Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                     “Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” .....                     Ermənistanda keçmiş komitə sədri saxlanılıb .....                     Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... .....                     Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? .....                     “Ölənin arxasınca danışmayın, .....                     Azərbaycan-Ermənistan sərhədində nə baş verir? .....                     Şəhidin haqqında sərəncam niyə icra olunmur? .....                     Tramp Putinlə dərhal görüşmək istəyini bildirib .....                     “Əmək Müfəttişliyində yarıtmaz xidmət...” .....                     Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? .....                     Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında .....                     Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü... .....                     Tramp Paşinyana "qapıları" qapadır: .....                     Qrenobl meri Makronu referendum keçirməyə çağırıb .....                     Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? .....                     “Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb .....                 

İKİ KEÇMİŞ NAZİR ARASINDAKI UÇURUM
Tarix: 14-03-2012, 16:14 | Çap et
İKİ KEÇMİŞ NAZİR ARASINDAKI UÇURUM

VAQİF NOVRUZOVUN İSGƏNDƏR HƏMİDOVU TƏHLİL ETMƏYƏ HAQQI YOXDUR

DİA.AZ: - Keçmiş daxili işlər naziri Vaqif Novruzov mətbuata açıqlamalar verib və artıq bu açıqlamalar ilkin reaksiyalara nədən olub. Hər halda, uzun müddət susan bu keçmiş məmurun nələri danışa biləcəyi hər kəs üçün maraqlı olduğundan bizlər də Vaqif Novruzovun fikirlərini diqqətlə oxuduq. Və yalanlardan başqa heç nəyə şahidlik etmədik.

Vaqif Novruzov kimdir?

Keçmiş Xanlar rayonunun Topal Həsənli kəndində anadan olub və uzun müddət «OBXSS»-də (Sosialist Əmlakını Dağıdanlara qarşı Mübarizə İdarəsi) işləyib. İndiki Xəzər rayonunda milis rəisi işləyib. Sonradan Moskva Azərbaycanda daxili işlər nazirliyi sistemində 6-cı idarə yaratdı ki, (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi) həmin idarəyə Vaqif Novruzov təyin edildi. Daha sonra Nərimanov rayon milisinin rəisi oldu və oradan da deputat seçilib. Qeyd edək ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra həmin idarə ləğv olundu və idarə ləğv olunduqdan sonra Vaqif Novruzov işsiz qalıb.
Nərimanov rayon AXC təşkilatının sədri və o zamankı Nərimanov rayon icra hakimiyyətinin başçısı Şamil Quliyev mərhum prezident Əbülfəz Elçibəydən xahiş edərək, yenidən Vaqif Novruzovun polis sisteminə qaytarılmasına yardımçı olmasını istəyib. Həmin ərəfədə Əbülfəz Elçibəy daxili işlər naziri İsgəndər Həmidovdan Vaqif Novruzova iş verilməsi ilə bağlı göstəriş verib.
Maraqlıdır ki, həmin ərəfədə Vaqif Novruzovun xahişini təkcə prezident Əbülfəz Elçibəy yox, həm də həmin ərəfədə İnterpola rəhbərlik edən və sonradan baş prokuror postunu tutan Eldar Həsənov da edib.
1992-ci ildə İsgəndər Həmidovun əmri ilə Vaqif Novruzov yenidən «OBXSS»in rəisi təyin edilir. Əldə etdiyimiz məlumatlardan aydın olur ki, sovet dönəmində əli rüşvətə yetərincə vərdiş etmiş Vaqif Novruzov İsgəndər Həmidovun heç bir qarşılıq güdmədən onunla bağlı əmr verməsinin «bədəlini» ödəmək fikrinə düşüb və nazirdən «mən nə edim» deyə soruşub. Bu zaman isə İsgəndər Həmidov ona «əgər nəsə etmək istəyirsənsə, get, «OBXSS»in adını təmizə çıxar və sübut elə ki, burada rüşvət alınmır» deyə cavab verib. Və sonradan aydın olacaqdı ki, Vaqif Novruzov özünü sübut edə bilmir…

Onun xahişini kimlər edib?

