İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? .....                     Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər .....                     Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib .....                     Putin yenə “Oreşnik”dən danışdı: .....                     Türk millətinin bir adı, bir dili var, o da bəllidir .....                     İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib .....                     Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib .....                     Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb .....                     Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? .....                     İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: .....                     “Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” .....                     Zelenski ABŞ-nin yaratdığı "canavardır" .....                     Azərbaycan mediasına kiberhücum .....                     “İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” .....                     Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır .....                     Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə .....                     “Rus dilini bilən kadrlara ehtiyac azala bilər” .....                     "Abbas öz sənətindədir, mən öz sənətimdə..." .....                     Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib .....                     Tramp məcburetmə əməliyyatına başlayıb: .....                     İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? .....                     "Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." .....                     Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub .....                     Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... .....                     Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... .....                     Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun .....                     Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” .....                     Şahin Bağırov onu rəis təyin etdi .....                     Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar .....                     SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? .....                     “Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək” .....                     “Melissa Park”a xəbərdarlıq edildi .....                     Qaib yazılmır, axşam dərsləri ləğv edilib .....                     Nikol bu şəhər uğrunda savaşa başladı: .....                     “Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib .....                     "Mənim dediklərimi kim necə anlayır, özü bilər" .....                     Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı .....                     DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, .....                     "Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." .....                     "Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi .....                 

ÇƏTİRALTI SÖZ... - NƏ BAŞ VERİR?
Tarix: Dünən, 10:42 | Çap et
ÇƏTİRALTI SÖZ...
Fevralın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. Görüşün əsas mövzusu iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi və Ukraynanın ərazi bütövlüyü məsələsi olub. Zelenski görüşdə dəfələrlə Türkiyənin Ukraynaya verdiyi dəstəyin vacibliyini vurğulayıb və bu dəstəyin həm regionda, həm də beynəlxalq aləmdə sabitlik və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını qeyd edib.

“Türkiyə Ukrayna böhranının sülh yolu ilə həllinə dair Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə mümkün danışıqlar üçün ideal məkandır”. Bu sözləri isə Türkiyə lideri səsləndirib.

"Türkiyə qarşıdakı dövrdə Rusiya, Ukrayna və ABŞ arasında mümkün danışıqlar üçün ideal yerdir", - Ərdoğan xüsusilə qeyd edib.

Dövlət başçısı bildirib ki, Zelenski ilə görüşdə o, Türkiyənin danışıqlar prosesini davamlı sülhlə başa çatdırmaq üçün hərtərəfli yardım göstərməyə hazır olduğunu vurğulayıb. Ərdoğan Rusiya ilə Ukrayna arasında “çox sayda günahsız insanın ölümünə və böyük dağıntılara səbəb olan” müharibənin dərhal dayandırılmasının zəruriliyini bəyan edib: “Sülhün əldə edilməsində uduzan yoxdur, indi bütün dünya birliyi Rusiya ilə Ukrayna arasındakı müharibədə sülhün əldə olunmasını gözləyir”.

Eyni zamanda Ərdoğan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin Türkiyə üçün əvəzsiz şərtlər olduğunu vurğulayıb.

Yerli və beynəlxalq analitiklər hesab edirlər ki, Zelenskinin Türkiyə səfəri ABŞ və Rusiya arasında gedən danışıqlara olan narahatlıqdan irəli gəlir. Bildirilir ki, ABŞ və Rusiya arasında aparılan danışıqların Ukraynasız baş tutması Zelenskinin narahatlığını artıran əsas faktor olub. Ekspertlərin qənaətincə, Ukrayna bu sövdələşmələrdən kənarda qaldıqca ölkə üzərindəki təzyiqlər daha da artacaq. Zelenski Ərdoğanın ABŞ Prezidenti Donald Trampla olan münasibətini göz önündə tutaraq, Türkiyə ilə əlaqələri gücləndirmək istəyir.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl deyib ki, məsələni 2022-ci ildən sonraya yox, müharibənin əslində başladığı 2014-cü ildən sonraya baxaraq şərh etmək lazımdır:

