"Yeni Bakı" sakinləri 2020-ci ilə ümid etsinlər? - Prezidentə müraciət olundu
Tarix: 5-10-2019, 12:47 | Çap et
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Surəti: Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə Surəti: Azərbaycan Respublikası Vergilər Naziri cənab Mikayıl Cabbarova Surəti: Azərbaycan Respublikası İqtisadiyyat naziri cənab Şahin Mustafayevə Surəti: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Samir Nuriyevə,
Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı”yaşayış kompleksinin sakinləri tərəfindən MÜRACİƏT. Cənab Prezident! Biz – “Yeni Bakı” yaşayış kompleksinin sakinləri 2010-cu ildən “İlin Dörd Fəsli” MMC-nin (İDF MMC) Abşeron rayonu, Masazır kəndində inşa etdiyi çoxmənzilli (3200 mənzilli) yaşayış kompleksindən mənzillər almışıq. Mənzil aldığımız dövrdən etibarən bir çox problemlərlə qarşılaşmış, onların bir çoxunu müvafiq dövlət qurumlarına müraciətlər əsasında həll edə bilmişik. Bununla belə hazırda iki (2) ən vacib və həyati problemimiz həll olunmadan qalır və "İDF" MMC bu problemləri sakinlərin marağına uyğun deyil, şirkətin marağına uyğun həll etməyə qərar verib. Bunlardan biri sizin bu ilin fevralın 19-da imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman idi ki, hazırda Şirkət fərmanda nəzərdə tutulan öhdəlikləri sakinlərdən rüşvət yığmaqla "sadələşdirməyə" başlayıb. Sakinlərlə mənzil alqı-satqı müqaviləsində şirkətin adı "İDF" MMC kimi qeyd olunduğu halda, 2019-cu ilin fevralında birdən-birə "İDF-Mənzil Servis” MTK adlı yeni bir qurum cildində peyda olub və faktiki olaraq sakinlərin hüquqlarını kobud və nümayişkaranə şəkildə pozaraq sakinlərin çıxarış alma yolunda böyük bir əngəl yaradıb. Belə ki, 8-10 il əvvəl “İDF” MMC-dən aldığımız mənzillərə aid əlimizdə alqı-satqı müqaviləsi və maliyyə arayışı olduğu halda, Dövlət Əmlak Komitəsinin məsuliyyətsizliyi nəticəsində binalar “İDF” MMC kimi deyil, “İDF-Mənzil Servis” MTK olaraq qeydiyyata alındığına görə əlimizdə olan sənədlər hüquqi qüvvəsini itirib və faktiki olaraq yaşadığımız mənzillərimizə dair əlimizdə heç bir sənədimiz yoxdur. Halbuki binalar “İDF” MMC kimi qeydiyyatdan keçmiş olsaydı, əlimizdəki sənədlər çıxarış almaq üçün yetərli olardı. Qeyd edək ki, Dövlət Əmlak Komitəsi “Yeni Bakı” yaşayış kompleksində yerləşən binaları dövlət reyestrinə qəbul edərkən, tələb olunan sənədlərin içərisində Abşeron rayonu icra hakimiyyətinin binaların istismara qəbul edilməsi Aktını (09.02.2015-ci il tarixli) bilərəkdən nəzərə almamış, həmçinin “Yeni Bakı” y/k-ni“İDF-Mənzil Servis” MTK kimi reyestrə qeydiyyata aldığı zaman adı çəkilən şirkətin üzərinə sakinlərin müvafiq sənədlərlə təmin etmək öhdəliyini qoymamış və bununla da sakinlərin mənzil hüquqlarının pozulmasına birbaşa şərait yaratmışdır. Əlavə olaraq onu da qeyd edək ki, binaların sənədləşdirilməsi ilə bağlı səlahiyyətlər “İDF” MMC-dən alınaraq, “İDF-Mənzil Servis” MTK-ya verilməklə dövlət büdcəsinə hər mənzilə görə ödənilməli olan 2-3 min manat arası vergi (təxminən 8 milyon manat) büdcədən yayınmış oldu. Hazırda Şirkət çıxarış üçün tələb olunan sənədlərin verilməsinə görə sakinlərdən (1 otaqlı mənzil üçün 150 manat, 2 otaqlı mənzil üçün 225 manat və 3 otaqlı mənzil üçün 300 m) qanunsuz vəsait tələb edir. Bu vəsait tələbinin səbəbini soruşduqda Şirkət rəsmisi ilk öncə bu vəsaitin DƏK-ə ödəniləcəyini (sakinlərə Əmlak Komitəsinə rəsmi ödənmiş 110000 (yüz on min) manatlıq ödəniş qəbzini göstərmişdir. Bu qəbzi qoşma kimi sizə təqdim edirik) bildirmiş, ancaq sonradan bu “səhv”ini düzəldərək “konsaltinq xidmətinə” ödəniləcəyi haqqında məlumat vermişdir. Burada sual ortaya çıxır: 3200 mənzilin hər birinə görə toplanan ortalama məbləğ ümumilikdə 720 000 (yeddi yüz iyirmi min) manat edir ki, Azərbaycanda hansı konsaltinq şirkəti bu məbləğə xidmət göstərir? Bu faktın özü belə “İDF” MMC-nin sakinlərə qarşı dələduzluğunu ortaya qoyur. Onu da qeyd edək ki, Şirkətdən konsaltinq xidməti haqqında məlumat öyrənməyə çalışdığımızda, bunun məxfi informasiya olduğunu bildirirlər. Əgər konsaltinq şirkəti ilə sakinlərin adından müqavilə bağlanıbsa və bu şirkətə külli miqdarda pul ödənilibsə, MTK üzvlərinin bundan xəbəri olmamalıdır?! Şirkət