20 İLİN İCRA BAŞÇISI KİMDİR?
Tarix: 24-03-2012, 13:45 | Çap et
ŞABRAN RAYONUNU İSƏ LERİKLİ İDARƏ EDİR
Azərbaycanda regionların “kiçik padşahları” adlandırılan rayon İcra hakimiyyətləri başçılarının fəaliyyəti bir sıra hallarda ölkə rəhbərliyi tərəfindən də tənqidlərə məruz qalır.
Çünki Prezidentin etimadından sui-istifadə edən bəzi icra başçıları bir çox hallarda onlara etibar olunan vəzifədən öz şəxsi maraqları naminə yararlanır, qohum-əqrəbalarını başına toplayır, rüşvət yığmaqla məşğul olur, sadə vətəndaşları incitməkdən çəkinmirlər.
Elə martın 1-də Quba rayonunda İcra Hakimiyyəti başçısının istefası ilə nəticələnən kütləvi etiraz aksiyası da sakinlərin regiondakı məmur özbaşınalığıa qarşı bir çıxışı idi. Qubadan qovulan sabiq icra başçısı Rauf Həbibov da əslən oradan deyildi, o, 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Qubalılar deyirlər ki, Həbibovun onların problemlərinə can yandırmaması bir yana, təhqirlərə yol verməsinə dözə bilmədilər. Regionlarda yaşayanların 80 faizi belə düşünür ki, icra başçısı o rayonda doğulan, camaat arasından çıxan, əsli-kökü oralı şəxs olmalıdır. Hər halda yerlərdə belə düşünürlər.
Maraqlıdır, Azərbaycanda hansı rayonun icra başçısı əslən işlədiyi bölgədən deyil, orada doğulmayıb? Modern.az-ın əməkdaşı rayon İcra Hakimiyyəti başçılarının tərcümeyi-hallarını araşdırmağa çalışıb. Ötən günlərdə 25 rayon və şəhərin İcra Hakimiyyəti başçısının tərcümeyi-halını, harada doğulduqlarını diqqətinizə çatdırmışdıq.
Beləliklə, daha 5 rayonun icra başçısı ilə bağlı təqdimata baxaq. Şərhsiz, filansız...
20 ilin icra başçısı
Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyevin tərcümeyi-halını araşdırmaq üçün bir xeyli əziyyət çəkdik. Onun neçənci ildə doğulduğunu dəqiqləşdirə bilməsək də, Ağdaşda anadan olmadığını öyrəndik. Rafiq Niftəliyev uzun illərdir İcra Hakimiyyət sistemində çalışır. Mərhum dövlət başçısı Heydər əliyev onu 20 avqust 1993-cü il taixində Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı təyin edib. Cənab Niftəliyev 9 il Xaçmaza rəhbərlik edib. 2 may 2002-ci il tarixində Rafiq Niftəliyev Xaçmaz rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısı elə həmin tarixdə də onu digər rayona başçı göndərib. Prezidentinin 2 may 2002-ci il tarixli, 910 nömrəli sərəncamı Ağdaş rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən ilə Rafiq Həbibulla oğlu Niftəliyev artıq 10 ildir burada çalışır. Bu bir rayonda 1-ci şəxs işləmək üçün az müddət deyil. Ağdaşda çalışdığı müddətdə onun fəaliyyəti barədə mətbuat mütəmadi olaraq müxtəlif məlumatlar dərc edib. Bu məlumatlardan bəzilərində ağdaşlıların narazılıqları ifadə olunub. Rəsmi məlumata görə, hər həftənin çərşənbə axşamı günü R.Niftəliyevin qəbul saatı olur. Bu saatlara gələnlər öz dərdlərinə çarə tapa bilirlərmi? Bax bunu ağdaşlılar daha dəqiq söyləyər.
Yazıçı-publisist – icra başçısı
Bərdə rayonu İcra Hakimiyyətinin başçısı Vidadi İsayev də bu bölgədən deyil. O da uzun müddətdir ki, İcra Hakimiyyəti sistemində 1-ci şəxs işləyir. Vidadi İsa oğlu İsayev 1959-cu ildə Qərbi Azərbaycanın (indiki Ermənistan) Dərələyəz mahalında anadan olub. Çoxlarının icra başçısı olaraq tanıdığı V.İsayev tarix elmlər doktoru, yazıçı-publisistdir. Vidadi İsayev Bərdədən öncə Tərtər rayonunda 1-ci şəxs olaraq çalışıb. Prezidentin 19 iyul 2005-ci il tarixli sərəncamı ilə Vidadi İsa oğlu İsayev Tərtər rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. O, burada 6 il çalışıb. 2011-ci ildə ölkə başçısı V.İsayevi Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentinin 3 mart 2011-ci il tarixli sərəncamı ilə V.İsayevin iş yeri dəyişdirilib, o, Bərdə rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib Yazıçı-publisist olaraq “Hardan gəlir bu köç?”, “Yevlax sənədlərdə və yaddaşlarda”, “503-cü eşalon” adlı kitabların müəllifi kimi tanınan V.İsayev icra başçısı kimi necə ad qazanıb? Suala bərdəlilər cavab versə yaxşıdır...
