HAFİZ HACIYEVİN ƏMİSİ OĞLU SAHİBKARA «ATIB»
Tarix: 15-09-2011, 13:06 | Çap et
VİLYAM HACIYEVİN FIRILDAQÇILIĞI NƏTİCƏSİNDƏ 200 İŞÇİNİN AİLƏSİ AC-SUSUZ QALIB
DİA.AZ: - Artıq yerlərdə sahibkarların icra başçıları tərəfindən incidilməsi bir ənənə halını alıb. Sanki cəmiyyətimiz də bu tipli özbaşınalıqlara vərdiş edib. Yəni belə bir qənaət var ki, elə belə də olmalıdır. Bəs sahibkar nədən ötrüdür? Sahibkara başçı da zülm etməsin, kim etsin?
Bildirək ki, yaranmış situasiyada əslində milli burjuaziya hesab olunan və yaxud cəmiyyətimizin bel sütunu olmalı olan milli burjuaziyamızın təməli hesab olunan çağdaş sahibkarlıq sisteminin məqsədli şəkildə məhvi prosesi həyata keçirilməkdədir.
Bildirək ki, bu hal bütün ölkə miqyasında cərəyan etməkdədir. Elə bir ünvan yoxdur ki, orada sahibkarın haqqı tapdanmasın. Dövləti təmsil edən qurumlar sanki bir reket-quldur kimi davranaraq sahibkarın qazancına şərik çıxır ki, bu da Azərbaycanın sıradan özəlliklərindəndir. Bir yandan vergilər nazirliyi, bir yandan iqtisadi inkişaf nazirliyi, bir yandan hətta fövqəladə hallar nazirliyinin yanğınsöndürənləri bu gün AZƏRBAYCAN SAHİBKARININ BAŞININ ÜSTÜNDƏ DOMOKL QILINCI KİMİ DAYANARAQ, onun qazancına şəriklik etməkdədir. Bu şəriklər içində ən böyük quldurluğa imza atanı isə bir daha vurğulayırıq ki, icra strukturlarıdır.
Yerlərdə prezidentin nümayəndəsi hesab olunan icra başçıları məhz bu statuslarından istifadə edərək milli burjuaziyaya əməlli-başlı divan tuturlar. Hər biri özünü rəhbəri olduğu bölgənin PADŞAHI hesab icra başçılarına isə məhz hansısa sahibkarı haqsız yerə incitməsinə görə, «gözün üstündə qaşın var» deyən də yoxdur. Bu isə cəzasızlıq müzitinin möhkəmlənməsi deməkdir. Cəzasızlıq davamedici və əbədidirsə, o zaman başıpozuqluq və özbaşınalıq yaranır. Artıq Azərbaycanda özbaşınalıq sanki bir sistemə çevrilib. Bütün sistem məhz «bespredel»in üzərində dayanır.
Təbii ki, ən acınacaqlı durum məhz əyalətlərdədir. Xırda padşahların ümidinə buraxılmış rayonlarımızda. Bu gün Azərbaycanın rayonları sanki işgəncə koloniyalarını xatırladır. Hüdudsuz səlahiyyətlər bu gün əyalət məmurlarının yerli sakinlər üzərində istənilən bir özbaşınalığına nədən olmaqdadır.
«Dünya» İnformasiya Agentliyinə daxil olan faktlar isə bu özbaşınalığın kuliminasiya həddi kimi də qəbul oluna bilər. Söhbət bir icra başçısının yerli sahibkarı mülfis etməsindən 200-ə yaxın işçinin ailəsinin isə ac qoyulmasından gedir.
Redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərindən belə məlum olur ki, bu gün icra başçısının zülmündən ən çox əziyyət çəkən bölgələrimizdən biri də Samux rayonudur. Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlunun idarəçilyində olan bu rayondakı eybəcər mənzərə ilə bağlı məlumatlar bu vaxta qədər də mətbuatın diqqətində olub. Yəni rayonun icra başçısı Vilyam Hacıyev çoxdan bütün ölkə miqyasında ad çıxarıb.
Məlumatlı mənbənin bildirdiklərindən belə məlum olur ki, Vilyam Hacıyev yerli sahibkarlar üçün əməlli-başlı təhlükə rolunu oynamaqdadır: «Bu gün Samux rayonunda Vilyam Hacıyevə yaxın olmayan bir sahibkar da qalmayıb. Onlarla iş adamı başını götürüb Samuxdan qaçıb. Səbəbsə Vilyam Hacıyevin reketçiliyidir».
Mənbə bildirir ki, icra başçısının fırıldaqçılığından ən böyük zərərgörmüşlərdən biri də rayounun asfalt zavodunun müdiri Nəsir Nəzərovdur. Mlumata görə, Vilyam Hacıyev yerli iş adamının 500 min manat pulunu mənimsəyib: «Hər dəfə bu pul tələb olunanda isə başçı sahibkarı şərləməklə təhdid edir».
Apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, Nəsir Nəzərov zamanında Rusiyada yaşamış və orada böyük biznesdə uğur qazana bilmiş şəxslərdəndir. Düz beş il əvvəl vətənə qayıdan iş adamı əslən Samux rayonunun Ağasıbəyli kəndindəndir. Samuxa dönüşündə də məqsəd doğma rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan, rayonunda iş yeri açaraq həmyerlilərinə gün ağlamaq niyyətindən ibarət olub.
Amma sən saydığını say, gör fələk nə sayır…
Bu niyyətlə vətənə dönən Nəsir Nəzərov bu gün dönüşünə peşmandır. Bu barədə məlumatı verən Samuxdakı qaynağın sözlərinə görə, icra başçısı onun 500 min manat pulunu mənimsəməklə yanaşı, onu bu günlərdə böhtan yolu ilə həbs etdirəcəyini də açıq-aşkar söyləyib:
«Bu günlərdə Nəsir Nəzərov pulunu tələb etmək üçün icra başçısının qəbulunda olub. Vilyam Hacıyev 500 min manatı ödəməkdən boyun qaçırmaqla yanaşı, sahibkarı təhdid də edib. Nəsir Nəzərova bildirib ki, onu müxalifətçi elan edərək dövlət çevrilişinə cəhddə ittiham edib, həbs etdirəcək».
Mənbənin sözlərinə görə, icra başçısının bu özbaşınalığı səbəbindən Nəsir Nəzərovla yanaşı, onun rəhbəri olduğu müəssisənin 200 işçisi də ailəsinə çörək apara bilmir: «Bu gün həmin işçilər də sahibkarla bərabər Vilyam Hacıyevin nə zaman insafa gələcəyini, onların pulunu verəcəyini gözləməkdədirlər».
Lakin belə görünür ki, onlar hələ çox gözləməli olacaqlar. Bura axı, Azərbaycandır…
Araşdırmalarımız davam edir…
NADİR
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58 |
|
|
|
• Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57 |
|
|
|
• "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43 |
|
|
|
• "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41 |
|
|
|
• "İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34 |
|
|
|
• İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32 |
|
|
|
• Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30 |
|
|
|
• Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26 |
|
|
|
• Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19 |
|
|
|
• Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12 |
|
|
|
• Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03 |
|
|
|
• Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24 |
|
|
|
• Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05 |
|
|
|
• Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02 |
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
|