bununla da kifayətlənməyib sakinlərdən tələb edir ki, Şəhərcikdə qanunsuz idarəetməsini həyata keçirən hazırkı komendantlıqdan “təmizlik arayışı”alsınlar. Belə bir “arayış” isə çıxarış üçün tələb olunan sənədlər siyahısında yoxdur. Qarşılaşdığımız ikinci ən mühüm problem isə şəhərciyin idarəedilməsi ilə bağlıdır. Belə ki, “İDF” MMC sakinlərin razılığı olmadan təyin etdiyi qanunsuz komendantlıq 2010-cu ildən şəhərcikdə at oynadır. Ən böyük narazılıq isə kommunal xidmətlərin paytaxt qiymətlərindən baha olması (mənzilin hər kv.m. üçün 40 qəpik), şəhərciyin təhlükəsizlik problemi və sakinlərlə normal rəftar edilməməsidir. Belə ki, bu saxta komendantlığın işçiləri dəfələrlə sakinləri təhqir və təhdid edib, onları küçə söyüşləri ilə alçaltmağa çalışıb və bu yolla sakinləri qorxu altında saxlamaq yolunu tutub. Sadəcə bir faktı qeyd etmək kifayətdir ki, şəhərciyin əvvəlki komendantı Ehtiram Yusifov 2019-cu ilin aprel ayının 27-də şəhərcikdə fəaliyyət göstərən 3 maklerə qarşı odlu silahdan istifadə edərək, onları yaralamışdır. Yalnız digər sakinlərin müdaxiləsi nəticəsində o, qətl planını tamamlaya bilməmişdir. Halbuki Ehtiram Yusifov daha əvvəl dəfələrlə sakinlərə və şəhərcikdə fəaliyyət göstərən kiçik sahibkarlara qarşı qanunsuzluqlara əl atmış, hətta gecə saatlarında sakinləri “razborka”ya çağırmaqdan belə çəkinməmişdir. Xatırladaq ki, sözügedən hadisədən sonra Abşeron Rayon Prokurorluğu məlumat yayaraq faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (Xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işinin başlanıldığını və iş üzrə müvafiq ekspertizalar təyin edildiyini bildirmişdi. Cinayəti törətməkdə şübhəli bilinən Ehtiram Yusifov isə iş üzrə şübhəli şəxs qismində saxlanılmışdı. Məlum cinayət hadisəsindən 5 ay keçməsinə baxmayaraq, həbs-qəti imkan tədbiri seçilmiş Ehtiram Yusifov hansı yollasa 24 sentyabr 2019-cu il tarixində “Yeni Bakı” yaşayış kompleksində yenidən görünməklə sakinləri təşvişə salmış və onların ciddi narahatlığına səbəb olmuşdur. Bütün bunlara görə hazırda şəhərcikdə böyük bir narazılıq var və sakinlər Azərbaycan qanunvericiliyi ilə hazırda tənzimlənən "Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti"ni yaratmaqda və idarəetmənin sakinlər tərəfindən həyata keçirilməsində çox israrlıdır. Onu da qeyd edək ki, şəhərcik sakinləri 2016-cı il mayın 10-da şəhərcikdə, 3 saylı binada "Abşeron-1" MMMC-ni təsis ediblər və həmin Cəmiyyət 2018-ci ilədək fəaliyyət göstərib, sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Lakin Şirkətin təzyiqləri ucbatından hazırda Müştərək Cəmiyyət öz fəaliyyətini müvəqqəti dayandırıb. Xüsusilə qeyd edək ki, bütün bunlar barədə biz başda Abşeron RİH olmaqla, müvafiq dövlət qurumlarına və hüquq-mühafizə orqanlarınadəfələrlə yazılı və şifahi şəkildə məlumat vermişik. Abşeron RİH-in başçısı İradə Gülməmmədova bu problemlər barədə şəxsən məlumatlıdır və biz onunla bir neçə dəfə görüşmüşük. İradə xanım isə vəzifə səlahiyyətlərinə uyğun davranmayaraq, bizim problemimizə laqeydlik göstərmiş və əslində Sizin məlum Fərmanınızın icrasına dırnaqarası yanaşmışdır. Möhtərəm Prezident, Sizdən xahiş edirik ki, yuxarıda qeyd etdiyimiz problemlərin həlliüçün müvafiq dövlət qurumlarına göstəriş verəsiniz. pia.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
• Tramp hakimiyyəti böyük mətbu orqanlara maliyyə dəstəyini dayandırır
Bu gün, 11:48 |
|
|
|
• Rusiyada qanunu pozan miqrantların reyestri yaradılıb
Bu gün, 11:44 |
|
|
|
• Ermənistan ictimaiyyəti hələ də sülhə hazır deyil - BU FAKTDIR...
Bu gün, 11:29 |
|
|
|
• "Mən bunu müştəriyə təhqir sayıram..." - ETİRAZ
Bu gün, 11:27 |
|
|
|
• Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Bu gün, 11:21 |
|
|
|
• Mədəniyyət Nazirliyi Polad Bülbüloğlunun yubiley gecəsinə 196 min manat xərcləyib
Bu gün, 11:16 |
|
|
|
• Azərbaycanda 2 bankın vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb ediliblər
Bu gün, 11:14 |
|
|
|
• “Baku Medical Plaza”nın məşhur cərrahının da lisensiyasını ləğv etdilər
Bu gün, 11:03 |
|
|
|
• Kolleclərdə “Müəllimlik” ixtisası LƏĞV EDİLİR
Bu gün, 11:02 |
|
|
|
• Razim Məmmədov XİN-in verdiyi xidməti pasportu itirdi
Bu gün, 10:57 |
|
|
|
|