Bakıdakı marketdə eşşək südü satılır .....                     Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır .....                     Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ .....                     Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? .....                     Şimal-qərb küləyi əsəcək .....                     ABŞ-də söz azadlığı: .....                     Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir .....                     Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... .....                     Roşka yenidən həbs edildi .....                     Ruslar keçmişin həsrəti ilə yaşayır .....                     Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR .....                     "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." .....                     Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər .....                     Məşhur iş adamı həbsin bir addımlığında .....                     Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                 

ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”
Tarix: 23-03-2012, 15:04 | Çap et
ARDNŞ ŞEFİ “QAZ VURUB QAZAN DOLDURUR”

ARDNŞ-DƏ CƏRƏYAN EDƏN MÜDHİŞ KORRUPSİYA FAKTININ TƏFƏRRÜATLARI

DİA.AZ: - Azərbaycan hakimiyyəti korrupsiya və rüşvətxorluğa qarşı mübarizə görüntüsü yaratmaqda davam edir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dövlət başçısı Ilham Əliyevin adından Korrupsiyaya qarşı Mübarizə Komissiyasının iclasını keçirəndən sonra dövlət qurumlarının rəhbərləri korrupsiya və rüşvətxorluğu “lənətləmək” üçün növbəyə düzülüblər. Hətta onlardan bəziləri irimiqyaslı korrupsiya əməllərini ört-basdır etmək üçün xırda çinovnikləri qurban da veriblər. Sanki Azərbaycanda korrupsiyanın başında işdən çıxarılan, yaxud məsuliyyətə cəlb olunan hansısa beşinci, altıncı dərəcəli məmur dayanır.

Əgər hakimiyyət doğrudan da, korrupsiyaya qarşı mübarizədə səmimidirsə, onda bu yazını diqqətlə oxusun və həmən, qeyd edəcəyimiz faktların araşdırılması barədə göstəriş verilsin.
Bu faktlar maye qaz satışındakı korrupsiya əməliyyatları ilə bağlıdır. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, hər il maye qaz satışı zamanı 20 milyon manata yaxın vəsait mənimsənilir. Məlumatlarda bildirilir ki, Azərbaycanda maye qaz satışını Məişət Maye Qaz Birliyi həyata keçirir. Birliyin rəhbəri Rasim Salmanovdur. Bu şəxs Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayevə yaxınlığı ilə seçilir. Birlik maye qazı iki zavoddan - Qaradağ Qaz Emalı Zavodu və Heydər Əliyev adına Neft Emalı zavodundan alır. Əmlak Məsələləri üzrə Komitənin balansında olan Məişət Maye Qaz Birliyi əslində Rövnəq Abdullayev üçün maye qaz satışında korrupsiya əməliyyatlarını həyata keçirən əsas qurumdur.

Bu ilin yanvarın 1-nə qədər birlik satış mərkəzlərinə maye qazın 1 tonunu 370 manata satıb. Amma bu məbləğ 240 manat rəsmiləşdirilib. Deməli, satış mərkəzlərindən hər tona görə 130 manat əlavə haqq alınıb. Hansısa səbəbdən Rövnəq Abdullayev yanvarın 1-dən sonra əlavə haqqı 10 manat azaldıb. Əvəzində rəsmiləşdirilən məbləğ 10 manat artıb.
Yəni, indi də maye qaz 370 manata satılır, lakin bu məbləğ 250 manat kimi rəsmiləşdirilir.

Bəs Məişət Maye Qaz Birliyi zavodlardan maye qazın 1 tonunu neçəyə alır? Məlumatlara görə, birlik 1 ton maye qaz üçün 100 manat ödəyir.
Məlumatlarda deyilir ki, ölkə daxilində 1 il ərzində 150 min ton maye qaz satılır. Nəzərə alsaq ki, hər tona görə satış mərkəzlərindən 120 manat əlavə haqq alınır, bu, bir ilə 18 milyon manat edir. Burada bir incə məqam da var: Birlik zavodlardan maye qazı kiloqramla alır. 1 kq maye qaza görə 10 qəpik ödənilir. Əgər maye qazın tonu 370 manata (250 manat rəsmi qiymət, 120 manat əlavə haqq) satılırsa, deməli, bir kiloqramı 37 (25 qəpik rəsmi qiymət, 12 qəpik isə əlavə haqq) qəpiyə düşür.

Əziz oxucular, o cümlədən korrupsiyaya qarşı “savaş” açan Ilham Əliyev və Ramiz Mehdiyev, maye qaz satışı mərkəzlərində 1 litr maye qazın 35 qəpiyə satıldığını görüb təəccüblənməyin ki, nə üçün işbazlar aldıqları məhsulu 2 qəpik ziyanına satırlar. Burada hər hansı ziyandan söhbət gedə bilməz. Çünki 1 kiloqram maye qaz 1.7 litr təşkil edir. Maye qazın 1.7 litri 37 qəpikdirsə, 1 litri təxminən 21 qəpiyə düşür. Işbazlar da maye qazın 1 litrini 35 qəpiyə sataraq nəinki ziyan edirlər, əksinə 14 qəpik qazanırlar.

Yuxarıda qeyd etdik ki, Məişət Maye Qaz Birliyi maye qazı Qaradağ Maye Qaz Emalı və Heydər Əliyev adına Neft Emalı zavodlarından alır. Hələ sovetlər dönəmində əhalini maye qazla Qaradağ Maye Qaz Emalı zavodunun təmin etməsi məqsədəuyğun sayılıb. Çünki bu zavodda emal olunan qaz mədən qazıdır və zəhərlənmə riski azdır. Amma Heydər Əliyev adına Neft Emalı Zavodunun satdığı qaz neftdən alınır və bu qazın əhaliyə satılması yolverilməz hesab edilir. Əlbəttə ki, keyfiyyətinin aşağı, zəhərlənmə riskinin isə daha çox olmasına görə.
Dəhşətli burasıdır ki, bu gün Azərbaycanda əhaliyə məhz Heydər Əliyev adına Neft Emalı zavodunun istehsal etdiyi maye qaz satılır. Daha keyfiyyətli və zəhərlənmə riski minimum olan Qaradağ Maye Qaz Emalı Zavodunun istehsal etdiyi qaz isə Gürcüstan vasitəsilə xarici ölkələrə daşınır. Hələlik həmin ölkələrin siyahısı bizdə yoxdur. Lakin araşdırmalarımızı davam etdirib Rövnəq Abdullayevin daha keyfiyyətli maye qazı hansı ölkələrə satdığını öyrənməyə çalışacağıq...

Sonda daha bir fakt: Qəbul olunmuş standartlara görə əhaliyə satınla maye qazın tərkibində 40-45 faiz propan, 55-60 faiz isə butan olmalıdır. Amma hazırda əhaliyə satılan maye qazın tərkibində propan 5-10 faiz təşkil edir. Bu da əhaliyə satılan maye qazın keyfiyyətsiz olmasını bir daha sübut edir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39
Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34
Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30
Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22
ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20
Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19
Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18
Roşka yenidən həbs edildi
Bu gün, 12:05
Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01
Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54
"Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51
Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38
Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru