Vüsal Kərimlinin minlərlə sürücünü qızışdıran evakuator “əməliyyatı” – 28 milyon hara gedib?
Tarix: 1-07-2019, 10:09 | Çap et
Son iki ildə Bakı Nəqliyyat Agentliyinə 28 milyon manat vəsait ayrılıb. Bu, kifayət qədər ciddi məbləğdir. Amma Nəqliyyatın İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur: şəhərdə tıxaclar, ictimai nəqliyyatın intervalında xaos, parkomatlar təşkil edilməyib, taksi dayanacaqları ləğv olunub, dayanma-durma qaydalarına qətiyyən əməl olunmur.
Bununla yanaşı BNA-nın dayanma-durma ilə əlaqədar evakuator xidmətini bərpa eləməsi, köhnə dədə-babab üsuluna qayıtması, avtomobillərin təxliyyəsinə təzədən başlanması ciddi suallar ortaya çıxarır – əvvəla, 28 milyon manata hansı işlər həyata keçirilib, ikincisi, küçə və prospektlərdə qurulan kameralara nə qədər vəsait xərclənib, üçüncüsü, bu kameralar durma qaydasını pozanları çəkərək cərimələyirdisə, o halda evakuatorların bərpasına hansı zərurət varıydı?
Reportyor.info yazır ki, elə bu suallar və ciddi korrupsiya şübhələri Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin fəaliyyətinin blefdən ibarət olduğu ehtimalını üzə çıxarır.
V.Kərimli nəqliyyat sektorunda qəfildən parlayan fiqurdur, ona prezident tərəfindən böyük etimad göstərilmişdi, güman olunurdu ki, sabiq nazir Ziya Məmmədovun viran qoyduğu nəqliyyat sisteminə əl gəzdirəcək, müasir layihələr həyata keçirəcək.
Amma nəinki müsbət dəyişikliklər var, əksinə, evakuator xidməti qaytarılır. Əslində, evakuatorların ləğvi ölkənin siyasi rəhbərliyinin qərarıydı. Əhali kütləvi şəkildə narazılıq edirdi deyə bu addım atılmışdı.
V.Kərimli və onun ideoloqları isə ölkə rəhbərliyinin siyasi iradəsinin ziddinə gedərək təxliyyəni bərpa etməklə yenidən hakimiyyətə qarşı narazılıq dalğasını körükləyir.
Bu ilin yanvarına olan məlumata görə, Bakı Nəqliyyat Agentliyi ay yarım ərzində dayanma-durma qaydasının pozulması ilə bağlı 53 min protokol yazıb. Agentliyin rəhbəri Vüsal Kərimli hesabat konfransında açıqlayıb.
Hər bir protokola görə sürücüyə 20 manat cərimə yazılır. Belə ki, bu müddət ərzində 1 milyon manatdan çox məbləğdə cərimə yazılıb. Bəs bu pulların taleyi necə olub? Dövlət büdcəsinə köçürülüb, yoxsa agentliyin saxlanmasına sərf olunub?
BNA fəaliyyəti nəticəsində əldə etdiyi vəsaitlərlə bağlı müstəqil sərəncam vermək hüququna malikdir. Yəni, qanunsuz parklanmadan əldə olunan gəlir dövlət büdcəsinə yönləndirilmir, həmin pulların hara xərclənməsinə BNA özü qərar verir.
Nəticə etibarı ilə şəffaflıq təmin olunmur, maliyyə hesabatı obyektiv açıqlanmır, vəsaitin hara getdiyi deyilmir.
Bu da həm ciddi korrupsiya şübhələri yaradır, həm də Hesablama Palatasının və Maliyyə Nazirliyinin yoxlamalar aparmasına əsas yaradır.
Bundan başqa, bu ilin mayındaolan xəbərə görə, Bakıda nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi, nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi və məsləhət xidmətləri haqqının ödənilməsi ilə bağlı 46 mln. manat, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun əməliyyat və texniki xidmət xərcinin ödənilməsinə 29 mln. manat ayrılıb.
Bakıda nəqliyyat əməliyyatlarnın intellektual idarə edilməsinə xərcləndiyi iddia edilən 46 milyon manatın əslində “havaya sovrulduğunu” və ya kimlərinsə şəxsi büdcəsinə yönəldiyini söyləmək olar. Çünki bu sistem artıq neçə ildir ki, sözün həqiqi mənasında sıradan çıxıb.
Ona görə də Bakıda nəqliyyat intellektual idarə edilməsi sahəsində hansısa əməliyyatların aparıldığını iddia edərək, buna guya 46 milyon xərcləndiyi göstərmək absurddur. Sadəcə, büdcənin 46 milyonu da bu yolla “havaya sovrulub” yazmaq daha doğru olardı.
Hazırda “Azərsu” ASC-nin qabağı, Şəhidlər abidəsinin önü, “Velotrek” istiqaməti, həmçinin 3-cü mikrorayon dairəsi həndəvərində avtomobillər harada gəldi park edirlər.
Bu da böyük tıxac, nəqliyyatın hərəkətinin iflic olması ilə nəticələnir. Xüsusən də “Azərsu” ASC qarşısında dəhşətli bir vəziyyət hökm sürür.
Yolun bir cərgəsini taksilər, bir cərgəsini avtobuslar tutub, maşınlar keçə bilmirlər. Günün istənilən saatında sözügedən ərazidə basabas, tıxac yaranır. Əslində, bu məsələni bir neçə dəfə qabardılıb, lakin tədbir görülməyib.
BNA-nın evakuator xidmətini bərpa etməsindən sonra gözlənilirdi ki, bəlkə “20 Yanvar”dakı nəqliyyat “faciəsi”nə son qoyular, amma “köhnə hamam, köhnə tas” qaydaları qüvvəsindədir.
Bu da həm avtomobil sürücüləri, həm də marşrut sürücüləri tərəfindən narazılıqla qarşılanır. Çünki ən çox taksilər dayanma-durma qaydalarını pozurlar. Habelə, müşahidələrimizə əsasən deyə bilərik ki, “Şamaxinka” istiqamətində eyni fəlakətli durum yaşanır.
BNA tərəfindən açıqlanan siyahıda həm “Şamaxinka”, həm 3-cü mikrorayon dairəsinin adı olmasına baxmayaraq, vəziyyət dəyişmir. Analoji vəziyyət Yasamalın Şərifzadə, Salamzadə küçələrində, Zərdabi prospektində müşahidə olunur.
Metronun “Memar Əcəmi”, “Azadlıq prospekti” stansiyalarının ətrafı da eyni vəziyyətdədir. Bununla belə, sürücülərin əksəriyyəti nizam-intizam yaradılması üçün evakuator xidmətinin bərpasını lazımsız görürlər.
Onların sözlərinə görə, BNA tərəfindən kameralar quraşdırılıb, ərazilərdə müfəttişləri fəaliyyət göstərir, onlar dayanma-durma qaydasını pozanları cərimələyirlər, maşının təxliyəsi isə ikiqat xərc deməkdir.
Digər tərəfdən, şəhərdə bu xaosun yaranmasının başlıca səbəbi parkomatların ləğvi, yenilərinin təşkil edilməməsidir.
Halbuki adıçəkilən qurum paytaxtda yeni parkomatların və taksi dayanacaqlarının quraşdırılacağını açıqlamışdı.
Lakin bu istiqamətdə real işlər aparılmır və sürücülər harada gəldi maşın saxlamalı olurlar. Bütün bunlar dayanma-durma ilə bağlı səlahiyyətlərin yol polisindən alınıb nəqliyyat agentliyinə verilməsi ilə başlandı.
BNA isə çıxış yolunu parkomatların təşkilində yox, evakuator xidmətinin bərpasında görür. Hərçənd, yenə xaotik mənzərədir.
Üstəlik, bu ictimai narazılığı artıracaq, on minlərlə sürücünü bir qayda pozuntusuna görə iki dəfə (daşınma xərci olaraq sürücüdən 20 manat da alınır) cəriməödəməyə məcbur qoyacaq. Yəni, 40 manat…
Bir tərəfdən bildirilir ki, “görülən tədbirlər” sayəsində nəqliyyat axını yaxşılaşıb, digər tərəfdən də evakuatorlar dövriyyəyə buraxılır – bəs hanı məntiq?
Təəssüf ki, “vətəndaşlar tərəfindən daha çox şikayət olunan” ifadəsi sadəcə “prosesə” başlamaq üçün bəhanə təsiri bağışlayır. Əsas məsələ başlamaqdır.
Çünki paytaxtda artıq sürücülərin demək olar ki, hamısı BNA-nın kameralarının hansı küçə və prospektlərdə quraşdırıldığını çox gözəl bilirlər və həmin yerlərdə avtomobil saxlamırlar.
Bu, xüsusilə də mərkəzi küçə və prospektlərə aiddir. Həmin ərazilərdə nəqliyat axınının yaxşılaşması da məhz bu kameralarla bağlıdır.
Deməli, həmin ərazilərdən evakuasiyaya ehtiyac qalmır. Bəs onda haradan daşıyacaqlar maşınları? Yenə yaxın keçmişdə müşahidə etdiyimiz kimi ara məhəllələrdənmi?
İnsanların böyük narazılığına səbəb olan, onların sağlamlığına və mülkiyyətinə təhdid xarakteri daşıyan bu “xidmətin” bərpasındansa, kameraların daha çox ərazilərdə quraşdırılması düzgün olmazmı? – məsələ budur… REPORTYOR.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
• Əməliyyatda canlı açan plastik cərrahın da lisenziyası ləğv edildi - Cavid Qurbanovun yaxın qohmudur
Bu gün, 10:50 |
|
|
|
• Ucarda məktəbli sinif yoldaşını bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
• Cənubi Qafqazda dini dözümlülüyün yaxşı ənənəsi formalaşıb - Paşinyan
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvan səhiyyəsi yenə də `GÜL VURUR`... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:35 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına daha üç yeni baş direktor TƏYİN OLUNDU
Bu gün, 10:29 |
|
|
|
• "10 minlik ətir bəyənsəm, ərim ALAR" - VİDEO
Bu gün, 10:16 |
|
|
|
• Tanışının pul söhbətinə görə dava edən şəxslə bağlı QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycanlı gənc yüksək vəzifəyə TƏYİN OLUNDU
Bu gün, 10:04 |
|
|
|
• Ticarət mərkəzində silahlı insident törədən azərbaycanlıdan YENİ XƏBƏR - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
• Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49 |
|
|
|
• 21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44 |
|
|
|
|