“MƏNƏ GÖRƏ GÜNAHSIZLAR HƏBS OLUNUB”
Tarix: 5-10-2011, 14:43 | Çap et
“KURTLAR VADİSİ” MAFİYASININ ÜZVÜNDƏN ŞOK ETİRAF
DİA.AZ: - Ucarda vəziyyət yenə də gərgin olaraq qalır. Bu elə “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daxil olan müraciətdən də aydın olur. Redaksiyamızla yanaşı eyni vaxtda prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova da ünvanlanan məktub maraqlı bir imza ilə redaksiyamıza təqdim edilib: “Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərovun icraatında saxta hökm çıxarılmış 73481 № li cinayət işi üzrə günahsız Hüseynov Fuad Oktay oğluna böhtan atan Ucar rayonu M.Ə.Rəsulzadə küçəsi ev 26 ünvanında yaşayan yalançı zərərçəkən Cəfərov Akif Cəmşid oğlu tərəfindən”...
Şikayət məktubunda deyilir: “Mən Cəfərov Akif Cəmşid oğlu yuxarıda qeyd olunan cinayət işinin təşkilində “Kurtlar vadisi” adlanan mütəşəkkil dəstənin mənə etdikləri təhdid nəticəsində onlarla əlbir olaraq Hüseynov Fuad Oqtay oğlunun həbs olunmasında ona şər atmağa məcbur qalmışdım. İndi çox peşimanam və hal hazırda da topladığım maddi sübutlarla Hüseynov Fuadın günahsız olduğunu hər kəsə yaymaqla kömək diləyirəm.
Məlumat olaraq bildirmək istəyirəm ki, 03 iyul 2010-cu il tarixdən Hüseynov Fuad Oqtay oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə başlanmış cinayət işi bütünlüklə Hüseynov Azad Ağahüseyn oğlunun və mənim atdığım böhtanın nəticəsidir ki, 12 aya yaxın müddət günahsız olaraq Hüseynov Fuadın həbs qətimkan tədbiri ilı həbdə qalmasına və daha sonra onun 6 il altı 6 ay müddətinə azadlıqdan məhrum edilməsinə səbəb olmuşdur.
Hüseynov Fuad Oktay oğlunun həbs olunmasını Ucar rayonunun sabiq polis rəisi Ənvər Quliyev sifariş etmişdir. Həmin sifariş üzrə bu planı Ələkbərov Şahlar Xəlil oğluna (Polad Ələmdara) tapşırmışdı ki, sonunda “ugurlu” alınaraq günahsız birinin həbsinə nail oldular. Aşkar şəkildə Ənvər Quliyev Fuadın həbsi üçün külli miqdarda pul xərcləməli olmuşdur. Həmin pullardan Ucar rayon polis şöbəsinin bəzi əməkdaşlarının, hakim Çingiz İsgəndərovun və dövlət ittihamçısı Rəsul Abbasovun da almağını Şahlar mənə dəfələrlə bildirmişdir.
Belə ki, 30 iyun 2010-cu il tarixdə Ucar rayon sakini Əliyev Elçin bazarda Mürsəlov Vidadi Suliddin və mənimlə görüşərək “içəridə” olan bir nəfər şəxsə kömək edilməsi təklifi ilə bizə ağ kağızlara imza etdirib və bildirib ki, sabiq müstəntiq Ramiz Mezmunovla danışmışam heç bir qorxusu yoxdur.
02 iyul 2010-cu il tarixdə, nahar vaxtlarında Elçın Əliyev mənim mobil nömrəmə zəng edərək “dur gəl Platinə gözləyirik” deyə mənə bildirdi. Mən taksiyə oturaraq dərhal həmin yerə yollandım.
Mən ora gedəndə yemək süfrəsi arxasında tanıdığım şəxslər Elçın, Vidadi, Azad və tanımadığım iki şəxslər Şahlar (Şakir) və Suliddin var idi. Həmin vaxt Elçın məni Şahlar (Şakir) Ələkbərovla tanış etdi. Elə həmin görüş əsnasında Hüseynov Fuadı şərləyərək həbsə atdırmaq kimi iyrənc bir planı hazırladıq. Ssenariyə görə bu işi HüseynovAzad və mən özümüzə xəsarət yetirməklə həyata keçirmək planını Şahlar bizə izah etdi.
Növbəti gün 03 iyul 2010-cu il saat 18-00 radələrində mən, Əliyev Elçın, Hüseynov Azad və Ramil adlı taksi sürücüsünün idarə etdiyi vaz 21-099 markalı 61 VS 998 dövlət nişanlı avtomobillə Ucar rayon Gəraybəyli kəndində yerləşən sürücülük məktəbinə yaxın əraziyə yollandıq. Biz maşından düşəndən sonra Elçin özü ilə götürdüyü cib bıçağını birinci olaraq Hüseynov Azada verdi. Həmin vaxt Azad bıçağı alaraq dərhal sol qolunu kəsdi və bıçağı mənə ötürdü. Sonra həmin bıçaqla mən də eyni hərəkətləri yerinə yetirdim. Sol qolumu kəsdikdən sonra bıçağı Elçinə verərək Salahov Ramilin idarə etdiyi taksiyə oturaraq Ucar Mərkəzi Rayon xəstəxanasına yollandıq.
Bizim qolumuz sarılarkən artıq həkimlər polsə məlumat vermişdilər. Həmin vaxt Elçin də polisə planın baş tutduğu barədə xəbərdarlıq edərək növbəti tapşırığı yerinə yetirmək üçün Ramillə getdi. O cinayət aləti olan bıçağı Ucar Rayon Telekomunikasiya Qovşağının qarşısındakı kanalizasiya quyusuna ataraq polisə Fuadın iki nəfər şəxsə xəsarət yetirməsi ilə bağlı məlumat verməklə işini bitirmiş olmuşdur.