- Həmin dövrdə əslində Qərb dövlətləri Krım və Donetsk bölgəsinin Rusiya işğalında olmasına o qədər də ciddi yanaşmırdılar. Hesab edirəm ki, Rusiyanın ən böyük səhvi 2022-ci ildə hücuma keçməsi və Kiyevi də ələ keçirmək istəyi oldu. Bu, əslində Moskva üçün oyun idi və bu oyuna gəldi. Son üç ildə gedən müharibə Ukraynanın və Rusiyanın hərbi gücünün nə qədər olduğu, xüsusilə də rusların, müharibəyə nə qədər hazır olduğu suallarına aydınlıq gətirdi. Eyni zamanda, Qərbin də yanaşmasının nə olduğu açıq şəkildə bilindi. 2014-cü ildən 2022-ci ilədək Ukrayna istər ABŞ-ın, istərsə də Avropanın dəstəyi ilə müharibəyə hazırlaşdırıldı. Təbii ki, Ukrayna Rusiya qədər hərbi gücə sahib deyil. Lakin unutmaq olmaz ki, Rusiyanın 11 ildə Ukraynanın 20 faiz ərazisini işğal etməsi o qədər də Moskva üçün uğurlu deyil. Söhbət Ukrayna və Rusiyanın hərbi gücünü müqayisə etdikdə gəlinən nəticədən gedir. Rusiyanın hazırkı vəziyyəti də göz qabağındadır. Şimali Koreya ilə hərbi müttəfiqlik yaratdı, koreyalıları orduya cəlb etdi. Eyni zamanda, İranla hərbi müttəfiqliyə can atır, Tehrandan dronlar alır və s. Bəli, Rusiya üçün qazanc az olsa da, bu, Ukrayna üçün böyük itkidir. Həmçinin müharibə Ukrayna ərazisində getdiyi üçün çox böyük itkiləri var. Lakin demək istədiyim odur ki, Rusiya da çöküş astanasındadır. Bu gün Rusiyaya atəşkəs vacibdir. Bunun üçün müəyyən güzəştlərə də getməyə hazırdır. Belə vəziyyətdə ABŞ isə, daha doğrusu, Donald Tramp adminstrasiyası iqtisadi oyun oynayır. Vaşinqton indi Ukraynasız danışıqlara getməklə Rusiyadan nə qopara biləcəyini dəyərləndirir. Tramp məsələni alver predmetinə çevirir. Qarşıdakı müddətdə isə daşlar yerinə oturacaq. Məsələ heç də sadə deyil. Zelenskinin Türkiyəyə səfəri və verilən bəyanatlar isə əslində ABŞ və Rusiyaya bir mesajdır.

- Türkiyə mesajı budur ki, alverə imkan verməyəcək?

- Məsələ ABŞ-Rusiya alverinə imkan verməməkdə deyil. Avropanın göbəyində olan bir münaqişə ilə bağlı Türkiyə olmadan, ümumilikdə Avropa olmadan müzakirə aparmaq, hansısa razılaşmalar əldə etmək mümkün deyil. Nəzərə almaq lazımdır ki, Türkiyə də bir Avropa ölkəsidir. Eyni zamanda, Ukrayna Türkiyənin dəniz qonşusudur, eyni region ölkələridirlər.Eyni zamanda, söhbət Ukraynadakı münaqişədən gedirsə, Ukraynasız bu münaqişəni həll etmək mümkün deyil. Bilirsiniz, Qara dəniz bölgəsindəki problemi Türkiyəsiz həll etmək mümkündürmü? Əlbəttə, mümkün deyil. Türkiyənin də, Ukraynanın da mesajı məhz budur. Zelenski bunu yaxşı başa düşür və ABŞ-Rusiya danışıqları gedən vaxt gəldiyi yer Ankara oldu.

- Zelenski Ankaradan bu dəstəyi aldımı?

- Türkiyənin, liderinin mövqeyi konkretdir: Ukraynanın ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi saxlanılmalıdır. Yəni Ankaranın münaqişənin ilk başından tutduğu mövqe dəyişməyib. Ərdoğanın Zelenski ilə görüşündə Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin Ankara tərəfindən dəstəkləndiyini bəyan etməsi hesab edirəm ki, ABŞ-dan çox Rusiyaya verilən mesaj idi. Çünki Amerikanın bu məsələlər çox da marağında deyil. Vaşinqton üçün önəmli olan Donetsk bölgəsi də daxil olmaqla, sərbəst ticarət ərazisinin yaradılması, Ukraynanın da təbii sərvətlərini öz istəklərinə uyğun istifadə etməkdir.

- Bundan sonrakı prosesləri necə proqnozlaşdırmaq olar?