Milli iqtidar devriləndən sonra isə Vaqif Novruzov Heydər Əiyevin fərmanı ilə Daxili İşlər Naziri təyin edilir. Maraqlıdır ki, mərhum prezidentdən onun xahişini həmin ərəfədə Lalə Şövkət Hacıyeva ilə mərhum Bakı meri Rafael Allahverdiyev ediblərmiş.
Onu da xatırladaq ki, məhz AXC iqtidarı dövründə təkrarən polis sisteminə qaytarılmasına baxmayaraq, Vaqif Novruzov DİN şefi təyin edildikdən sonra ilk çıxışında elə hədəfinə cəbhəçiləri çevirərək, onları yaramazdıqda və ermənilərə bənzərlikdə ittiham etmişdi. Həmin çıxışına isə elə reaksiya da bu gün Vaqif Novruzov tərəfindən «mən polkovnik olanda İsgəndər Həmidov kapitan idi» kinayəsinin hədəfinə çevrilmiş keçmiş DİN rəhbəri tərəfindən gəlir. İsgəndər Həmidov cavabında «Vaqif Novruzov ermənilərin psixologiyasını daha yaxşı bilir, çünki qohum-əqrəbası ermənidir» deyir. Qeyd edək ki, İsgəndər Həmidov həmin ərəfədə təsadüfi danışmırdı. Əldə etdiyimiz məlumatlar da təsdiqləyir ki, Vaqif Novruzovun bacısı Karlen adlı erməni ilə ailə həyatı qurmuşdu. Həmin Karlen adını və soyadını dəyişərək bir azərbaycanlı kimi günü bu gün də ökəmizdə yaşamaqdadır və onun zamanında Şərab Zavodunda çalışdığı da söylənilir.

İsgəndər Həmidovun evini axtarmaq istəyib?

Bildirək ki, Vaqif Novruzov nazir olarkən «mənim ən böyük arzum İsgəndər Həmidovun evində axtarış aparmaqdır» deyə açıqlama da verib. Arzusu ürəyində qaldı. Çünki artıq həmin vaxtı Heydər Əliyev onun əsl kimliyini bilmişdi və o, nazir postundan alınmışdı. Özü də biabırçı şəkildə…
Bildirək ki, Heydər Əiyev Vaqif Novruzovu görəvindən alarkən ona «mənə demişdilər ki, sən primitiv adamsan, amma bu dərəcədə də primitiv olduğunu bilmirdim» deyərək dəhşətli reaksiya vermişdi ki, mərhum prezidentin həmin heyrəti şahidlərin günü bu gün də yadındadır.
Bir maraqlı məqam da var. Vaqif Novruzov nazir olsa belə, bəlkə də yeganə şəxsdir ki, polkovnik rütbəsi ilə bu görəvi icra edib. Heydər Əiyev onun rütbəsini artırmamaqla əslində zaman-zaman bütün iqtidarlara, ona əl tutanlara xəyanət etmiş Vaqif Novruzova öz yerini göstərmiş oldu. Bəli, o, nazir postundan alınanda polkovnik kimi vəzifəsini itirdi.
Onun nazir kimi fəaliyyətinə gəlincə isə bu barədə də ilginc məlumatları ortaya çıxarmışıq. Şahidlər də təsdiqləyir ki, Vaqif Novruzovun nazir kimi yeganə əsas fəaliyyəti polis sistemindən AXC, Müsavat üzvlərinin, Boz Qurdların müəyyən olunaraq işdən qovulmasını təşkil etməkdən ibarət olub.
Onu da bildirək ki, Vaqif Novruzov bir illik nazirlik dönəmində elə fəaliyyət göstərib ki, hətta onun İsgəndər Həmidovdan xahişini edən mərhum prezident Əbülfəz Elçibəy «bu nə nadan adam imiş» şəklində reaksiyasını verib. Onu da öyrəndik ki, Vaqif Novruzov ona bunca yaxşılıqlar etmiş həm mərhum Əbülfəz Elçibəyin və həm də AXC Nərimanov rayon təşkilatının sədri olmuş Şamil Quliyevin yaslarında iştirak etməyib. Hətta onun nazir təyinatında müstəsna rol oynamış Rəfael Allahverdiyevin də yas mərasiminə qatılmadığını da öyrənə bildik.

