Ziya Məmmədovun ən yaxın kadrının adı 300 minlik qalmaqalda - Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi arvadını məhkəməyə verdi
Tarix: 11-10-2019, 11:08 | Çap et
Ləğv edilmiş Nəqliyyat Nazirliyinin (hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşdirilib-red.) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş rəisi Hüseyn Salamov bu yaxınlarda boşandığı keçmiş arvadı ilə məhkəməlik olub.
Cebhe.info xəbər verir ki, Hüseyn Salamov 2015-ci il I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində baş vermiş qəzaya görə həbs edilib. 2016-cı ilin sentyabrında cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il azadlıqdan məhrum edilib. Nəticədə təxminən 1 il istintaq təcridxanasında saxlanıldıqdan sonra məhkəmədən faktiki azadlığa çıxıb.
Hüseyn Salamov Türkmənistan vətəndaşı olan Kekilliyeva Selbi Bayramovna ilə 2009-cu ildə nikaha girib. Onların birgə nikahından iki övladları dünyaya gəlib. Birgə nikah dövründə Salamovun mülkiyyətində Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil olub. Həmçinin, Bakının mərkəzindəki “Port Baku Residence” kompleksində mənzil əldə edilib. Kompleksi inşa edən “Abşeron” MTK ilə bağlanmış müqaviləyə əsasən, mənzilin dəyəri hissə-hissə ödənilməli idi. Hüseyn Salamov 2015-ci ildən həbsdə olduğundan ödənişlərin aparılması mümkün olmayıb.
İbtidai istintaq orqanı Hüseyn Salamovu sui-istifadədə təqsirləndirsə də, (məhkəmədə onun əməli daha yüngül maddəyə tövsif edilib-müəll.) həbsdə olduğu zaman əmlakının müsadirə edilməsindən, həmçinin qəzada yaralanan avstriyalı idmançının müalicəsinə xərclənmiş pulun ondan tələb olunmasından narahat olub. Həmçinin ailədə yeganə qazanc gətirən o olduğundan və hər ay evin ödənişinə görə ödəniləcək pulu həmin vaxt ödəmək iqtidarında olmadığından, həyat yoldaşı Kekilliyeva Selbi Bayramovna ilə mülkiyyətində olan Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzili sataraq “Abşeron” MMC şirkətinin qalıq borcuna ödəmək qərarına gəlib. Çünki o, həbs edildikdən sonra “Abşeron” MMC-yə müvəqqəti aylıq ödəniş dayandırılıb. Buna görə də onun tələbi ilə Kürdəxanıda yerləşən Bakı İstintaq Təxridxanasına notarius dəvət olunaraq Kekilliyeva Selbi Bayramovnaya ümumi etibarnamə verib. Hüseyn Salamovun Kürdəxanıdan zəng vurub razılıq verməsi, həmçinin onun təkidi ilə Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzil satılıb. Satışdan əldə edilən pulun çox hissəsi “Abşeron” MMC şirkətinin qalıq borcuna ödənilib, həmçinin Hüseyn Salamovun təcridxanada lyuks yaşamı, məhkəmə xərcləri, ailənin xərcləri uzun müddət həmin pulla təmin olunub.
Keçmiş yüksək vəzifəli məmurun ailəsində problemlər o həbsdən çıxandan sonra başlayıb. Qadının iddiasına görə, Salamov həbsdən çıxandan sonra heç yerdə işləməyib və gününü eyş-işrətlə keçirib. Hətta dəfələrlə azyaşlı övladlarına da fiziki zorakılıq göstərib. Dəfələrlə münasibətlərinin aydınlaşdırılması üçün Hüseyn Salamovla danışıqlar aparmağa cəhd etdiyini deyən Selbi heç bir nəticə əldə etməyib. Belə olan halda 2018-ci ildə qadın boşanmaq haqda iddia qaldırıb. 1,2 aydan sonra onlar rəsmən ayrılıb. Ər isə iddia edir ki, həyat yoldaşının ona qarşı münasibətinin pozulmasının səbəbi onun həbsi, həmçinin maddi durumunun əvvəlki kimi olmamasıdır.
Qadının sözlərinə görə, keçmiş əri boşanmadan sonra ondan qisas almaq məqsədi ilə guya həbs edilərkən evdə olan 90 min ABŞ dollarını, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi, ev 10 ünvanında tikilən yeni binanın 6-cı mərtəbəsində 11 saylı mənzilin satışından əldə etdiyi 180 min ABŞ dolları və Səbail rayonu, Neftçilər prospekti, 91 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş pulları tələb etməyə başlayıb. Kürdəxanıdan birbaş özünün məlumatı və təkidi ilə əmlakların satışının həyata keçirilməsinə, pulun şəxsən sürücüsünə təqdim olunmasına baxmayaraq, bütün bunlardan xəbərdar olmadığını iddia edib.
Həyat yoldaşı Selbi həbsdə olduğu müddətdə həmin pulla yaşadıqlarıını, ailənin müxtəlif tələbatlarını ödədiyini, bahalı özəl təhsil müssisəsində 2 övladı üçün illik təhsil haqqına və həbsxanada ərinin xərclərinə sərf etdiyini bildirib.
Keçmiş məmur Nəsimi Rayon Məhkəməsində iddia qaldıraraq həyat yoldaşını Yasamaldakı mənzili, Neftçilər prospektindəki obyekti “ondan xəbərsiz sataraq” pullarını mənimsəməkdə, habelə həbs edilərkən “evdə qoyduğu 90 min dolları”, ona məxsus “Range Rover Vogue” markalı avtomobilin satışından əldə olunan 60 min dolların qalan 10 min dollarını mənimsəməkdə ittiham edib. İddia ərizəsində Salamov obyekti 400 min dollar qiymətləndirib. Sonradan iddiaçı tələbinə düzəliş verib-obyektin satışından əldə olunan 470 min manatın 443 min manatının “Port Baku”dakı mənzilin borcuna görə onun adından ödənildiyini xatırlayıb və bu dəfə qalan 27 min manatın mənimsənildiyini bildirib. Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatında olan iş üzrə qərar bu ilin avqustunda keçmiş məmurun xeyrinə çıxarılıb. İddia qismən təmin olunub. Məhkəmə qətnaməsinə əsasən, qadın keçmiş ərinə 307 min 276 manat ödəməlidir. Cavabdeh tərəf, yəni Selbi Kekilliyeva birgə nikahdan əldə etdikləri əmlak və pulu mənimsəmədiyini, evləndiyi zaman Yasamaldakı mənzilə 100 min manat dəyərində cehiz apardığını, sabiq məmurun təcridxanadakı lüks yaşayışını təmin etdiyini, evin, uşaqların qayğılarına xərcləndiyini bildirib. Həmçinin əlavə edib ki, H.Salamov həbsdə olanda onun xərclərini ödəmək, evi, uşaqları saxlamaq üçün Yasamaldakı mənzilin pulundan əlavə Türkmənistandan valideyinlərinin etdiyi yardımları da sərf edib. Üstəlik Salamov həbsdən çıxandan sonra 2 ilə yaxın müddətdə heç yerdə işləməsə də, həmin pullar hesabına bahalı həyat yaşayıb.
Buna görə də qərarla razılaşmayan cavabdeh tərəf- Səlbi Kəkilliyeva apellyasiya şikayəti verəcək. Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bələdiyyə sədri eyni torpağı 3 nəfərə satdı... - məhkəmə zərəçəkənlərin iddiasını təmin etdi, amma...
Bu gün, 16:35 |
|
|
|
• İlyas İsmayılovun səhhəti ilə bağlı SON XƏBƏR
Bu gün, 16:29 |
|
|
|
• Niyazi Mehdi xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil - EFE
Bu gün, 16:15 |
|
|
|
• "Əfv sərəncamı prezidentin konstitusiya səlahiyyətidir, bu il verilməsi ilə bağlı şərh vermək çətindir"
Bu gün, 16:12 |
|
|
|
• İcra başçısı Vətən Müharibəsi əlili Təhmuraz Muradovu ziyarət edib - FOTO
Bu gün, 16:04 |
|
|
|
• Moskva rəsmi qaydada Azərbaycandan üzr istəməlidir - Başqa cür ola da bilməz...
Bu gün, 16:01 |
|
|
|
• Sahil Babayev maliyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:58 |
|
|
|
• Onlar ÖZBAŞINA QALMIŞDILAR... - SİYAHI
Bu gün, 15:56 |
|
|
|
• Gürcüstan ABŞ-dən “nümunə” götürəcək - KİV
Bu gün, 15:52 |
|
|
|
• Ədəbiyyatşünas İradə Musayeva vəfat edib
Bu gün, 15:49 |
|
|
|
• Artan qiymət, azalan keyfiyyət: kərə yağını ucuzlaşdırmaq olar, amma... - NƏ ETMƏLİ?
Bu gün, 15:47 |
|
|
|
• Ruslar 2024-cü ildə rekord miqdarda qızıl alıblar
Bu gün, 15:42 |
|
|
|
• Azər Əliyev DOST-dakı vəzifəsindən ayrılıb - DOSYE
Bu gün, 15:39 |
|
|
|
• Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası... - NƏ OLACAQ?
Bu gün, 15:31 |
|
|
|
• Azərbaycanda bu məhsullar BAHALAŞDI
Bu gün, 15:23 |
|
|
|
• Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb
Bu gün, 15:20 |
|
|
|
• BELƏ DƏ OLURMUŞ: Zibilxana müdirliyindən baş pediatrlığa... – Naxçıvansayağı yüksəlişin unikal sirri
Bu gün, 15:16 |
|
|
|
• Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib
Bu gün, 15:06 |
|
|
|
• Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın silahlanması sülhə ən böyük əngəldir - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "Bir az xəstələnmişəm, nasazam deyə..."
Bu gün, 13:58 |
|
|
|
• Xarici təşkilat Azərbaycandan niyə qovuldu? - Bahəddin Həzi yazır...
Bu gün, 13:17 |
|
|
|
• “Neft ucuzlaşmağa davam etsə...” - Devalvasiya proqnozu
Bu gün, 13:15 |
|
|
|
• Vazeh Əsgərovun işdən çıxardığı alim: - “Əminəm ki, ADNSU yeni rektorla...”
Bu gün, 13:14 |
|
|
|
• Kamran Yusifova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 13:12 |
|
|
|
• Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı məhkəməyə təqdimat daxil olub - Hər iki təqdimata...
Bu gün, 13:10 |
|
|
|
• “SOCAR Petroleum” benzin əvəzinə suyun satılması iddiasına aydınlıq gətirib - "...heç bir rəsmi şikayət daxil olmayıb"
Bu gün, 13:07 |
|
|
|
• BU NƏDİ BELƏ: “AzİnTelecom” 1 ildə keçirdiyi tenderin 60 faizini iki şirkətə verib - DETALLAR
Bu gün, 13:04 |
|
|
|
• ABŞ CAR-ı “çox pis əməllərdə” günahlandırıb
Bu gün, 13:00 |
|
|
|
• Şəmkirin Dəllər qəsəbəsində DƏLİSOV TENDERBAZLIQ... - İLGİNC FAKTLAR...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya məsuliyyətdən yayınır, Azərbaycan israr edir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycan Ukraynanın yanındadır... - ÖZ GÜCÜ VƏ ÖZ SƏMİMİYYƏTİYLƏ...
Bu gün, 12:43 |
|
|
|
• Samir Bayramlı xəstəxanalıq oldu - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Putin "Roskosmos"a yeni baş direktor təyin edib
Bu gün, 12:38 |
|
|
|
• Sabah qar yağacaq, yolların buz bağlama ehtimalı var - belə deyirlər...
Bu gün, 12:37 |
|
|
|
• Rəsmi Bakı “Rossotrudniçestvo”nun Azərbaycanda fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya bildiriş göndərib - DETALLAR
Bu gün, 12:34 |
|
|
|
• Azərbaycanlı məşhur "Cafe City"dən sifariş verdiyi salatdan ZƏHƏRLƏNDİ - "Mədəm ağrıyır... ürəyim bulanır..."
Bu gün, 12:33 |
|
|
|
• USAID-in pul ayırdığı QHT-ləri erməni oliqarxlar maliyyələşdirəcək - “Hraparak”
Bu gün, 12:23 |
|
|
|
• Ruslar BURCUDA BİLƏCƏKMİ? - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• “Ağdamın pionerlər evində iki yaxşı sənətkar yetişib, biri mənəm, biri də...”
Bu gün, 12:18 |
|
|
|
• “Babam 85 yaşında evlənib, evi də qadının adına keçirib” - Aparıcı Zaur
Bu gün, 12:15 |
|
|
|
• Astara İcra Hakimiyyətinin tenderi ləğv edildi – SƏBƏB
Bu gün, 12:13 |
|
|
|
• Xətaidə sakinlərlə görüş oldu: bu məsələlər nəzarətə götürüldü - FOTOLAR
Bu gün, 12:11 |
|
|
|
• Sərkisyan 15 il əvvəl Türkiyədə hansı sənədi imzalayıb? – Gizli danışıqlar…
Bu gün, 12:06 |
|
|
|
• ABŞ-dan hesabat: Avropadan Azərbaycana narkotik Gürcüstan üzərindən daşınır - Sənədə əsasən...
Bu gün, 12:02 |
|
|
|
• Bakıda qadını şantaj edən şəxs tutulub - TƏFƏRRÜAT
Bu gün, 12:00 |
|
|
|
• “Bank Avrasiya” sığorta agenti lisenziyası aldı
Bu gün, 11:57 |
|
|
|
• “Xalqın musiqisini niyə məhv edirsən?!” - VİDEO
Bu gün, 11:54 |
|
|
|
• Bakının mərkəzində ŞOK İNTİHAR: - qazanxananın borusuna çıxıb özünü atdı
Bu gün, 11:50 |
|
|
|
|