Hüseynov Fuadın günahsız həbsindən bu günə qədər özümə heç cür bağışlaya bilmədiyim böhtan səbəbindən vicdan əzabı ilə yaşayıram. Artıq ölümümü də, gözə alaraq Fuada və digər onlarla şəxslərə qarşı kurtlar vadisi adlanan mütəşəkkil dəstənin hazırladığı cinayətlərin ifşa olunması üçün hüquq mühafızə orqanlarına ifadə və faktlar təqdim etməklə yaxından köməklik göstərmək istəyirəm.
Şahlar Ələkbərovun , keçmiş Ucar rayon polis şöbəsinin sabiq rəisi Ənvər Quliyevin və polis şöbəsinin sifarişi ilə bu məkrli planı yerinə yetirdikdən bu günə qədər mən heç bir rahatlıq tapmıram. Hətta məni və ailəmi ölümlə , həbslə hədələməklə bizi qaçqın vəziyyətə salıblar.
Bir daha nəzərinizə çatdırıram ki, Hüseynov Fuad Oktay oğlunun heç bir təqsiri yoxdur o cinayət işləməyib, mənə də bıçaq zərbəsi ilə xəsarət yetirməyib. Həmin xəsarəti mən Ələkbərov Şahların tapşırığı ilə öz qoluma vuraraq törətmişəm.
17. sentyabr 2011-ci il saat 20-15-də mən Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən H. Əiyev adına parkda istirahət edərkən Ucar Rayon Polis Şöbəsinin əməkdaşları Zahid, Elnur və Əliyev Nizami mənə yaxınlaşdılar və məni təsadüfən gördüklərini bildirdilər.
Daha sonra onlar “səni təsadüfən gördük” deyə mənə məhkəmə çağırışını da vermək istədiklərini bildirdilər. Sonra onlar mənə polis şöbəsinə getməyimi təklif etdilər. Onlarla razılaşıb həmin gun təxminən axşam saat 23-00 radələrində Ucar Rayon Polis şöbəsinə gəldim.
Oraya çatdıqda ilk olaraq Zahidin, daha sonra Əhmədov Nazimin kabinetində oldum. Həmin vaxt mənə öz video çəkilişlərimi və audiosəslərimi dinlətdilər və soruşdular ki, “bunları sən özün danışmısan, ya yox” cavab verdim ki, “bəli hamısını könüllü olaraq özüm etmişəm”. Məhkəmə ilə bağlı fikirlərimi öyrəndilər və mənə ora gedib-getməyəcəyimi soruşdular. cavabım belə oldu; “Çingiz müəllimə söz vermişəm, ayın 19-u orada olacağam” və onlar mənə “şəxsi işindir” deyə cavab verərək sonra da çağırış vərəqəsinə imza atdırıb yola saldılar.
Baş müstəntiq Nazim Əhmədov isə mənə təklif etdi ki, məhkəməyə bir teleqram vuraq ki, video çəkilişlər səndən zorla alınıb və mən etiraz edib yenə bildirdim ki, “mənə heç bir təzyiq olunmayıb və mən eyni sözləri məhkəmə iclasında da deyəcəyəm”.
Mənim və 10-a yaxın şahidin etirafına baxmayaraq Ucar rayon məhkəməsində 26 sentyabr 2011-ci il tarixdə Hüseynov Fuad Oktay oğlu A R Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinirək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.
Nəzəriniz çatdırıram ki, o heç bir cinayət işləməyib və bütünlüklə bu cinayətdən xəbərsiz olub. Fuad "Kurtlar Vadisi" adlanan mafiyanın qurbanıdır.
Bütün hadisələrə obyektiv baxaraq günahsızılığı tam sübut olunmuş Hüseynov Fuad Oktay oğlu barəsində gec də olsa bəraət hökmü çıxarmağını hakimdən xahiş etsəm də buna məhəl qoyulmadı. Sanki bu cinayəti mən etməmişəm kimi...
Məhkəmə iclasında mən (zərərçəkən) və şahidlər bu cinayətin qondarma olduğunu etiraf etsək də, həmin cinayətkar dəstənin üzvü olan hakim Çingiz İsgəndərov qərəzli olaraq alçaqcasına ədalətsiz hökm çıxardı.
Çünki Fuad Hüseynova böhtan atmaq üçün hakim vaxtında məni, digər zərərçəkəni və şahidləri muzdla tutmuşdur. Həmin etiraflardan sonra biabır olmuş hakim mövqeyini dəyişmədən günahsız insanı həbsə atdı.
Cənab prezident ! Cənab baş prokuror! Bu günə qədər Sizdən başqa hər kəsdən kömək diləmişəm. Son ümidim Sizsiniz!”
Redaksiyadan: “Bu müraciət-məktubu nöqtəsinə-vergülünə oxunmadan diqqətinizə çatdırmaqda məqsədimiz üzün müddətdir qaldırılan və neçə-neçə günahsız insanl qurban edən bir problemin hələ də həll olunmaması ilə bağlıdır. Təbii ki, biz burada “qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq” qeydini yaza bilərdik. Amma nə fayda. Qarşı tərəf susur. Çünki açıqlanan faktlara nəinki reaksiya vermirlər, əksinə, müxtəlif ünvanlardan təzyiqlər edərək, ÖZLƏRİNİ NÜMAYİŞ ETDİRMƏYƏ çalışırlar ki, bu da faydasızdır. Hər halda mətbuatla zor dilində danışılan yerdə, ədalətli mövqe ola bilməz...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
|