- Hesab edirəm ki, ABŞ-Rusiya, Avropa-Rusiya münasibətlərində yeni dönəmin başlanğıcıdır. Bu, müharibənin bitməsi anlamına gəlmir. Bəlkə də ilkin olaraq, keçici atəşkəs əldə olunsun. Yəni tərəflər bəlli bir nöqtədə qalırlar və atəşkəs əldə edilir. Bir növ, münaqişə dondurulur. Atəşkəs isə müharibənin bitməsi demək deyil. Baxın, 2014-cü ildə də atəşkəs oldu, münaqişə donduruldu, lakin 2022-ci ildə yenidən alovlandı. Ola bilər ki, yenə də atəşkəs olacaq və sülh sazişi üçün uzunmüddətli danışıqlar başlayacaq. Sülhü əldə etmək isə elə də sadə deyil.

- Rusiya-Ukrayna müharibəsində atəşkəs əldə edilməsi üçün ilk danışıqlar İstanbulda olmuşdu. Ərdoğan Zelenski ilə görüşündə bir daha bəyan etdi ki, Türkiyə ideal ev sahibidir. Ola bilərmi ki, yenidən Kiyev-Moskva görüşü və danışıqları Türkiyədə baş tutsun?

- Əslində Türkiyədə görüş, müzakirələr daha səmərəlidir. Məsələn, əvvəl Antaliyada forumda, daha sonra İstanbulda Kiyev-Moskva müzakirələri oldu. Hətta İstanbuldakı görüş daha uğurlu olmuşdu. “Taxıl sazişi”nə nail olunmuşdu. Düzdür, sonra Qərb dövlətlərinin təhriki ilə müəyyən razılaşmalar vardısa da, sonradan gündəmdən düşdü və müharibənin qaynar fazası davam etdi. Demək istəyirəm ki, doğrudan da Türkiyə danışıqlar üçün ideal yerdir. Bura həm Rusiyanın, həm də Ukraynanın qəbul edəcəyi meydandır. Amma Tramp yenə də iqtisadi zehniyyətlə müzakirə platforması kimi Səudiyyə Ərəbistanını seçib. Bunun səbəbi də oldur ki, ABŞ-la Səudiyyə arasındakı yaxşı münasibətlərdir. Eyni zamanda, Səudiyyənin neft ticarəti baxımından Rusiya ilə də münasibətləri normaldır. Lakin Zelenski Səudiyyədə danışıqlardan imtina etdi. Belə olan halda, Türkiyədə danışıqlar aparılması mümkündür. Yenə təkrar edirəm, Avropadakı münaqişəni Avropasız müzakirə etmək, nəticə əldə etmək mümkün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan Bakının tələbləri ilə razılaşdı: Paşinyan vaxt qazanır? - AKTUAL
Bu gün, 19:00
Konstitusiya dəyişikliyi Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdıra bilər - GÖZLƏNTİ
Bu gün, 18:58
Ukrayna təbii sərvətlərə dair saziş layihəsini ABŞ-yə göndərib - TASS
Bu gün, 18:07
Putin yenə “Oreşnik”dən danışdı: - Günəşin temperaturu...
Bu gün, 18:06
Türk millətinin bir adı, bir dili var, o da bəllidir - Akif Aşırlı
Bu gün, 18:03
İrəvan məhkəməsi Merdzavanda atışma işi üzrə beşinci fiqurantı həbs edib - TƏFƏRRÜAT
Bu gün, 18:00
Azərbaycan Ordusunda psixoloqlarla növbəti təlim keçirilib
Bu gün, 17:55
Xaçmazın icra başçısı 15 yaşı tamam olan şəhid övladı ilə görüşüb - FOTO
Bu gün, 17:52
Son bir ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 17:49
İrəvan Qərbə ümidini itirir, sülh masasına qayıdır: - Ermənistanın taleyi artıq Bakıda həll olunur
Bu gün, 17:47
“Sahibkar açdığı şadlıq sarayının adını əcnəbi dildə “palace” yazır” - ETİRAZ
Bu gün, 17:42
Zelenski ABŞ-nin yaratdığı "canavardır" - "Axios"
Bu gün, 17:35
Azərbaycan mediasına kiberhücum - “Global Media Group”u kimlər hədəfə alıb?
Bu gün, 17:26
“İcra hakimiyyətində adımızı “problemli qazilər” qoyublar” - NARAZILIQ VAR...
Bu gün, 17:21
Aİ Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşır - DETALLAR
Bu gün, 17:11