Şabranın lerikli başçısı
Şabran rayonu İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şabranlı deyil, leriklidir. Novruzov Novruz Nəcəf oğlu 02.05.1954-cü ildə Lerik rayonu Zövnə kəndində anadan olub. O, Bakı Dövlət Universitetini kitabxanaçı, Bakı Sosial İdarəetmə Politologiya İnsititutunu politoloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Lerik Komsomol Komitəsinin II katibi, Azərbaycan LKGİ Lerik rayon Komitəsinin I katibi, Lerik rayon Xalq nəzarəti Komitəsinin sədri, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində mütəxəssis, Lerik rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb. Daha sonra ölkə başçısının etibadını qazanaraq Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkilib. Bir müddət sonra Prezident onun iş yerini dəyişərək Goranboy rayon İcra Hakimiyyəti başçısı vəzifəsində təyin edib. Prezidentin 28.06.2007-ci il tarixli sərəncamı ilə Novruz Novruzov Şabran rayon İcra Hakimiyyəti başçısı təyin edilib. Artıq 3-cü rayona rəhbərlik edən Novruz Novruzovun Şabrandan sonra harada icra başçısı işləyəcəyini deyə bilmərik. Şabranlıların isə ondan razı və ya narazı qaldığı başqa bir yazının mövzusudur.
Məşhur Elmar Vəliyev
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev. Əslən Gəncədən olmayan Elmar Vəliyev Azərbaycanda məşhur personalardan biridir. Ölkənin ikinci böyük şəhərinə rəhbərlik edən E.Vəliyevin adı daim mətbuatda müzakirə olunan bir çox məsələlərdə hallandırılır. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşı olan Elmar Vəliyev hətta Bakı şəhəri İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkiləcəyi barədə söz-söhbət dolaşır. Elmar Rüstəm oğlu Vəliyev 2004-2011-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə isə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib Hər həftənin 2-ci günü saat 15:00-dan (qəbula yazılış 5-ci günü 15:00-dan 18:00-dək aparılır) Gəncə şəhəri İcra Hakimiyyətində Elmar Vəliyev vətəndaşları qəbul edir. Hər halda Gəncə şəhəri İcra Hakimiyyətinin rəsmi məlumatında belə bildirilib. Gəncədə onran narazı olanlr da çoxdur, razılıq edənlər də. Deyilənə görə, Gəncədə məmurlar E.Vəliyevin zəhmindən çəkinirlər. Onun gəncəli deputatlarla münasibətinin yaxşı olmadığı söylənilir.
Keşmiş meliorasiya işçisi, indiki icra başçısı
Yuxarıda adıçəkilən icra başçılarından fərqli olaraq Füzuli rayonunda 1-ci şəxs yerli kadrdır. Füzuli rayonu İcra hakimiyyətinin başçısı Alı Alıyev əslən füzulilidir. Düzdür ondan öncə Füzuli rayonu İcra hakimiyyətinin başçısı işləyən Nəbi Muxtarov da elə buralı idi, amma camaat onun əlindəın elə bezmişdi ki... Alı Alıyevin necə işləməsinə gəlincə, hələlik deyəsən ciddi narazılıq yoxdur. Alı Aliyev artıq bir ildir Füzukli rayonuna rəhbərlik edir. 25.02.2011-ci il tarixində ölkə başçısının sərəncamı ilə Alı Nuşrəvan oğlu Alıyev Füzuli rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. Əslən Füzuli rayonundan olan A.Alıyev uzun müddət Füzuli rayonunda müxtəlif vəzifələrdə çalışıb. Vaxtı ilə Ali Partiya Məktəbini bitirdikdən sonra, rayon partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. Alı Alıyev uzun müddət Füzuli rayonunda Aqrar Sənaye Kombinantının direktoru vəzifəsində çalışıb. Son təyinatadək o, Füzulidə Suvarma Sistemləri İdarəsində rəis vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 4 iyun 2009-cu il tarixli sərəncamı ilə Alı Alıyevə Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı verilib.
Modern.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kəşfiyyat məlumatları aşkara çıxdı – Putin bu halda Kiyevə bayraq sancacaq…
Bu gün, 18:36 |
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
|