«Rüşvət islahatı» aparan nazir

Bildirək ki, Vaqif Novruzov müsahibəsində bildirir ki, İsgəndər Həmidov o, polkovnik olanda kapitan rübtəsi daşıyırmış. Biz bu faktı da araşdırdıq. Vaqif Novruzov əslində bu açıqlaması ilə belə bir təəssürat yaratmağa çalışır ki, sanki İsgəndər Həmidov nazir qoyulanda naşı bir adam imiş. Amma diqqət yetirilərsə, görmək olar ki, həmin ərəfədə təyinatı verilən nazirlər içində bəlkə də yeganə İsgəndər Həmidov idi ki, məhz çalışdığı sistemdən yüksəlirdi. Və öz işinin peşəkarı idi. 25 il polis sistemində külüng vurmuşdu, o nə laboratoriyadan, nə də akademiyadan polis sisteminə təyinat almamışdı...
Və öyrəndik ki, İsgəndər Həmidov nazir təyin edilənə qədər korrupsiyaya qarşı mübarizə şöbəsinin rəisi idi. RÜTBƏSİ DA POLKOVNİK OLUB… İsgəndər Həmidovun nazir təyinatına gəlincə isə, həmin dövrdə Yaqub Məmmədov ölkəni idarə edirdi və bu zaman - yəni İsgəndər Həmidovun nazir təyin edilməsi qərarı verilən məclisdə Əbülfəz Elçibəy, İsa Qəmbər, Hacı Fərrux və Yaqub Məmmədov iştirak edib. Bunu unudanların diqqətinə qısa bir xatırlatma edirik. Həmin təyinatın ardından İsgəndər Həmidov xalqın qarşısına çıxaraq «MƏNİ ŞEYTAN YUVASINA NAZİR QOYDULAR» şəklində bir çağırış da etmişdi.
Bildirək ki, Vaqif Novruzov İsgəndər Həmidovun yaratdığı Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsini ləğv edərək onun əvəzində, həmin binada - (İsgəndər Həmidov həmin binanı alıb -red.) Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi yaradır. Təbii ki, belə bir struktur islahatını normal qarşılamaq olardı. Amma ortada tamam başqa maraq var idi. Çünki yeni yaradılan qurumun daxilində Vaqif Novruzov iqtisadiyyat şöbəsi yaradaraq, bankları və digər iqtisadi strukturları TƏFTİŞ ETMƏYƏ - PUL QAZANMAĞA başlayır…

Sonda DAHA BİR SAMBALLI FAKT!

Vaqif Novruzovun adı bu gün müstəqillik aktına səs verən deputatlardan biri kimi tanınır. Çox gözəl. Amma onun xarakteri belə imkan vermir ki, Vaqif Novruzov belə bir əmələ imza atmış olsun. Hər halda, tanıyanlar da təsdiqləyər. Bütün fəaliyyəti boyunca SSRİ-nin şəninə təriflər yağdıran birisinin Azərbaycanın dövlət müstəqilliyinin lehinə səs verməsi qeyri-mümkündür.
Araşdırmalarımız nəticəsində öyrənə bildik ki, sən demə, Vaqif Novruzov heç müstəqilik aktına səs verməyib də. Sadəcə olaraq, həmin vaxtı onun iclas zalında olmamasından istifadə edən həmin dönəmin deputatlarından biri Vaqif Novruzovun əvəzindən səs verib. Əgər hörmətli sabiq nazirimiz sübut istəsə, o zaman növbəti sayımızda bu barədə daha dolğun məlumat verməklə yanaşı, həmin deputatın kimliyini də açıqlaya bilərik.
O ki qaldı Vaqif Novruzovun İsgəndər Həmidovun ünvanına hansısa fikirləri söyləməsinə… Burada yalnız bir kəlməni işlətmək olar: ADAMLAR, HAQQ ETDİYİNİZ MÖVQEDƏ DAYANIN! Hər halda, bu gün Vaqif Novruzov elə bir çəki yiyəsi deyil ki, nəinki İsgəndər Həmidovu təhlil etsin, hətta özünü onunla tərəzinin eyni gözünə qoysun. İsgəndər Həmidov da, Vaqif Novruzov da eyni dönəmdə polis rəisləri olublar. Amma Vaqif Novruzovdan fərqli olaraq İsgəndər Həmidov Azərbaycan xalqının başlatdığı Milli Azadlıq Hərəkatının liderlərindən birinə çevrilmişdi. Bu fakt yetərli deyilmi?

P.S, Bildirək ki, İsgəndər Həmidovun hədəfə alınması heç də təadüfi hesab olunmur. Hər halda hrə səs-küylü çıxışının ardından İsgəndər bəyə müxtəlif ünvanlardan hücumlar edilir ki, biz də onlardan birisnə cavab verməli olduq. Yəni bu yazımız səbəbsiz deyil...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Avropa Kiyevlə bağlı çıxış yolu axtarışında - Amerikasız olmaz
Bu gün, 00:56
Cəmiyyət yenicə şoka düşməyə başlamışdı, Nəzrin də öldü...
Dünən, 19:39
Tramp Paşinyana "qapıları" qapadır: - Ermənistan sahibsiz "geopolitik tullantı"ya çevrilir
Dünən, 19:17
Qrenobl meri Makronu referendum keçirməyə çağırıb
Dünən, 19:14
Xəlil Göyüşovun şirkəti Ağdamda 30 milyon manata hansı işləri görəcək? - TƏFƏRRÜAT
Dünən, 18:59
“Evim” uşaq bağçası ilə bağlı daha bir SENSASİYA: Müdir 7 işçinin adına KREDİT götürüb - FOTO
Dünən, 18:55
Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Dünən, 18:36
Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Dünən, 18:32
Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Dünən, 18:10
“Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Dünən, 18:07
Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Dünən, 18:01
Universitet vergilərini vaxtında ödəməyib
Dünən, 17:58
Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Dünən, 17:55
Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Dünən, 17:53
Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Dünən, 17:49
“Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 17:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru