Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib .....                     Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib .....                     Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? .....                     Xamenei Trampa xəbərdarlıq etdi .....                     “Yelo Bank”a yeni baş direktor təyin edilib .....                     Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək .....                     “Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” .....                     Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ .....                     “Meşə qardaşları”nı kim “oyatdı”? .....                     Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır .....                     Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər .....                     “Yerindən durana korifey deyirlər” .....                     Qar yağacaq, yollar buz bağlayacaq... .....                     MİT axtarışda olan terrorçunu öldürüb .....                     Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... .....                     Novruzda əfv və amnistiya olacaq? .....                     Bu dövlət qurumları birləşdirilir .....                     Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… .....                     İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib .....                     Qrossi "Rosatom" rəhbəri ilə görüşüb .....                     DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib .....                     Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu .....                     Banklarda müştərilər belə aldadılır .....                     Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı .....                     Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, .....                     “Azəripək” səhmdar cəmiyyətə çevrilir .....                     Bakıda DƏHŞƏT: .....                     Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ .....                     “Baku Pearl Residence”in problemləri bitmir .....                     İran daha böyük təhülkə ilə üzləşir .....                     Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA .....                     İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir .....                     "Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" .....                     Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                 

“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb” - Özbaşınalıq...
Tarix: 1-04-2021, 09:56 | Çap et
“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb”
“Şəki inzibati iqtisad və apelyasiya məhkəmələrində Azərbaycanın qanunları yox, hakimlərin maraqları işləyir. Bunu sübut etmək üçün əlimdə kifayət qədər dəlil var. Təbii araşdırmaq istəyən olsa...”.

DİA.AZ-ın məlumatına görə, Göyçay sakini Radə Zamanova belə deyir. İkinci qrup əlilliyi olan xanım illər öncə Göyçayın Potu kəndindən aldığı 11 sot torpağında qanunsuz ev tikildiyini söyləyir. Evi tikən isə nə bu günün qiyməti ilə onun torpağının pulunu ödəmək istəyir, nə də torpağı qaytarmaq niyyətindədir.

Radə Zamanova isə deyir ki, illərlə Rusiya bazarlarında çalışıb. Özü də gəncliyində bədəninin müəyyən hissəsi yanıb və əlinin barmaqları qatlanmır. Bu vəziyyətdə yükləri belə özü daşıyıb və yığdığı pulla 2007-ci ildə Göyçayın Potu kəndində özünə 11 sot torpaq alıb. Burada ev tikib yaşamağı düşünüb, ancaq 1 il sonra ağır xəstəliyə düçar olub, ev tikmək işi yarımçıq qalıb:

“İllərlə yerdə yatdım, müalicə olundum, elə özümə gəlmişdim ki, gördüm 11 sot torpağımı Göyçaydan olan Vüqar Ömərov adlı bir biznesmen zəbt edib və içində özünə böyük bir imarət tikdirib. Ümumilikdə evi 50 sot torpağın içində olar. Onun 11 sotu mənim zəlil əlimlə işləyib aldığımdır”.

Radə Zamanovanın əlində torpağın ona məxsus olması ilə bağlı bütün sənədləri var. Hətta torpağı alanda sadəcə alqı-satqı müqaviləsi var imiş. Sonradan Şəki İnzibati İqtisad Məhkəməsinə müraciət edib və torpağa çıxarış alıb:

“Ancaq sonradan torpağa çıxarış verən Şəki İnzibati İqtisad Məhkəməsi heç öz verdiyi sənədi də tanımadı. 6 ildir məhkəmələrdə sürünürəm. İş məhkəməyə getmədən öncə isə Vüqar Ömərovun özünə müraciət etdim. Dedim, mən pis insan deyiləm, sənə evini sökdürmək fikrim də yoxdur. Kirayədə qalıram, kasıbam. Mənə torpağın bugünkü real qiyməti ilə pulunu ödə, halal xoşun olsun, içində yaşa, mən heç nə istəmirəm. Razılaşmadı. Məhkəməyə müraciət edəndən sonra isə mənə torpaq qarşılığında pul təklif etdi. Amma qəpik-quruş. Bu dəfə də mən razılaşmadım”.

Radə Zamanova deyir ki, mülkiyyət hüququnun pozulması ilə bağlı ilk Göyçay Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun mülkiyyət hüququnu tanıyıb və Vüqar Ömərovun torpaqdan çıxması ilə bağlı qərar qəbul edib:

“Sonra məni Şəki Apelyasiya Məhkəməsinə verdilər. Məhkəmə ərazilərin üst-üstə düşdüyünə qərar verdi. Yalvardım, yaxardım, dedim, etməyin, mənim bircə torpağım var bu yer üzündə, onu da əlimdən almayın. Ancaq səsimi dinləyən olmadı. Görünür, hakimlər əziyyətlə çörək yeməyin nə demək olduğunu bilmirlər, ona görə də məni anlamadılar”.

Radə Zamanova deyir ki, onu məhkəməyə verən Vüqar Ömərov olmayıb, Esmira Məlikova adlı bir xanım olub. Düşünür ki, onlar əlbirdir və aralarında anlaşıblar:

“Guya həmin torpaq mənim yox, Esmira Məlikovanın olub. O da torpağı Vüqar Ömərova satıb. Mən də başqasının torpağına haqq iddia edirəm. Belə də haqsızlıq olar? Bəs dövlətin reyestrinin çıxarışı? Ona nə deyirlər?”

Şikayətçi deyir ki, axırıncı məhkəməsi fevralın 8-də olub. İşə Şəki Apelyasiya Məhkəməsinin hakimi Elçin Hüseynov sədrlik edib:

“Xəstəyəm, hər dəfə gedə bilmirəm. Amma məhkəmədə nümayəndəm iştirak edirdi. Hazırlıq iclasındaca məhkəmə mənim mülkiyyət hüququmu ləğv edib. Halbuki hazırlıq iclasında adətən tanışlıq olur. O qədər məhkəmə qapılarında qalmışam ki, artıq əzbər bilirəm”.

Zamanovlar ailəsi 2007-ci ildə aldıqları torpağa 16.500 manat ödəyiblər. Radə Zamanova deyir ki, bu gün həmin ərazidə torpağın sotu elə 3 min dollardır. Üstəlik, illərdir məhkəmə yollarında, haqqını tapmaq üçün də kifayət qədər pul töküb. Deyir, onların hamısını ödəsinlər, başqa heç nə istəmir:

“Təəssüflər olsun ki, bu gün məhkəmələr işi ədalətli araşdırmırlar. Saxta sənədlər məhkəmələrin baş rolundadır. Amma dövlətin mənə verdiyi sənədi sayan yoxdur. Sənədim ola-ola, əziyyətlə aldığım torpağımı əlimdən aldılar. Camaatın torpağı Qarabağda, mənimki Göyçayda işğal olundu. Sonuncu dedikləri də o oldu ki, koordinatlar üst-üstə düşür. Baxın, məhkəmədə qanunları beləcə yıxıb, sürüdülər”.

Radə Zamanovaya axırıncı iştirak etdiyi məhkəmədə isə deyiblər ki, kişi orada böyük ev tikib, sökməlidir?

“Deyirəm, sökməsin, ədalətli qiymət versin. Yerimdir, sökdürə bilərəm, amma istəmirəm. Heç olmasa bu günün bazar qiyməti ilə pulumu versin, mən də gedim özümə ev alım, qalmışam kirayələrdə”.

Radə Zamanova 6 ildir torpağı uğrunda mübarizə apardığını deyir. Bu müddət ərzində əsəb və stresdən əlavə xəstəliklər qazandığını söyləyir:

“Şəkər, qalxanvari vəz problemi, ürəkdə ritm pozuqluğu, nə desən var. Qorxuram, çox qorxuram ki, sabah mənə bir şey olar və uşaqlarım ortada qalar. Qızımla oğluna bir gün ağlamaq istəyirəm. Yalvardım, dedim bizə qıymayın, nolar. Ancaq eşidən də olmadı. Hanı bu dünyanın etibarı?”