Avtoqəza ilə bağlı məhkəmədə işi olanların nəzərinə - Ali Məhkəmədən qərar
Bu gün, 17:09
“Rus dilini bilən kadrlara ehtiyac azala bilər” - deputat
Bu gün, 17:02
"Abbas öz sənətindədir, mən öz sənətimdə..."
Bu gün, 16:57
Revanşist Qukasyan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib - KİV
Bu gün, 16:50
Tramp məcburetmə əməliyyatına başlayıb: - Zelenski ABŞ-dan niyə uzaqlaşır?
Bu gün, 16:39
İtaliyadan Azərbaycanla bağlı qətnamə: Niyə bizsiz qəbul olundu? - DOSTLUĞUMUZ POZULUB?
Bu gün, 16:36
"Mənim körpə nəvələrim artıq 4 ildir ki, ac-yalavac yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 16:31
Qara dənizdə "Natiq Əliyev” tankeri yük gəmisi ilə toqquşub - AÇIQLAMA
Bu gün, 16:20
Zelenskinin hələ də “kükrəməsi” daha çox Avropanın digər ölkələri ilə bağlıdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:12
Bakı Moskvaya mesaj verir ki, biz dost, müttəfiq ola bilərik... - amma mən sənin kiçik qardaşın deyiləm
Bu gün, 16:09
Dövlətə xəyanətdə ittiham edilən Bəhruz Səmədovun məhkəməsi başlayıb
Bu gün, 16:00
Təranə Qumral: “Könülə mənlə danışmağa icazə vermirlər” - VİDEO
Bu gün, 15:57
Şahin Bağırov onu rəis təyin etdi - ƏMR
Bu gün, 15:56
Hərbi attaşelər Aviasiya Təmir Zavodunda olublar
Bu gün, 15:54
SOCAR-da bu nə BAZARDIR... BU NƏ YIĞIMDIR? - "Bu məsələlərlə bağlı şikayətlər olsa da..."
Bu gün, 15:52
“Nisə haqda danışmağıma peşman oldum, sağ ikən gəlsin, öləndə yasıma onsuz da gələcək”
Bu gün, 15:47
“Melissa Park”a xəbərdarlıq edildi – Sakinlərin hüquqları pozulub
Bu gün, 15:46
Qaib yazılmır, axşam dərsləri ləğv edilib - Qarlı havada universitetlərdə...
Bu gün, 15:19
Nikol bu şəhər uğrunda savaşa başladı: - xüsusi təyinatlılar yeridir
Bu gün, 15:15
“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib - FOTO
Bu gün, 15:09
"Mənim dediklərimi kim necə anlayır, özü bilər" - Ayaz Salayev
Bu gün, 15:04
Nazirlik “Grand Hotel”in sahibi ilə 1,2 milyonluq yeni müqavilə imzaladı – Ofis icarəyə götürüb
Bu gün, 15:02
DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir
Bu gün, 15:00
"Paşinyan mənim ideoloji və sinfi düşmənimdir..." - Mxitaryan
Bu gün, 14:58
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi - FOTO
Bu gün, 14:43
Ayaz Salayevin çıxışı sübut elədi ki, təhlükə realdır - RƏYLƏR
Bu gün, 14:02
İşçilərini bədbəxt hadisələrdən sığorta etməyənlər cərimələnəcək - Məcəllə dəyişir
Bu gün, 14:00
"Amerika silahı, maliyyə dəstəyi olmadan, Ukrayna Rusiyaya qarşı duruş gətirə bilməz" - deputat
Bu gün, 13:58
"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər" - AÇIQLAMA
Bu gün, 13:07
Rus ordusu Çasov Yardakı mikrorayonu ələ keçirdi
Bu gün, 13:05
Ermənistanın ABŞ-dəki səfiri Pentaqonda strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Bu gün, 13:03
Ukraynaya qarşı savaşan azərbaycanlının meyiti görün, HARDAN TAPILDI... - FOTO
Bu gün, 12:59
"Qorxmadınız, sözünüzü dediniz, məni yaşatdınız" - VİDEO
Bu gün, 12:55
Gəmilər lövbər dayanacaqlarına SIĞINDI: Neftçilər gözləməli olacaq... - FOTO
Bu gün, 12:46
“Baboş”a maşın alan Emin Hüseynovun dövlətə vergi borcu artır - DETALLAR
Bu gün, 12:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru