Ştatları xəbərdar edib və bunun sərhəddə təhlükəsizlik vəziyyəti sabitləşənə qədər bir neçə gündən bir neçə həftəyə qədər davam edəcək müvəqqəti tədbir olduğuna əmin edib. Qəzetin iki mənbəsinin bildirdiyinə görə, Təl-Əviv son günlər Suriya hökumət əleyhinə qüvvələrinə İsrail ordusunun sərhədə yaxınlaşacağı təqdirdə hərəkətə keçəcəyi ilə bağlı xəbərdarlıq göndərib.
Yerli və beynəlxalq ekspertlərin qənaətincə, İsrailin bu əməliyyatları “müvəqqəti” adlandırılsa da, heç də müvəqqəti olmaya bilər. İsrailin “təhlükəziliyin təmini” adlandırdığı əməliyyatların davamlı ola biləcəyini istisna etməyən analitiklər vurğulayırlar ki, İsrailin niyyəti Suriyadan ərazi qoparmaq ola bilər. Bu isə bölgənin əsas gücü olan Türkiyənin maraqlarına uyğun deyil və vəziyyət belə davam edərsə, Türkiyə ilə İsrailin Suriyada üz-üzə gəlməsi ehtimalı artır.
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, İsrail əvvəllər də, Əsəd rejiminin dövründə də əməliyyatlar həyata keçirib:
- İsrail çalışırdı ki, Suriyadakı “Hizbullah” cəbhəxanalarını məhv etsin. İsrail özü üçün əsas təhlükə gördüyü “Hizbullah”ı Suriyada maksimum neytrallaşdırmaq məqsədi güdürdü. Eyni zamanda, İsrail “Hizbullah”ın Suriya ərazisindən Livana daşınma xətlərini kəsmək məqsədi ilə əməliyyatlar keçirirdi. Məlumdur ki, “Hizbullah” demək olar ki, məhv edilib. Qruplaşma Suriyadan da çıxıb gedib. Əsədin devrilməsindən sonra İsrail yeni əməliyyatlar həyata keçirməyi fürsət bildi. Təl-Əviv Suriyada hakimiyyətə gələcək qüvvələrə etibar etmir. Çünki Əsədi devirən əsas qrup olan “Heyət Təhrir əş-Şam” (HTŞ) qrupu radikal islamçı ekstremist təşkilat kimi tanıyırlar, onu “əl-Qaida” terror təşkilatı ilə bağlayanlar da var. Görünən odur ki, İsrail bu qruplaşmanın əlinə Suriya ordusundan qalma cəbhəxananın, silah-sursatın keçməsinə imkan verməmək istəyir. Eyni zamanda, Suriyada kimyəvi silahların olması ilə bağlı faktlar vardı ki, İsrail bu silahların yeni qurulacaq hökumətin əlinə keçməsi qorxur. Ona görə də, əməliyyatlarla bu təhlükələri aradan qaldırdığını düşünür.
- Sizcə, belə bir təhlükə varmı və İsrail bunu aradan qaldıra bilirmi?
- Hər halda İsrail düşünür ki, təhlükə var. Amma məncə, İsrailin belə davranışı düzgün deyil. Bu gün Suriyadakı qarmaqarışıqlıqdan, dövlətin olmamasından istifadə edilir. İndi İsrail belə addımlar atır, amma əvvəl-axır Suriyada normal dövlət qurulacaq. Bu zaman düşmənçilik daha da böyüyəcək. İsrailin məqsədi düşmənliyi daha da dərinləşdirmək yox, sülhü, əmin-amanlığı bərpa etmək olmalıdır. Nəzərə almaq lazımdır ki, İsrailin İordaniya və Misirdən fərqli olaraq, Suriya ilə sülh sazişi yoxdur. İndi bu cür davranmaq düşmənçiliyi daha da dərinləşdirə bilər ki, bu, gələcəkdə İsrailin özü üçün daha təhlükəli vəziyyətə gətirib çıxaracaq. Əksinə, Təl-Əviv Suriyada dövlətin normal vəziyyətə qayıtmasında, ərazi bütövlüyünün təminində maraqlı olmalıdır və buna töhfə verməlidir. Hər bir dövlət istəyər ki, sərhədindəki dövlətdə sabitlik olsun.
- İsrailin bu addımlarına Türkiyə qarşıdır. Ankara istəyir ki, Suriya yenidən qurulsun, sabitlik olsun. İsrailin isə Suriyanı bombalamaqla vəziyyəti daha da gərginləşdirməsi Türkiyəni İsraillə Suriyada üz-üzə qoyur...
- Söhbət Türkiyə ilə İsrailin Suriyada hərbi cəhətdən üz-üzə gəlməsindən getmir, maraq toqquşmasından gedir. İki ölkənin maraqları Suriyada toqquşur. Türkiyə çalışır ki, Suriyada dövlət bərpa olunsun. Biz deyirik ki, Türkiyə Suriyanın parçalanmasını istəmir. Suriya onsuz da parça-parçadır. Əsəd rejimi dövründə vahid Suriya əslində yox idi. Əsəd rejimi devriləndən sonra isə ümumiyyətlə, boşluq yaranıb ki, oradakı silahlı qruplar təhlükə mənbəyidir. Suriyanın indiki vəziyyətdə qalması, xaosun davam etməsi təkcə Türkiyə yox, İsrail üçün də, bütün qonşu dövlətlər üçün də təhlükə mənbəyidir. İsrail Suriyada Türkiyənin dövləti bərpa etmək istəklərinə qarşı çıxırsa, gələcəkdə öz başı ağrıyacaq. Suriyadakı xaotik vəziyyət İsrail üçün müsbət nəsə vəd etmir. Düşünmürəm ki, İsrail Suriya ərazisini bombalamaqla təhlükəsizliyini təmin edir. İsrail təhlükəsizlik axtarırsa, Türkiyə ilə dialoq aparmalıdır, Ankara ilə birgə Suriyada dövlətçiliyin bərpasına yardım etməlidir.
Yenə deyirəm, Türkiyənin məqsədi Suriyadakı terror qruplarını zərərsizləşdirmək, qonşuluğunda olan dövlətdə sabitliyin bərqərar olmasıdır. Bu istiqamətdə Türkiyə lazımi addımlarını atacaq və nəticə əldə edəcəyinə şübhə yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
|