Ailə rastlaşdığı problemlə bağlı indiyə qədər bir çox dövlət qurumuna müraciət edib. Daxili İşlər, Ədliyyə nazirliklərinə, Məhkəmə Hüquq Şürasına məktublar yazıb:

“Dəfələrlə qəbulda olmuşam, xahişlər etmişəm, yalvarmışam. Demişəm ki, o torpaq mənim bu çolaq əlimin haqqıdır, amma bir xeyri olmayıb. Mənim bugünkü şikayətim məhkəmələrdəndir. İşi ədalətli araşdırmayan Şəki məhkəmələrindən. Hamı haqsızlıqla üzləşə bilər. Bu, normal haldır. Amma məhkəmə ədaləti bərpa etmək üçündür. Bu gün bizdəki məhkəmələr əksinə, ədalətsiz qərarlar qəbul edir. Səbəbi də hamıya məlumdur, görünür, maraqları var”.

“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb”
“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb”
“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb”
“Torpağımı zəbt ediblər, əlimdə sənəd var, amma məhkəmə məni haqsız çıxarıb”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Bu gün, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Bu gün, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Bu gün, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Bu gün, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Bu gün, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Bu gün, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Bu gün, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Bu gün, 14:00
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır - RƏY
Bu gün, 13:58
Bakıya iki ölkədən təhdid var: İsrail isə vura bilər - Orr
Bu gün, 13:26
“Yerindən durana korifey deyirlər” - ETİRAZ
Bu gün, 12:39
Qar yağacaq, yollar buz bağlayacaq... - belə deyirlər...
Bu gün, 12:36
MİT axtarışda olan terrorçunu öldürüb
Bu gün, 12:20
Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - İTTİHAM VAR...
Bu gün, 12:17
Novruzda əfv və amnistiya olacaq? - AÇIQLAMA
Bu gün, 12:12
Bu dövlət qurumları birləşdirilir - İDDİA
Bu gün, 12:07
Bərdə Mərkəzi Xəstəxanasının keçirdiyi şübhəli satınalmalar kommersiya sirridi, yoxsa… - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:02
İmdad Əlizadə yeni agentliyə baş direktor təyin edilib
Bu gün, 12:00
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
Bu gün, 11:58
DİN məktəbdə paylanan vərəqlərə aydınlıq gətirib, valideynlərə çağırış edib - AÇIQLAMA
Bu gün, 11:56
Azərbaycanlı futbolçu qıza görə klubdan qovuldu - Qalmaqal
Bu gün, 11:49
Banklarda müştərilər belə aldadılır – Faiz fırıldağı
Bu gün, 11:47
Yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı
Bu gün, 11:39
Anna Akopyan İrəvanda TED Talks təşkil edəcək, ilk qonağı Paşinyan olacaq
Bu gün, 11:35
“Azəripək” səhmdar cəmiyyətə çevrilir
Bu gün, 11:33
Bakıda DƏHŞƏT: - kişi özünü binadan atdı
Bu gün, 11:28
Ermənilərin rəhbərlik etdiyi şirkətin Bakı məhkəmələrinə uzanan “ƏL”İ - Türk iş adamının həbsində “FRANSIZ BARMAĞI”
Bu gün, 11:25
“Baku Pearl Residence”in problemləri bitmir - İndi də 800 minlik borc yarandı
Bu gün, 11:14
İran daha böyük təhülkə ilə üzləşir - FOTO
Bu gün, 11:13
Putin Kadırovu qurban verir: AZAL-ın vurulan təyyarəsinə görə CƏZA - İDDİA
Bu gün, 11:07
İnsult keçirən Faytonçu Nazimin vəziyyəti stabildir
Bu gün, 11:02
"Düşünəndə ki, nə qədər belə həkim var, dəhşətə gəlirəm" - VİDEO
Bu gün, 11:01
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru