"Özbaşına cərimə təyin eləyiblər" - FOTOFAKT
Tarix: 19-05-2017, 10:00 | Çap et
Səhmləri dövlətə məxsus olan səhmdar cəmiyyətlərə büdcədən ayrılan vəsaitlərə görə bu qurumlar dövlət büdcəsinə mənfəət də gətirməlidir. Amma bu gözləntilər özünü doğrultmur.
Ötən il iyulun 15-dən “Azərişıq” ASC-nin elektrik enerjisini istehlakçıya 7 qəpikdən satsa da ASC-nin mənfəəti artmaq əvəzinə, il ərzində 3.7 milyon manat azalaraq 73.1 milyon manata düşüb.
Görünür, bunun nəticəsidir ki, istehlakçıların “Azərişıq”dan narazılığı artıb. Dövlətə gəlir gətirə bilməyən səhmdar cəmiyyət mənfətti istehlakçıdan götürmək istəyir. Əks təqdirdə istehlakçıların bunca narazılığına səbəb nədir? Sakinlər bəzi hallarda işlətdikləri elektrik sərfiyyatından çox məbləğdə ödəniş tələbindən narazılıq eləyirlər. Bu dəfə şikayət Cəlilabad rayonundan gəlib.
... özbaşına cərimə təyin eləyiblər
Cəlilabad rayonu Günəşli kəndindən bir qrup sakin redaksiyamıza müraciət eləyiblər. Nəbi Orucov, Hüseyn Maliyev, Bayram Hüseynov bildirirlər ki, “Azərişıq” ASC-nin Cəlilabad rayon şöbəsi kənddə bir qrup sakinə özbaşlarına cərimə təyin eləyiblər. Tələb olunan cəriməni ödəməyən sakinlər bildirirlər ki, ay yarıma yaxındır elektrik enerjisi kəsilib, işıqsız qalıblar.
“Qəbzdə nə var ödəmişəm, borc necə yarandı?”
Hüseyn Malıyev bildirir ki, vaxtlı-vaxtında pulunu ödəsə də bu cərimə ona haqsız yerə yazılıb: “Hökumətin kilovatını işlətmişəmsə, cərimə eləsinlər. Amma mən işıqpulumu vaxtlı-vaxtında ödəyə-ödəyə bu pulu hardan gətirim verim? Kasıb babayam. Mənə bəhanə gətirilir ki, 2012-ci ildə 5 dəfə, 2013-cü ildə 6 dəfə ödəniş eləmisən, o borclar yığılıb qalıb. Axı mən həmin illərdə Bakıda fəhləlik eləmişəm, evdə nə ailəm olub, nə özüm. Evə gələndə çekə nə yazılıb, ödəmişəm. Bu borclar hardan yarandı? 2014-cü ildə getdim işıq idarəsinə Oqtay adlı işçi Saməddin adlı işçinin yanında məndən 90 manat aldı, dedi ki, borcunu silib, sənə təmizlik aktı göndərəcəyik. Sonra təmizlik aktı verilmədi. Getdim idarəyə narazılıq eləyəndə mənə cavab verildi ki, Oqtay işdən çıxıb, biz bilmirik. 90 manatımı da geri qaytarmırlar”.
“Gücləri mənim kimi kasıb-kusuba çatır...”
Hüseyn Malıyev bildiri ki, keçən il Cəliladad rayon İşıq İdarəsində olub, öyrənib ki, ona olan borcla bağlı elektron sistemlə qəbzdə uyğunsuzluq var: “İdarədə olanda Şirvan rayonundan komissiya gəlmişdi, mən komissiyanın iştirakı ilə kompüterdə yoxlatdım, borcum olmadı, bəs bu borc haradan çıxdı? İşığım martın 10-dan kəsilib. Halbuki o qədər imkanlı adamlar var ki, min kilovat yandırıb, borcunu da ödəməyib. Belə çıxır ki, bunların gücü mənim kimi kasıb-kusuba çatır. İdarəyə gedəndə adamı elə borclu çıxarırlar, qalırsan yana-yana. Deyirlər, danışma, get borcunu ödə. Dünən səhər bir işçisi mənə deyir ki, 50 manat ver, aparım İbrahim adlı işçi var ona verim, hər ay da 20 manat verməklə, hissə-hissə borcunu ödə. Dedim, xeyir ola? İşıqsız da qalsam mən o borcu sizə ödəyən deyiləm”.
“Ödənşlərimiz şəxsi ciblərə gedib?”
Nəbi Orucova isə 850 manat borc gəlib. Bildirir ki, əvvəllər kompüterlə ödəniş olmayıb, o işıq idarəsinin işçisinə ödəniş eləyib, ona məlumat verilib ki, ödəniş cədvələ yazıldı: “Belə çıxır ki, bizim etdiyimiz ödənşlər şəxsi ciblərə gedib. Mən özüm əliləm, evimdə iki ağır xəstə var, imkansız adamam, o qədər pulu hardan alım. Çeklərim əlimdədi. Kəndə “levı” xətt çəkiblər, bundan kimlərsə yararlanıb, borcunu da kasıb-kusubun belindən çıxarırlar. Kim işlədib, özü də ödəsin. Müdir deyir, mənə dəxli yoxdu, ödəməlisiz, vəssalam”.
“Rəis bizi dövlət əleyhinə tərhik eləyir...”
Sakinlər bu qənaətə gəlib ki, bu cür davranışla Aydın Məmmədov bilərəkdən cəlilabadlıları dövlətdən narazı salmağa, ölkə başçısının əlehyhinə qaldırmağa təhrik eləyir: “Müdir özünü yuxarıya işləyən adam kimi göstərir. Kötükdən yoxlatdırmır ki, bu borc hardan yaranıb. Biz deyəndə də ölkə başçısına şikayət edəcəyik, deyir, kimə istəyirsiz gedin, şikayət eləyin, bu işin sahibi mənəm, ödəməlisiz, vəssalam. Biz hesab eləyirik ki, Aydın Məmmədov bu cür münasibətlə bizi vadar eləyir ki, etiraz səsimizi yol kəsməklə və ya başqa bir formada qaldıraq. Biz isə sivil formada ölkə başçısına və “Azərişıq” rəhbərliyinə müraciət edəcəyik”.
Göytəpədə hərbçi və məcburi köçkün ailələri də narazıdır
Göytəpə qəsəbəsində həbçilər üçün şəhərcikdə fəaliyyətdə olan, istər ehtiyatda olan zabitlər və ailələri, eləcə də bu şəhərcikdə məskunlaşan məcburi köçkün ailələri eyni vəziyyətlə üzləşib. Aydın Məmmədov onlarla da kobud rəftar edir.
Elektrik Şəbəkəsinin rəisi: “Narazıdırlar, məhkəməyə versinlər”
“Azərişıq” ASC-nin Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinin rəisi Aydın Məmmədovla əlaqə saxladıq. Aydın Məmmədov əvvəlcə bizimlə də kobud tərzdə danışdı: “Savadınız varsa, bilirsiniz ki, bütün mülki mübahisələri sonda məhkəmə həll eləyir, əgər belə narazılıqları varsa, məhkəməyə versinlər”.
Narazı vətəndaşlarla mübahisəli məsələ məhkəmə səviyyəsinə gəlib çatıb? Bəlkə vətəndaşları dinləyib, şikayətlərini araşdırasnız, dedikdə Aydın Məmmədov cavab verdi ki, borcu olmayan abonentin işığını kəsməyə kimsə cürət eləyə bilməz: “Bildirişdə borc yazılıbsa, bunu aparat vurur, ola bilməz ki, komptüerdə borc yazılmasın, amma bildirişdə qeyd olunsun. Kimin şikayəti var, qoy məhkəmə həll eləsin. Elə abonentlər var ki, borcunu məhkəmədə mübahisələndirib, məhkəmə də qətnamə çıxarıb. Əlbəttə biz də bilirik ki, indi iqtisadi vəziyyət çətindi, vətəndaşlar bu qədər borcu ödəyə bilməz, ona görə də borcu 12, 15 aya bölürük ki, borcunu hissə-hissə ödəsin. Başqa cür vətəndaşlara necə kömək eləyək? Abonentin ay yarım işıqsız qalması ola bilməz. Həmin abonentlər mənim yanımda olmayıblar. Buyurub gəlsinlər, aydınlaşdıraq”.
Məcburi köçkünlər də limiti aşanda, 4 qəpik əlavə hesablanacaq
Göytəpə qəsəbəsində hərbçilər üçün şəhərcikdə yaranan narazılıqla bağlı EPŞ rəisi belə cavab verdi: “Məcburi köçkün də digər istehlakçılar kimi enerji haqqını ödəməlidir. 300 kilovatdan artıq limiti keçdikdən sonra vətəndaş üçün 4 qəpik əlavə rüsum hesablanır. Bəlkə onlar da limiti aşıblar. Bütün hallarda qəbuluma gəlsinlər, mümkün varsa, köməklik eləyim”.
“Azərişıq” ASC-nin rəhbəri Tanrıverdi Mustafayev isə bildirdi ki, ASC hər bir abonentin işlətdiyi elektrik enerjisinin hesabatı dəqiqliyi ilə aparılır, hansısa abonentin adına artıq elektrik enerjisi yazılmır: “Hansısa abonentin regiondakı elektrik şəbəkəsinin rəisilə bağlı nəsə bir şübhəsi varsa, buyurub mərkəzi aparata müraciət eləsin, məsələyə aydınlıq gətirilsin. Amma mərkəzdən də nəzarət var, idarədən borcun ödənilməsi tələb olunur, abonent də ödəmə aparmaq istəmir, belə narazılıqlar zaman-zaman olub, indi də bu hallar baş verir”.
Borcları israfçılıq yaradır?!
Hurriyyet.org-da dünən “Dövlət vəsaitini kimlər və necə talan edir?” (http://hurriyyet.org/xeberlenti/27629-dovlt-vsaitini-kimlr-v-nec-talan-edir-v-yaxud-azrisiq-asc-y-kulli-miqdarda-borcun-yaranma-sbbi.html) başlıqlı yazı dərc olunub. Yazıda Bakının mərkəzi parklarında (məsələn, Dağüstü Prakda, Binqədi rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkda) günün-günorta çağı elektrik lampalarının söndürülmədiyindən bəhs olunub. Redaksiyamıza müraciət eləyən şikayətçilər də bildirirlər ki, lazım olmadığı halda elektrik enerjisinin bu şəkildə israf olunmasıdır ki, məhz istehlakçılara da belə borclar tətbiq olunur. gəlir.
Tanrıverdi Mustafayevsə bu israfçılığı mentalitetlə əlaqələndirdi və bildirdi ki, bütün hallarda istifadə olunan elektrik enerjisinə görə “Azərişıq” ASC abonentlərindən haqqını alır və bu məsələlərə icra hakimiyyətləri nəzarət eləməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Bu gün, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Bu gün, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Bu gün, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Bu gün, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Bu gün, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Bu gün, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Bu gün, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Bu gün, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Bu gün, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Bu gün, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Bu gün, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Bu gün, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Bu gün, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Bu gün, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Bu gün, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Bu gün, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Bu gün, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Bu gün, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Bu gün, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Bu gün, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Bu gün, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Bu gün, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Bu gün, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Bu gün, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Bu gün, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Bu gün, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Bu gün, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Bu gün, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Bu gün, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Bu gün, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Bu gün, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Bu gün, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Bu gün, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Bu gün, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Bu gün, 15:45 |
|
|
|
• Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Bu gün, 15:38 |
|
|
|
• Tramp Ukraynadan dəyəri trilyonlarla hesablanan sərvət istəyir - “Financial Times”
Bu gün, 15:37 |
|
|
|
• USAID onlara görə bağlandı: - Transgenderlər, terrorçular, cinsini dəyişənlər...
Bu gün, 15:32 |
|
|
|
• Müəllimlərin bilet və hoteldə qalmalarına 1 milyard manata yaxın pul xərclənəcək - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• "Hansı gəlirdən söhbət gedir, onu bilmirəm..." - NARAZILIQ VAR...
Bu gün, 15:28 |
|
|
|
• Mərkəzi Bankın valyuta ehtiyatları 648,5 milyon dollar azalıb
Bu gün, 15:23 |
|
|
|
• Mülki missiya, yoxsa müharibəni tətikləyən "gizli əl"? - Sərhədimizdəki casus şəbəkəsi belə ifşa edildi
Bu gün, 15:20 |
|
|
|
• "Qız öz istəyi ilə qaçmağa razı olsa da..." - Oğlanı hansı cəza gözləyir?
Bu gün, 15:17 |
|
|
|
• 92-ci ildə bir dəst kostyum oğurlayıb ölkədən qaçmışdı - İndi bəraət aldı
Bu gün, 15:15 |
|
|
|
• Yeni plan işə düşür: ABŞ Qafqazı bu yolla “işğal” etməyə hazırlaşır? - NƏ BAŞ VERİR?
Bu gün, 14:40 |
|
|
|
• Ermənistan çaşqınlıq içində: Tramp yardımı dayandırdı
Bu gün, 14:39 |
|
|
|
• İnternetdən alış-veriş edərkən diqqətli olun! - "Üstü bəzək, altı təzək"
Bu gün, 14:37 |
|
|
|
|